Gənc Muslim

“Yusif” surəsində dəvətçilərə qızıl məsləhətlər

Allahın (azzə və cəllə) Qurani kərimdə “əhsənul kasas” (ən gözəl qissə) adlandırdığı Yusif surəsindən çıxaracağımız dünya və axirətimiz adına bir çox məqamlar vardır. Bu məqalədə sadəcə bunlardan birinə toxunacağıq. Allahu Təalanın əmrinə əsasən biz bu dini sadəcə yaşamaqla sərhədlənməyib, həm də bunu başqalarına çatdırmaqla məsuluq. Allahın (azzə və cəllə): “Yaxşılığı əmr edib, pislikdən çəkindirin!” əmri müsəlman olan hər birimizi maraqlandırmalıdır.

Bu vəzifə ilə vəzifələndirilən Peyğəmbərlər həyatları boyu müxtəlif əziyyətlərlə insanları Allahın (azzə və cəllə) yoluna dəvət etmişdir. Son peyğəmbər olan Muhamməddən (ona və ailəsinə Allahın salamı olsun) sonra peyğəmbər gəlməyəcəyi üçün bu vəzifə birbaşa biz möminlərin üzərinə düşür. Allah Rəsuluna vəhylə bildirilən Yusif surəsində də, həm Muhammədə (ona və ailəsinə Allahın salamı olsun), həm də bizlərə dəvət yolları və bu yolda qarşılaşdığımız çətinliklər zamanı çıxış yolları göstərilmişdir.

Yusif surəsi 103-cü ayə:
Sən nə qədər şiddətlə arzulasan da, insanların çoxu iman etməzlər.

Elmli və gözəl xitabət kifayət deyil.

Elmli və gözəl xitabətinizlə insanlara nə qədər gözəl başa salsanız da, onların da sizin kimi iman etmələrini nə qədər çox istəsəniz də çoxları iman etməzlər. Necə ki, Rəsulullahı Qureyşin və yəhudilərin bilikliləri sorğu suala çəkincə, Allahdan bir lütf olaraq Yusif surəsi enmiş, onlar da bu “köhnələrin nağıllarıdır” deyərək inkar etmişdilər.

Yusif surəsi 104-cü ayə:
Halbuki, ondan ötrü sən onlardan heç bir mükafat istəmirsən.

Dəvətçilər, insanları Allahın yoluna çağırmaq üçün etdikləri nəsihət, söhbət və fədakarlıq qarşılığında, onlardan əsla qarşılıq olaraq pul, hədiyyə almamalıdırlar.

Yusif surəsi 105-ci ayə:
Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, onların yanından üzlərini çevirib keçərlər.

Qurani Kərim aləmlərə bir öyüd və xatırlatmadır.

Qurani Kərim aləmlərə bir öyüd və xatırlatmadır. Dəvət zamanı Allahın nemətlərinə diqqət çəkmək önəmlidir. Bizə bəxş edilən bədən, qidalar, su, hava, heyvan, günəş və s. kimi nemətləri insanlara xatırlatmaq faydalıdır.

Yusif surəsi 107-ci ayə:
Əmindirlərmi ki, Allahın əzabından onlara bir bəla gəlməyəcək, yaxud özləri də bilmədən qiyamət qəflətən gəlməyəcək?

Belə düşüncəsiz kütlə qarşısında dəvətçilərə düşən; Birbirlərinə söykənərək, bir camaat olaraq, doğru bildikləri yolda davam etmək, insanları hikmətlə Allahın yoluna çağırmaqdır.

Rəbbinin yoluna hikmətlə və şirin dillə, gözəl öyüdlərlə dəvət et, onlarla ən gözəl şəkildə mücadilə apar.

(Nəhl surəsi, 125)

 

Yusif surəsi 111-ci ayə:
Həqiqətən də onların hekayətlərində ağıl sahibləri üçün bir ibrət vardır.Quran uydurma söz deyildir. Lakin özündən əvvəlki ilahi kitabları təsdiq edən və hər şeyin müfəssəl izahıdır.

Dəvətçilər unutmamalıdır ki, yolunu azmış topluma Allahdan bir əzabın gələcəyini, Qiyamətin nə vaxt qopacağını heç kim bilə bilməz. Ona görə də, dəvətçilər yaxşılığı əmr edib, pislikdən çəkindirmədikləri təqdirdə əzabın onları da bürüyəcəyini bilərək, dəvət çalışmalarını ara vermədən davam etdirməli və Yusifin (ona Allahın salamı olsun) duasını tez-tez təkrar etməlidir:

Allahım, Məni müsəlman olaraq öldür və salehlərin əhatəsində et.

Allah subhanallahu və təala faydalanmağı nəsib etsin.

Saytdakı yazılardan istifadə zamanı mənbə göstərmək vacibdir.
Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün