Gənc Muslim

“Səhra gəmisi”

Dəvə 50°C istilikdə 8 gün ac-susuz qala bilir. Bu müddət ərzində bütün kütləsinn cəmi 22%-ni itirir. İnsan bədənində olan suyun 12%-ni itirdiyində ölərkən, dəvə bədənindəki suyun 40%-ni itirdiyi halda ölmür. Dəvənin susuzluğa dayanıqlılığının digər bir səbəbi də, gündüz bədən istiliyini 41°C-yə qədər sabit saxlayan bir mexanizmə sahib olmasıdır. Bu mexanizmin sayəsində gündüz həddindən artıq səhra istisində su itkisini minimum səviyyəyə sala bilir. Soyuq səhra gecələrində isə bədən istiliyini 30°C-yə tempraturda sabit qalır.

Qıçlarına nisbətən son dərəcə böyük olan ayaqları da xüsusi olaraq “dizayn” edilmiş, heyvan quma batmadan gedə bilsin deyə genişlədilib yaradılmışdır. Ayaq döşəmələrindəki xüsusi qalın dəri isə qızğın səhra qumlarına qarşı alınmış bir tədbirdir.

Bütün bədənini örtən sıx tüklər səhranın yandırıcı günəşinin heyvanın dərisinə təsir etməsinə mane olur. Bunlar eyni zamanda soyuqda da heyvanın isti qalmasını təmin edir. Səhra dəvələri 70°C istilikdən təsirlənməzkən iki hörgüçlü dəvələr mənfi 52 dərəcəlik soyuqda yaşaya bilməkdədir. Bu tip dəvələr 4.000 metrlik yüksək yaylalarda belə həyatlarını davam etdirə bilirlər.

Daxili quruluşu

Dəvələr 10 dəqiqədə ağırlıqlarının üçdə biri nisbətində su içə bilir. Bu miqdar bəzən 130 litrə qədər yüksəlir. Bundan əlavə dəvə insana nisbətlə 100 qat daha geniş sahəni əhatə bir buruna sahibdir. Çox böyük burun sayəsində havadakı nəmin 66%-ni istifadə edə bilir.

Heyvanların bir çoxu böyrəklərində yığılan maddə qana qarışdığı anda zəhərlənərək ölür. Dəvə isə bədənində olan maddəni dəfələrlə qaraciyərindən keçirdiyi halda daxilindəki sudan və qidalardan maksimum dərəcədə istifadə edə bilməkdədir.

Dəvənin qan və hüceyrə quruluşu səhra şərtlərində uzun müddət susuz yaşaya bilməsini təmin edə biləcək şəkildədir. Hüceyrə divarları hüceyrələrinin çox su itirməsinə maneə törədəcək bir quruluşdadır. Qan quruluşu isə dəvənin bədənində su minimuma endiyində belə qan axışında bir ağırlaşmağa imkan verməyəcək formadadır. Ayrıca qanında susuzluğa dayanıqlılığı artıran albomun fermenti digər canlılardan daha çox miqdardadır. Dəvənin bir başqa dəstəkləyicisi də hörgücüdür. Hörgüçlərdə bədən ağırlığının beşdə biri qədər yağ ehtiyyatı toplanır. Dəvədə yağın tək bir nöqtədə toplanması bədənin yağdan aslı olaraq hər yerində su atılmasına mane olur. Bu da öz növbəsində dəvənin suyu minimum nisbətdə, qənaətlə istifadə etməsinə səbəb olur.

Bir hörgüçlü dəvə normalda gündə 30-50 kilo qida qəbul edə bilərkən çətin şərtlərdə gündə yalnız 2 kq quru otla bir ay boyunca yaşaya bilməkdədir. Dəvənin ağız və dodaq quruluşu avtomobil təkərlərini deşəcək qədər iti tikanları belə rahatlıqla yeyə biləcək şəkildədir. Mədəsi və həzm sistemi isə önünə çıxan hər şeyi həzm edə biləcək qədər güclüdür. Belə bir mədə sistemi normalda yemək hesab edilməyən kauçuk kimi maddələrdən belə istifadə edilməsini təmin edir. Quraq mühitlərdə bu xüsusiyyətin nə qədər qiymətli olduğu hər kəsə məlumdur.

İndi isə düşünək..

Dəvə öz bədənini səhra mühitinə özümü nizamlamışdır? Hörgücünü omu özəl olaraq dizayn etmişdir? Və ya fırtınalara qarşı göz və burun quruluşunu özümü hazırlamışdır? Qan və hüceyrə quruluşunu dəvənin özümü hazırkı vəziyyətinə gətirmişdir? Bədənindəki tüklərin toxumasını omu seçmişdir? Məgər dəvəmi özünü “səhra gəmisi”nə çevirmişdir?

Dəvə digər bütün canlılar kimi özü özünü yaşadığı şəraitə uyğunlaşdıra bilməz. Dəvə də digər bütün varlıqlar kimi Allah tərəfindən yaradılmış, yaşadığı şəraitə uyğunlaşdırılmış və Allahın varlığının yer üzərindəki nişanələrindən biri olaraq yer üzərinə göndərilmişdir.

QAYNAQ
The Camel, Hilde Gauthier-Pilters & Ana Innis Dag, The University of Chicago Press,
Science Illustrée İyul 1993,
Il Grande libro degli animali e lambiente,
Paolo Schmidt de Friedberg,
Vallarddi Industrie Grafiche, Lainatesidəliyə, 1975.]

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.