Gənc Muslim

Şərqi Türküstanda Çin zülmü

Araşdırmalara görə hal hazırda milyonlarla Uyğur türkü faşist düşərgələrinə bənzər düşərgələrdə zorla saxlanılmaqdadır.Bu o deməkdir ki, hər Uyğur ailəsindən ən az bir nəfər həmin düşərgələrdə işgəncələrə məruz qalır. Məhbusların çoxu 20- 40 yaş arasındakı Uyğur kişiləridir. Faşist düşərgələrinə bənzər düşərgələrdə Uyğurlar öz inanclarını dəyişdirməyə və donuz əti yeməyə məcbur edilir. 2017-ci ilin aprelindən bəri telefonlarda dini məzmunlu bir şey saxlamaq və dini bir kitab oxumaq qadağandır və bunun üçün indiyədək həbs olunanların sayı yarım milyondan artıqdır.

Hal hazırda Şərqi Türkistanda:

  1. Milyondan artıq müsəlman türk düşərgələrdə ən ağır işğəncələrə məruz qalmaqdadır.
  2. Uyğurlara Allah, Salamun aleykum və s. kimi dini sözlər işlətmək qadağan edilmişdir.
  3. Məhəllələrdəki bir çox məscidlər dağıdılmış və yerində əyləncə məkanları, barlar və əxlaqsızlıq yuvaları tikilmişdir. Dağıdılmayan məscidlərin hər yerində Çinin dövlət bayrağı və Xi JinPingin fotoları asılmışdır.
  4. İnsanlara qoyulmuş olan islami adlar dəyişdirilmiş və istifadəsi qadağan olunmuşdur.
  5. İslam qaydalarına uyğun evliliklərə icazə verilmir. Burada qaydaları Çin komunist (ateist) rejimi müəyyən edir.
  6. Uyğur qadınları ən yaxşı halda zorla çinli kişilərlə evləndirilir, ən pis halda isə cinsi istismara məruz qalırlar.
  7. Kişiləri zorla düşərgələrdə saxlanılan ailələrə ateist Çin rejimi tərəfindən çinli kişilər yerləşdirilmişdir.
  8. İslama uyğun geyinmək və dinin hər hansısa bir əmrini yerinə yetirmək qadağan edilmişdir. bu qadağaya əməl etməyənlərsə insanlığa sığmayan işgəncələrə məruz qalırlar..
  9. Müsəlman uyğur türklərinə zorla haram qidalar yedizdirilməklə yanaşı qidaların halal olub-olmadığını bilməmək üçün halal yazısının yazılması da ləğv olunmuşdur.
  10. Ölülərin islami qaydalara uyğun şəkildə dəfn olunması qadağan olunmuşdur. Əvəzindəysə əhaliyə zorla ölən hər bir şəxsin meyidinin yandırılmasına dair müqavilə imzalatdırılmışdır.
  11. Quran başda olmaqla islami dəyərə malik hər bir şey yandırılaraq məhv edilmiş, başda namaz qılmaq və oruc tutmaq olmaqla bütün ibadətlər qadağan edilmişdir.
  12. Xaricdəki uyğurların öz ailələriylə əlaqəsi tamamilə kəsilmişdir. Həmçinin xarici ölkələrdə yaşayan bütün uyğur tələbələr geri çağırılmış və həbs olunmuşdur.
  13. 2017-ci ildən etibarən xaricdə təhsil alan vəya Misir, Türkiyə kimi İslam ənənələrinin güclü olduğu dövlətləri ziyarət edən Uyğurlar məmləkətlərinə döndükdən sonra hər hansı bir səbəb göstərilmədən həbs olunmuşdur.Onlardan hələ də heç bir xəbər yoxdur.
  14. Düşərgələrdə saxlanılan bir çox müsəlman türkün müxtəlif orqanları götürülərək orqan ticarətində istifadə olunur. Amerikalı jurnalist, National Review jurnalının redaktoru Jay Nordlinger belə deyir: “Bir milyondan çox Uyğur heç bir səbəb göstərilmədən həbs olunaraq işgəncələrə məruz qalmaqdadır. Onların bir çoxu haqqında xəbər yoxdur. İnsanlar genişmiqyaslı soyqrım təhlükəsilə üz-üzədir. İnsanların düşərgələrdə saxlanması geniş bir sui-qəsdin, xüsusilə orqan ticarətinin əlamətidir (orqan ticarəti Çin kommunist partiyasının xüsusiyyətlərindən biridir). Çünki bütün Uyğurların DNT-si toplanmışdır”

Təmsil olunmayan Millətlər Təşkilatı (UNPO) 26 Fevral 2018-ci ildə Amerika Parlamentində reallaşdırılan bir konfransda Çin rejiminin Uyğurlara qarşı tətbiq etməkdə olduğu qeyri-insani qadağanları ortaya qoymuşdur.

Düşərgələrdəki vəziyyət:

Düşərgələrdən xilas olan azsaylı insanların söylədiklərinə görə vəziyyət düşünüldüyündən də pisdir. Düşərgələrdə “İslam dininin təhlükələri” haqqında beyin yuma dərslərinin olduğunu da artıq mediyaya məlumdur. Məhbuslar Allahın ucalığını tərifləmək əvəzinə Xi Jinpingin ucalığını tərifləməyə məcbur edilir, hər yeməkdən sonra məcburi şəkildə “partiyaya təşəkkür! ana vətənə təşəkkür! Xi Jinpingə təşəkkür” kimi şüarlar səsləndirilir. “Daili Mail” qəzeti düşərgədən sərbəst buraxılan bir adamın açıqladıqlarına əsasən Çin təhlükəsizlik təşkilatlarının Şərqi Türkistandakı Müsəlmanları kommunist ideologiya ilə öyrədərək, dindən çıxartmaq üçün tətbiq etməkdə olduğu qorxuducu üsulları detallarıyla ortaya qoymuşdur. Bu adamın söylədiklərinə görə, düşərgədəki Müsəlmanlar düşərgə idarəçilərinin sözünü yerinə yetirə bilmədikdə qeyri insani cəzalara məruz qalır, onlara zorla donuz əti və içki verilir. Hal hazırda da Şərqi Türküstanda milyondan çox müsəlman belə düşərgələrdə saxlanılır.

2019-cu ilin yanvar ayının 1-dən qüvvəyə minən “İslam dininin Çin qanunlarına uyğunlaşdırılması” qanununu qəbul edən Çin hökuməti bu qanun layihəsi sayəsində İslam dininin qarşısını almaq və Çinə tabe olan müsəlman Uyğur türklərini yer üzündən birdəfəlik silmək, əvəzindəysə çinliləri bu ərazilərə yerləşdirmək istəyirlər. Məsələ cinsəllik, “azadlıq” olduqda insan haqqlarını müdafiə edənlərsə nədənsə bu zülmə susurlar. Ateist Çin rejimi isə bütün dünyanın gözü qarşısında öz qeyri-insani planlarını həyata keçirməyə davam edir..

Bu gün zülmə göz yuman sabah zülmə məruz qalmağa namizəddir. Zülmə səssiz qalmayaq. Əlimizdən heçnə gəlmir deməyək, bu qədər dərdim var, bir də onların dərdinimi çəkim deməyək. Dua möminin silahıdır. Qardaşlarımız üçün dua edək, dualarımızda onlara da yer ayıraq..

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq beyyine.az göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.