Gənc Muslim

13 maddədə qonaqların diqqət edəcəyi nəzakət ölçüləri

qonaq gedərkən ədəb qaydaları

1. Hər vaxt ziyarət üçün münasib deyildir.

Xüsusəndə qadınların ərlərinin evdə olma vaxtlarını nəzərə almadan qonaq qəbul etmələri yanlışdır. Səhər saatlarında və İşa namazından sonra ziyarət uyğun deyildir.

2. Sürpriz (gözlənilməz) ziyarətlər də doğru deyildir.

3. Qürur və Göstəriş

Qürur və göstəriş üçün geyinilən geyimlərin istifadəsi caiz deyildir.

4. Duruş və davranış ədəbləri

Müsəlman ədəblərindən biri də evin qapısındakı duruş və qapıya vuruş şəklidir. Uzun uzun zəng çalmaq doğru deyildir. Zəngi qısa şəkildə basmaq, Salam verərək evə girmək, qapı aralığından içəri baxmamaq, “Kimdir?” sualına açıq şəkildə “Mən, filankəs” deyə cavab vermək İslam ədəblərindəndir.

5. Gülər üzlə qarşılama

Ev sahibinin ziyarətçiyə gülər üz göstərməsi – Sünnətdir.

6. Söhbətə Salamla başlamaq

Evdə salamla sözə başlamaq, göstərilən yerdə oturmaq, içəridəkilərin bütünü qadın olsa belə övrət qaydalarına diqqət etmək önəmli adəblərdəndir.

7. Nəcva (fısıldaşmaq) caiz deyildir

Yəni üç nəfərin olduğu bir yerdə iki nəfərin gizli şəkildə söhbət etməkləri caiz deyildir.

8. Hədiyyələşmək

Tez-tez olmayan ziyarətlərə hədiyyə ilə getmək – Sünnətdir.

9. Danışılanları yaymamaq

Bir ziyarətdə danışılanlar, orada olanların icazəsi olmadan başqalarına danışılmaz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) məclislərimizin əmanət üzərə olacağını demişdir.

10. Zarafatların edilməsi

Ziyarətlərimiz dərs xüsusiyyətli olsa belə matəm kimi keçirilməsi düzgün deyildir. Nəzakətli zarafatlar edilə bilər.

11. Qeybətdən uzaq durmaq

Ziyarətlərin qeybətə dönüşməsindən qaçınılmalıdır.

12. Dini mübahisələrin edilməsinə yol verilməməlidir

13. Bir ziyarət mütləq təşəkkürlə sonlandırılmalıdır


Bu məqalə “GəncMuslim Komandası” tərəfindən hazırlanmışdır.

Saytımızdakı məqalələrdən yalnız mənbə göstərməklə istifadə edə bilərsiz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün