Gənc Muslim

Yeni ilin gizli tarixi [VİDEO]

Qışgündönümü

Qədimdə qış fəslində, dekabr ayının 25-i ərəfələrində şimal xalqları qış gündönümünü qeyd edirdilər. Qışgündönümü təxminən dekabr ayının 21-i ərəfələrindən yanvarın 6-sına qədərki dövrü əhatə edirdi. Və həmçinin bu qışgündönümü münasibəti ilə şimal xalqları müxtəlif bayramlar qeyd edir və yığıncaqlar təşkil edirdilər. Şimal zonasında isə qış vaxtlarında bu ərəfələrdə heç bir işıq olmur. İnsanlar 24 saatı tamamilə qaranlıqda keçirirdilər. Və bu hal müəyyən müddətədək davam edir.

İndi isə təsəvvür edin ki, siz Alyaskada, Kanadada və ya İsveçdə yaşayırsınız, lakin sizin mərkəzi isitmə sisteminiz yoxdur. Hər tərəf sərt soyuqdur və zil qaranlıqdır.  İnsanlar xəstəlikdən, donvurmadan ölürdülər. Həmin ərəfə çox pis keçirdi və demək olar ki, hər ailə soyuqlar və xəstəliklər səbəbilə bir üzvünü və ya tanıdıqları kimisə qışgündönümündə itirirdilər. Qışgündönümü budur.

Və nə vaxt ki,

günəş çıxmağa başlayır insanlar günəşə həyat verici bir güc kimi baxırdılar. Buna görə də bu vaxt müxtəlif şənliklər keçirməyə başlayırdılar. Şimal ölkələrində – uzaq şimalda dekabrın 25-dən yanvarın 6-dək uzanan 12 günlük ziyafət məclisləri olurdu. Həmçinin qədim Yunanıstanda Bakanaliya bayramı qeyd olunurdu. Bu bayram şərab, idman və oyun tanrısı Bakusun digər bir adıyla Dionisin şərəfinə keçirilirdi. Romalılar isə Saturnalia bayramını qeyd edirdilər. Əsas günəş tanrısı olan tanrıları Saturnun şərəfinə keçirilirdi bu bayram.

Şimal bölgələrində insanların bayramlar qeyd etdiklərini və məşəllər yandırdıqları da tarixdən məlumdur. Bu insanlar üçün işıq və od çox önəmli idi. Çünki od işığı təmsil edirdi. Təbiətə ibadət edənlər üçün həyatverici bir qüvvə idi. Yenə bu bölgələrdə insanlar sərt soyuğa rəğmən canlı qalan bir ağac müşahidə edirdilər. Həmişəyaşıl ağac olan küknar ağacı. Məhz buna görə onlar küknar ağacında həyat qüvvəsi olduğuna inanaraq bu ağacı evlərinə yerləşdirərdilər. Və ağacın başına da məşəl qoyardılar. Və ya onu yandırar ya da bəzək düzəldib qapılarından asardılar. Bu bir növ İslamda haram olan taviz və ya mimə deyilən şeyə bənzəyir.  Yəni gözmuncuğu kimi. Və onlar bu gözmuncuğunu qapılarının önünə asardılar və ya evlərinə qoyardılar. Bu küknar ağacı vasitəsilə həyatverici qüvvənin onları qışın təhlükələrindən qoruyacağına inanırdılar. Və beləliklə bu şənliklər yüz illərlə bu şəkildə davam etdi.

Mitra

Tarixə nəzər saldıqda bunu da görürük ki, qədim şimal xalqlarındakı sehirbaz rahiblər haqqında bəhs etdiyimiz gözmuncuğu, küknar ağacı və digər inancları əsas alaraq mərasimlər təşkil edirdilər. Onların gizli təriqətləri var idi və onlar bu ərazilərdə çox yayılmışdılar. Bu sehrbazlardan ən diqqətçəkəni – hansı ki, onun barədə araşdıra, lüğətlərdən, ensiklopediyalardan maraqlana bilərsiniz, Mitra və ya Mitras adlanan şəxsdir. O çox sirrli bir şəxsdir. Və tarixə nəzər yetirsəniz görərsiniz ki, bu Mitra adlanan şəxs 25 dekabrda düyaya gəlib. Onun anadan olduğu gün isə həftənin 7-ci günü idi. Hansı ki, 7-ci günə ingiliscədə Sunday, yəni günəş günü deyilir. Onun günəş və ya günəş tanrısı olduğuna inanılırdı. Onların şərab və çörəkdən hazırladıqları bir müqəddəs içkiləri də var idi. Şimal xalqları bu ərəfələrdə bu içkini hazırlayardılar. Mitranın isə insanların günahlarına görə öldüyünə inanırdılar. Lakin siz Mitra və ya Mitrası ensiklopediyalardan axtarmağa çalışsanız dövlətlərin müdaxiləsinə görə adlarının silindiyini görə bilərsiz.

Səbəb budur ki, İsa peyğəmbərin zamanında mesaj yayılmağa başlandıqda və nəhayət şimala yetişdiyi zaman tarixi yazılardan İsanın müridlərindən Barnabasın bu ərazilərdə Saul və ya Paul adlanan biri ilə görüşdüyünü görərsiz. O özünü daha sonralar Paul deyə tanıdır. Paul deyir ki, o İsanı Dəməşq yolunda görür. Və o onun müridlərinin yanına gedir. Lakin şagirdlər Paula qarşı çıxırlar. Yalnız Barnabas onunla birlikdə qalır. Amma nə zaman ki, Paul və Barnabas Yunanıstana gedirlər Barnabas da onu tərk edir. Bəs yaxşı bütün müridlərin Paulu tərk etməsinin səbəbi nə idi? Pauldan gələn konsepsiyalar nə idi? Bir çoxları deyir ki, onlar Paulu tərk etdilər çünki o hələ Saul adlanan vaxtlardan işkəncələr verən zalım birisi idi. Lakin həmçinin görə bilərsiniz ki, günümüz xristianlığında olan 3 tanrı inancı, qan qurbanlığı – hansı ki, mütləq günahdır və bir çox əlavə edilmiş batil konsepsiyalar Pauldan gəlir. Xristian təbliğçilər seminarlarında bəzən hətta İsa peyğəmbərdən çox Pauldan sitat gətirirlər. Beləliklə, Barnabas da Paulu tərk edir.

Ümumiləşdirsək,

Roma və Yunanıstan ərazilərində İsa peyğəmbərin təlimlərini öyrədən missionerlər məhz şimaldan gələn bu qüvvə ilə qarşılaşdılar. Siz qədim roma tarixindən də görərsiniz ki, bəzi vaxtlarda Roma İmperatoru Kolizeyə çıxar, qladiatorlar bir-biri ilə döyüşər, insanlar da qladiatorlara tamaşa edərdilər. Bizim indiki futbol stadionları kimi onlar da Kolizeyə gedərdilər. Qladiatorlar döyüşər və əgər bir qladiator yerə sərilərdisə qalib tərəf imperatora “onu öldürüm yoxsa yox?” deyirmişcəsinə baxar, imperator da əgər öldürməsini istəsə baş barmağını aşağı əyər, sağ buraxmasını istəsə baş barmağını yuxarı qaldırardı-hansı ki, bu, günümüzdə təsdiq mənasını verir.

Baş verən dəhşətli şeylərdən biri də Kolizeydəki rituallar zamanı xristianlığı qəbul etmiş kişi, qadın və uşaqların ac heyvanların önünə atılması idi. Bu rituallarda goreşən, canavar və ya şirlərdən istifadə edərdilər. O heyvanları dəli olana qədər ac saxlayar, döyər, çiy ət verər və daha sonra qurbanlarla baş-başa buraxardılar. İnsanlar isə olanları izləyər və tamaşa edərdilər. Heyvanların bədənləri tikələrə ayırmasına tamaşa edərdilər. Çox dəhşətli bir mədəniyyətdir.

Bu zamanlarda edilən bu zülümlərə dayana bilməyən insanlar yüksək təbəqə insanlarını devirmək ümidi ilə sazişə girirlər. Və dəyişikliklər olmağa başlayır. Xristian erasının əvvəllərində insanların əsasən təbiətə ibadət etdiyi cənubi avropa bölgəsində bu iki din bir araya gətirilir. Xristian adları və xristian tədbirləri adı ilə mərasimlər keçirildi. Buna görə də günümzə gəlib çatan xristianlıq iki dalğanın bir araya gəlməsinin nəticəsidir. Tək ilahlı bir şəxsi, yəni İsa peyğəmbəri çoxtanrılı paqan ayinləri ilə birləşdirdilər.

Beləliklə də, günümüzdəki xristian bayramları əslində bu ikisinin qarışımıdır. İlk olaraq müxtəlif alimlərin və dinlərdəki nəqllərə əsaslanaraq onu anlamalıyıq ki ,İsa peyğəmbər soyuq bir mövsümdə dünyaya gəlməyib. Tarix bizə göstərir ki, o isti mövsümdə dünyaya gəlib. Xristian inancına görə o doğularkən çobanlar sürülərini otarırdılar. Fələstində qış vaxtı qoyunlarınızı gecə vaxtı çöldə saxlaya bilməzsiniz. Çünki gecələr çox soyuq olur.

İsa peyğəmbərin doğulması

Qurani Kərimə baxdıqda isə Məryəm surəsinin Məryəm aleyhissələmin qissəsini görürük. İslam inancına görə Məryəm (aleyhissələm) bakirə idi və həyatını tək olan Allaha ibadət etmək, namaz qılmaq və oruc tutmaqla keçirmişdi. Və sonra Cəbrayıl aleyhissələm Allah ruhundan üfürdü və o İsaya hamilə qaldı. O ol dedi və oldu. İsa peyğəmbəri dünyaya bir kişi olmadan, yəni atasız dünyaya gətirdi. Bu İslamdakı inancdır.

Qissənin davamında deyilir ki, o hamiləlik sancısını hiss etdikdə mələk ona gəldi və şəhərdən kənara çıxmasını söylədi. O da şəhərdən kənarlaşdı. Uzaq bir yerə getdi və orada xurma ağacı və su tapdı. Səhralıq ərazilərdə yaşayan insanlar yaxşı bilir ki, xurmalar yetişdiyi zaman rənglərini dəyişirlər. Başlanğıcda xurma qəhvəyi rəngdə olmur. Xurma ilk əvvəl qırmızı, sarı vəya başqa rəngləri də olur. Sonda isə qəhvəyi rəng alırlar. Bu isə istilik yüksəldikcə xurmalar yetişməyə başlayır. İsa peyğəmbər belə bir zamanda, xurmaların yetişdiyi mövsümdə dünyaya gəlmişdi. Beləliklə bu nöqteyi nəzərdən və müxtəlif tarixi hadisələrdən, müxtəlif dinlərə nəzərən anlayırıq ki, İsa peyğəmbər dünyaya qış fəslində gəlməmişdi. O, isti mövsümdə dünyaya gəlmişdi.

Bəs yaxşı qışda doğulan bu şəxs kim idi.

Bu şəxs günümüzdə kim olaraq təsvir olunur? Gəlin birlikdə araşdıraq və bu suallara cavab tapmağa çalışaq.

Birincisi başa düşməliyik ki, Saturn konsepsiyası, Bakus konsepsiyası onların rəsmlərini, heykəllərini düzəldən rəssamlar, heykəltaraşlar tərəfindən təsvir edilərkən onlar, adətən ağ saqqallı, cüssəli bir adam kimi təsvir olunurlar. Və həmçinin Vatikandakı Sikstin Kapellasında da Mikelancelonun əsərlərində də o şəxsi uzun, ağ saqqalı olara təsvir etdiyini görə bilərsiniz. Bəzi tarixi təsvirlər də var ki, bu adamın xizək üzərində qanadlı ilanlar tərəfindən süzüldüyünü təsvir edir. Bəli, qanadlı ilanlar. Normalda ilanlar uçmur. Bu təsvirlərdə isə qanadlı ilanlar cüssəli bir adamı xizək üzərində göydə müşayiət edilirdi. Artıq tanış gəlməyə başladı elə deyil mi?

Uçan heyvanlar tərəfindən müşayiət olunur, möcüzələr gerçəkləşdirir, 25 dekabırda gəlir – hansı ki, bu İsa peyğəmbərin doğum günü deyil, xristianlıqla heç bir əlaqəsi yoxdur. Beləliklə də şimal xalqlarının inancları xristianlığa qarışır.. İndiki kristmas günlərində nələr olur? Xüsusilə Amerikada. Bu günlər insanlar artıq İsa peyğəmbər barədə düşünmürlər. Necə daha çox içkili ola biləcəklərinə baxırlar. Və bir çox yerlərdə bayramı qeyd edənlərə kristmas pudinqi, kristmas piroqu və ya kristmas içkisi təklif edirlər. Və bu təklif edilən təamların çoxunun tərkibində də şərab və ya rom qatılır. Çünki içki, bu mərasimlərin ruhudur.

Beləliklə bu tədbirlər uzun müddət davam etdi və bir müddət sonra çox kobudlaşdı. Belə ki, artıq xristian kilsəsi bunu qadağan etdi. İngiltərə kilsəsi tarixi qaynaqlara əsasən düz 1647-cı ilə qədər bu mərasimləri keçirməyi qadağan etmişdi. İngiltərədə artıq kristması qeyd etmək qadağan idi. Çünki artıq onlar da kristması paqan bayramı kimi görürdülər. Bu xristian kilsəsi – İngiltərə kilsəsi tərəfindən rəsmi mövqe oldu. Bu kilsəni idarə edənlər puritanlar idilər.

Müqəddəs Nikolas

Əslində isə burada başqa bir şəxsin adının mükəmməl şəkildə tətbiq olunması baş verir. Bu şəxsin adı da  Müqəddəs Nikolas idi. Müqəddəs Nikolas qədim yazılarından kök biri olaraq gəlir. Məhz bu yazılarda hansı ki, yenə şimal Skandinaviya ərazilərində yazılmışdı, Nik, Nikl, Nikr adlarını tapırıq. Və bu şəxs şeytan kimi tanınırdı. Şimalın şeytanı.

Almaniyada və bir çox şimal bölgələrində insanlar bir şər qüvvə kimi Nikə diqqət edərdilər və uşaqlarına qış vaxtı çölə çıxmamalarını deyərdilər, çünki çıxsaydılar Nikolas gələcək, onları ələ keçirəcək, çantasına alacaq və qaçacaqdı. Yəni onlar bunu mənfi bir obraz kimi istifadə edirdilər. İncilin Yeşaya bölümündə, Şeytan qaranlığın hakimi kimi təqdim olunur. Və belə bir anlayış da var ki onun taxtı, gücü şimaldadır. Şimalda bir yerlərdə. Bu şeytanın gücü məhz ordadır. Hətta Almanlar belə Nikolasa başqa adı ilə Pelz Nikolası da deyirlər.  Çünki alman dilində bu kürklü şeytan deməkdir, onu kürklü biri kimi təsvir edirlər. Qırmızı kürkdən paltarı var idi. Və onun evi şimalda idi. O şeytanın ruhu olaraq tanınırdı.

Qadağa

Və 1647-ci ilə kimi İngiltərə kilsəsi bu şeylərin qeyd edilməsini qadağan etdi. Gördüyümüz budur ki, Kristmas tədbiri əslində şeytanın vaxtı demək idi. Bu Saturnalia və Bakanalia qeyd olunan zamanlardakı inanc idi. Buna görə də onlar bu tədbiri yeni il adı ilə dəyişdirdilər. Onlar şeytanlarını, bütün hiss və əyləncələrini yeni il günü ilə əvəz etdilər.

İndi isə gəlin Kristmasa geri dönək. İndiki günlərdə Kristmasda nələr baş verir. Şimal bölgəsi şəhərlərində kristmasda ətrafa işıqlar qoyurlar, santa klaus paradları keçirilir, Seint Nikılısın çöldə olduğuna inanılır, hər kəs Seint Nikolas barədə danışır. Kasıb uşaqlara öyrədirlər ki, Seint Nikıolas sizin bacanıza gələcək. Çəkisi 100 kilodan çox olan kök bir adam sizin bacanızdan gələcək, sizə hədiyyələr verəcək, paltarları ağ və qırmızı olacaq, ərazidəki bütün evlərə gedəcək, corablarınıza və ağacların altına hədiyyələr qoyacaq və yenidən səmaya doğru yol alacaq.

İl boyu övladlarına hədiyyə almaq üçün əziyyət çəkib tər tökən kasıb ata isə uşağa aldığı hədiyyəyə görə heç bir qarşılıq almır. Seint Nikolas bacadan gəlir, hədiyyəni verir və gecə çıxıb gedir. Bir çoxları da bunları düşünərək və inanaraq böyüyür. Bəzi uşaqlar isə hətta gecələri yatmayaraq müşahidə edirlər və atalarının hədiyyəni ağacın altına qoyduğunu görürlər. Onların nə etdiklərindən də xəbərdardırlar.  Təəssüf ki, bizlər, övladlarımız bu inanclarla böyüyürlər. İnsanlar isə deyirlər ki, bu sadəcə kristmasdır, əylənirik.. Uşaqları əyləndiririk. Bu mərasimlərdə elə bir fiqurdan istifadə edilir ki, o tarixi aspektdən bir şeytan olub. Şeytanın ruhu sayılıb.

Kristmas

Kristmas fəslini ələ alanda isə görürük ki, kristmas indiki zamanda bir çox insan üçün maddi şeylərdən ibarətdir. Qohumlar üçün, dostlar üçün hədiyyə almalısınız.. Bu hədiyyələri topladıqda sayı onlarla olur.. Hətta bir çox insan bu ərəfələrdə o qədər borca girirlər ki, bir neçə ay borc içində qalırlar.  Hədiyyələr almaq üçün insanlar banka faizə girib kredit götürürlər.. Bəs İsa  peyğəmbər bunun harasındadır?

İnsanlar içki içirlər, sərxoş olub dava salırlar, bütün pullarını əyləncəyə xərcləyirlər.. Mağazalar bu ərəfədə endirim adı ilə qiymətləri qaldırırlar.. Nə baş verdiyini görürüsünüzmü?

Və təəssüf ki, bu inanclar inkişaf edir və cəmiyyətimizi ələ keçirir. Müsəlmanlar anlamalıdır ki, bu nə deməkdir. Və Muhamməd Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi İslam dinində bu cür bayram, bu cür mərasimlər yoxdur. Tarixdən də göründüyü kimi, bu bayramın heç xristianlıqla da əlaqəsi yoxdur.

Videonun linki: YENİ İLİN GİZLİ TARİXİ
Daha çox video üçün Youtube kanalımıza abunə ola bilərsiniz: ABUNƏ OL

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.