Gənc Muslim

Yalançı uşaq yetişdirməyin 5 üsulu

Yalançı bir uşaq böyütməyin əsas yolları hansılardır?

1. Yalan danışın

Valdeynlər olaraq bir-birinizə və başqalarına yalan danışın. Bu yalanlarınıza uşağınızı da ortaq etsəniz, onu yalançı olma yolunda bir az da irəli aparmış olarsınız. Bütün gününü qonşuda keçirən bir ana axşam olanda ərinə “Axşam oldu işlərimi qurtara bilmədim “ deyə bilər və bunu “Anam evdən heç çıxmadı“ dedirdərək uşağına təsdiq etdirə bilər. Ərinin icazə vermədiyi bir yerə gedən ana: “Ora getdiyimi atana demə !” – deyərək möhkəm-möhkəm uşağa tapşıra bilər .Telefonla zəng vurub qonaq gəlmək istəyən bir rəfiqəsinə “Anam evdə yoxdur“, Anam xəstədir“ və ya “Anamın işləri çoxdur“ cavab verilməsini təmin edər. Bir ata da, özünü qapıdan soruşulanlara “Atam evdə yoxdur“ cavabını verdirə bilər. Müəllim valdeyini çağıranda “Atam burada deyil və ya xəstədir“ kimi bəhanələr uydura bilər. ”Danışıqlarımızı və ya burada baş verənləri qəti şəkildə anana demə”deyə ağıl verə bilər. Beləcə, vasitəçi olaraq istifadə edilən uşaq ümumiyyətlə istədiklərinizi yerinə yetirəcək və yalançılıqda mahir olacaqdır.

2. Verdiyiniz sözü yerinə yetirməyin

Uşağınıza yerinə yetirə bilməyəcəyiniz sözlər verin. Sənə kompüter alacağam , sənə velosiped alacağam ,səni kinoya aparacağam …” deyerek ondan bir iş etməsini və ya müvəffəq olmasını tələb edin və sonra da müxtəlif bəhanələr uyduraraq verdiyiniz sözləri yerinə yetirməyin.

3. Danlayaraq qorxudun

Uşağın işlədiyi günahın mahiyyətinə baxmadan onu danlayıb döyərək özünüzdən qorxudun. Beləcə, sizdən qorxacaq və hər işlədiyi günahın arxasında mütləq yalana müraciət edəcəkdir.

4. Doğru danışdığı üçün cəzalandırın

Doğru dediyi bir söz və ya düzgün danışdığı bir hadisədən sonra onu cəzalandırır.”Düzün desən ,səni cəzalandırmayacağam “ dedikdən sonra yenə də onu cəzalandırsanız ,iman duyğusunu alt – üst etmiş ,həmdə onu qarşısıalınmaz səhvlərə doğru sövq etmiş olarsınız.

5. Yalanlarına əhəmiyyət verməyin

Dediyi kiçik yalanları görməzlikdən gəlin ,hətta heyranlığınızı bildirin .Beləcə ,onun daha böyük yalanlar danışmasına zəmin hazırlayın.

Diqqət!

Qətiyyətlə bu yollardan istifadə etməyin . Əgər bu kimi təhlükəli söz və hərəkətlərdən istifadə etsəniz, uşağınıza və ailənizə böyük pislik etmiş olarsınız.

Hansı uşaqlar yalan danışar ?

  1. Ailəsində və ətrafında yalana müraciət edənlər .
  2. Aldadılan uşaqlar .
  3. Özünə inamı olmayanlar .
  4. Təzyiq altında olan və döyülən uşaqlar .
  5. Danışdığı yalan müqabilində mükafatlandırılanlar .
  6. Düzgün danışdığı halda cəzalandırılanlar.

 


Bu məqalə “Uşaq, ailə və məktəb” kitabından istifadə edilərək “Gənc Muslim” komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün