Gənc Muslim

Sükunət və Hüzur dadması üçün…

Sükunət və Hüzur dadması üçün…

Adəmdən, onda sükunət və hüzur dadması üçün zövcəsini yaratdı.

[Əraf, 189]

Allah Təala Həvvanı yaradarkən, Adəm Cənnətdə idi. Sonsuz nemətin içində və ən əsası Allah və mələkləri ilə ünsiyyətdə idi. Buna baxmayaraq Allah, Adəmin hüzur dadması üçün ona zövcəsi Həvvanı yaradır.

Bəzi elm əhlinin dediyinə görə, Adəm Cənnətdə üzülərək bir ağacın altına cəkilir. Üzüntüylə dizlərini qucaqlayıb oturur. Bu zaman Allah ona dərin yuxu verir, o da ayıldıqda Həvvanı yanında görür.

İnsan üzüntüyə düşdüyü zaman ətrafında nə qədər yaxşı dostu olur-olsun dərdləşməsi üçün başqa birisini axtarır. Fitrəti başqa kimisə görmək istəyir. Bax o görmək istədiyi kəs, özü də fərqində olmadan həyat yoldaşıdır.

Adəmin -əleyhissalam- fitrətindəki axtarış da bu idi. O bəlkə də özü də nə axtardığını Həvvanı görüncəyə qədər tam anlamış deyildi. Bilmirdi niyə sıxılır. Lakin Allah bilirdi. Çünki bu istəyi onun fitrətinə O yerləşdirmişdi.

Bu ayə bizə onu göstərir ki, insan üçün salah sahibi və xoş xasiyyətli h/əyat yoldaşı qədər hüzur verəcək ikinci bir nemət yoxdur. Dünya nemətləri Cənnət nemətlərindən azdır. Cənnət nemətləri daha çox və daha üstündür. Buna rəğmən Adəm Cənnətdə Həvvaya ehtiyac duydu.

Rüstəm Mehdi

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün