Gənc Muslim

Xoşbəxt ailə yuvasının 10 əsas sirri

Xoşbəxt ailə yuvasının 10 əsas sirri

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır! (Rum surəsi 30/21)

Xöşbəxt bir yuva istəyirsinizsə hansı məqamlara diqqət etməlisiniz:

1. Etməli olduğunuz ilk şey anlayışdır.

Əgər qarşılıqlı anlayışınız varsa böyük bir yol qət etmiş sayılırsınız.

2. Sevdiyiniz insana qarşı son dərəcə şəfqətli olmalısınız.

Evə gəldiyində, gün boyu hansı işlər gördüyünü, işlərinin necə olduğunu soruşsanız, o, sizin ona necə önəm verdiyinizi düşünəcək və bu da sizin qarşılıqlı sevginizi artıracaqdır.

3. Həyat yoldaşınıza qarşı daima coşğulu olun,

ona gülər üzlü və sevincli halınızla görsənin. Əgər həmin günü üzgün görsənirsə buna önəm verin və səbəbini öyrənməyə çalışın.

4. Zaman ən dəyərli sərmayədir

Onu televizor, telefon kimi alətlərin oğurlamasına icazə verməyin. Məsələn, ibadətlərinizi birlikdə yerinə yetirə bilərsiniz, kitab oxuyaraq elminizi artıra bilərsiniz. Bunlar sizi Allah Təaləyə yaxınlaşdıracaq ən gözəl əməllər ola bilər.

5. Sadə yaşamağa önəm verin.

İstər qadın olun, istərsə də kişi, sadə yaşayın. Əlinizdə olanlarla kifayətlənin. Hər istəyimizə isə ən gözəl məkan olan axirət məkanında qovuşacağımızı unutmayın və çətinliklərə qarşı səbr edin.

6. Cəmiyyət içində bir-birinizin qüsurlarını söyləməyin.

Bu sizin səmimiyyətinizə zərər verər və qarşıda istəməyəcəyiniz fəsadlara yol açar.

7. Məhrəm hadisələri qoruyun

Həyat yoldaşınız ilə yaşadığınız məhrəm hadisələri əsla başqasına danışmayın, siz bir ailəsiniz və ailənizə sahib çıxmağı bilin.

8. Ona tez-tez onu sevdiyinizi söyləyin,

Onu adı ilə deyil onun da sevəcəyi kəlimələr ilə xitab edin.

9. Həyat dostunuzu başqaları ilə müqayisə etməyin.

Sizə mənfəət gətirəcək işləriniz üçün canla-başla çalışdığınız kimi evliliyiniz üçün də çalışın.

10. Bir-birinizin qəlbini sadə və mənasız şeylərə görə qırmayın.

“Qılınc yarası sağalar, söz yarası sağalmaz” atalar sözünü unutmayın.

Əziz Peyğəmbərimiz (ona və ailəsinə Salam olsun) belə buyurmuşdur:
“İki sevəni bir-birinə bağlayan evlilik kimi gözəl bir şey görülməmişdir”.
(İbn Macə, “Nigah” 2)

Siz bu qısa həyat yolunda kiçik yuvanızı cənnət baxçasına çevirə bilərsiniz. 🙂


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün