Gənc Muslim

SalamWeb – Müsəlmanlar üçün ilk veb brauzer

Malayziyanın “Salam Web Technologies” startapı müsəlmanlar üçün nəzərdə tutulmuş ilk brauzeri təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, proqramın yaradıcılarının fikrinə görə, “SalamWeb” brauzeri internetdə mədəni sörfinq üçün nəzərdə tutulub. Brauzerə quraşdırılmış bir neçə filtrasiya aləti müsəlmanları təhqir edən və açıq-saçıq məzmunu bloka salır. Məsələn, brauzer pornoqrafiya və qumar oyunlarından ibarət saytları istifadəçidən gizlədir.

Bundan başqa brauzerdə yaşadığınız şəhər üçün namaz vaxtları, qiblə istiqaməti və hava məlumatı haqqında da məlumatlar göstərilir.

SalamWeb” brauzeri bütün populyar platformalarda (“Windows”, “Mac”, “iOS” və “Android”) əlçatandır.

Rəsmi veb saytları: www.salamweb.com

Android istifadəçiləri üçün yükləmə linki: Yüklə

İOS istifadəçiləri üçün yükləmə linki: Yüklə

Windows əməliyyat sistemli kompyuterlər üçün: Yüklə

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.