Gənc Muslim

“Şaxta baba” yoxsa “Saxta baba”?

Həzrəti İsanın doğumundan illər əvvəl günəşə sitayiş edən bütpərəstlər tanrı hesab etdikləri Günəşin hər gün bir az daha erkən özlərini tərk etməsinə kədərlənirdilər. Elə buna görə də 25 dekabrda günlər təkrar uzanmağa başlayanda “Günəşin özləriylə qalmağa razı olduğuna” sevinərək bunu geniş şəkildə mərasim təşkil edərək qeyd etməyə başladılar. Bu mərasimlər əsnasında içki, qumar, qadınlar bir sözlə hər cür çirkinliklərdən istifadə edirdilər. Üstəlik onlar bu mərasim zamanı hind toyuğu kəsmə, donuz başı, qaz qızartması yeməyi də ənənə halına gətirmişdilər. Əlavə olaraq qeyd edək ki onlar bu bayram əsnasında bir-birinə müxtəlif hədiyyələr verərdilər.

Həzrəti İsanın doğum günü qəti olaraq bilinmədiyi üçün ilk xristianların həzrəti İsanın doğumu üçün qeyd etdikləri xüsusi bir gün yox idi. Bu sırada Roma İmperatorluğunun hər yerində günəşə və bütlərə sitayiş edirdilər. Roma İmperatoru Konstantin bütpərəstkən 313-cü ildə xristianlığı qəbul etdi və bütpərəstlikdən bir çox şeyləri də xristianlığa daxil etdi. O, “günəş tanrısının doğum günü” olaraq qəbul edilən 25 dekabrı da yeni il olaraq qəbul etdi. İsa aleyhissələmin xilaskar tanrı olduğuna inanan xristianlar da həzrəti İsanın 25 dekabrda doğulduğunu qəbul etdilər. Nəticədə hər il bu günü Milad (doğum) olaraq qeyd etməyə başladılar.

“Santa Klausun yaranması”

Əfsanəvi Xristian inancına görə miladi 4-cü əsrdə (350-ci illərdə) Anadoluda Myra (bu günkü Antaliya) bölgəsində yaşamış olan müqəddəs Nikolaos adında bir Xristian “Roma imperatoru Konstantinin yuxusuna girdi və edama məhkum edilən üç zabiti xilas etdi”. Bu hadisədən sonra getdikcə məşhurlaşan Nikolaos zaman keçdikcə Rusiya və Yunanıstan kimi ölkələrin, xeyriyyə təşkilatlarının, uşaqların, dənizçilərin və bəzi şəhərlərin müqəddəs qoruyucusu olaraq mənimsənildi, adına Avropada xeyli kilsə tikildi. Uşaqlara xüsusi hədiyyələr gətirdiyinə inanılan və zaman keçdikcə Santa Klaus olaraq adlandırılan Nikolaos əfsanəvi bir şəxsiyyətə çevrildi.

Nikolaosun Santa klaus halına gətirilməsi əvvəlcə Almaniyada müşahidə olundu. Bu ənənə zamanla protestant kilsələrin geniş yayıldığı Avropa ölkələrində yayıldı. Daha sonra ABŞ-ın New York şəhərinə yerləşən holland protestantların “müqəddəs Nikolaosu” xeyirxah biri olaraq tanıtması onun burada da çox sevilməsilə nəticələndi. Ayrıca ABŞ və İngiltərədə qeyd olunan uşaq bayramlarında da ona yer verilməyə başlandı. Artıq o ənənəvi ailə və uşaq bayramı olaraq qeyd olunan Milad bayramının qoruyucusu olaraq qəbul edildi.

Santa Klausun kök, şən, qırmızı və ağ yepiskop geyimləri içindəki təsvirləri amerikalılar tərəfindən ortaya çıxarıldı. Santa klaus olaraq bilinən Nikolaosun bəzən tək, bəzənsə köməkçiləriylə ata minərək, bəzən də səkkiz şimal maralının çəkdiyi qoşqu ilə evlərin damlarında gəzdiyi əfsanəsi yayıldı.

Yolka bəzəmək

Əfsanəvi inancla Santa Klausu qeyd edən xristianlar bu mərasimlər əsnasında işıq və müxtəlif əşyalarla yarpaq tökməyən ağacları bəzəyirdilər. Bu ağac çox vaxt şam ağacı olurdu. Bu adət qədim misirlilərin, çinlilərin, yəhudilərin və bütpərəst millətlərin yarpaqlarını tökməyən ağacları ölümsüzlük simvolu hesab etmələrindən qaynaqlanmaqdadır. Günümüzdəki Milad ənənələri arasındakı ağac(yolka) bəzəməyin Almaniyanın qərbində orta əsrlərdə mövcud olan qədim bütpərəstlərin adətlərindən qalıtı olduğu tarixi faktlarla sübut olunmuşdur.

Miladi təqvim

Qüds ətrafında dünyaya gələn həzrəti İsanın doğumu haqqında o zamanın ədəbiyyatçılarının və tarixçilərinin əsərlərində heç bir məlumata rast gəlinməməkdədir. Ən kiçik hadisələri belə qələmə alan Roma tarixçilərinin həzrəti İsa kimi böyük peyğəmbər haqqında dərin bir sükunət göstərməsi ayrıca diqqət çəkir. Bundan əlavə məlumdur ki, xristianların müqəddəs kitabı- bu günkü İncil bir ədəd deyil. Heç bir İncildə həzrəti İsanın hansı gün doğulduğuna dair ən kiçik bir məlumat belə yoxdur.

Hazırda istifadə etdiyimiz miladi təqvim 6-cı əsrə qədər istifadə edilməmişdir. Miladdan sonra 525-ci ildə Denys adında bir rahib ilk dəfə miladi təqvimdən istifadə etməyə başladı. Tarixçilər uzun müddət ya Roma dövlətinin yarandığı tarixi ya da Tövratda həyatın təxmin edilən başlanğıcını təqvimin başlanğıcı olaraq qəbul ediblər. On səkkizinci əsrə qədər əsər yazanlar bu təqvimlərdən istifadə edirdilər. Bəzi tarixçi alimlər həzrəti İsanın miladi tarixin başlanğıcında doğulmasının qəti olmadığı, 15 il əvvəl və ya 15 il sonra doğulduğunun da isbatının mümkünsüzlüyünü ifadə edirlər.

Bütün bu faktlara əsasən xristianların Milad bayramına hörmət etmək, onların adətlərini adət halına gətirmək, bu günü onlar kimi qeyd etmək, onlar kimi bir-birinə hədiyyə göndərmək, əşyalarını və süfrələrini onların bəzədiyi kimi bəzəmək, o günü başqa günlərdən fərqli keçirmək müsəlmana icazəli deyil.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.