Gənc Muslim

Ramazanda motivasiyanızı və pozitivliyinizi artıran 10 şey

Ramazan ərzində pozitivlik, motivasiya və rifah

Ramazan üzərimizə gəldikcə biz bu ayda həyatımızı yenidən dəyərləndirməyə və yenidən fokuslaşmağa meyil edirik. Orucumuzu açmaq üçün bizə qida və su lazımdır. İftar bizi qarşılayınca biz artıq yorulmuş, yay olması səbəbiylə istilənmiş və ya rahatsız oluruq. Ramazanda imanımızı gücləndirmək üçün biz psixoloji ehtiyaclarımızla necə mübarizə aparmalıyıq?

Mənəvi motivasiya bizim varlığımıza xas olan bir amildir və onun uğurlu olması bizim həyatımızın əsas məqsədlərindən biridir. Mənəvi motivasiyanın məqsədlərini qarşılaya bilməyən insanlar boşluq, təlaş, ümidsizlik və ağrı hiss edirlər. Bu, insanları Allaha, Onun yaratdıqlarına, həyat məqsədimizə üsyan etməyə məcbur edə bilər.

Ümumi olaraq motivasiya insanların hərəkətlərini enerjiləndirməyə və müəyyən məqsədə tərəf yönlədirməsinə kömək edən bir istəkdir və yaxud həvəsdir. Allah insanlara motivlər (səbəblər) bəxş edib, hansı ki, insan şəxsiyyətinin və davranışının əsas komponentidir.

Rəbbimiz hər şeyə Öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!

(Taha, 50-ci ayə)

Ümumi olaraq “ehtiyac” və “həvəs” motivasiyanın daxili qüvvə, təşviq amillərinin isə xarici olduğunu göstərir.

Motivasiya Allahın Lütfüdür

İnsan olaraq biz bu həyatda tamamlanma arzulayırıq və həm bu həyatda həm də axirətdə yüksək standarta nail olmağa can atırıq, İn şə Allah.

Əgər biz düzgün şəkildə motivasiya üzərində fokuslaşmağa müvəffəq olsaq, motivasiyaya rəqabət dərəcəsi də daxil ola bilər. Əslində belə növ motivasiya Allahın bir lütfüdür.

Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın! Harada olursunuzsa olun, Allah sizi (qiyamətdə) bir yerə toplayacaqdır. Həqiqətən, Allah hər şeyə qadirdir!

(Bəqərə, 148-ci ayə)

Rəqabət, yarışmaq və başqalarını ötmək həvəsi dünya işlərini düşündükdə bunu anlamaq asandır, bəs axirət üçün necə? Bu da eynilə. Biz dünya üçün bir-birimizlə yarışdığımız kimi Allahın bizi bağışlaması və rızası üçün də yarışmalıyıq.

Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi yerlə göyün genişliyi qədər olan, Allaha və Onun peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə əta etdiyi lütfdür (mərhəmətdir). Allah çox böyük lütf (mərhəmət) sahibidir!

(Hədid, 21-ci ayə)

Bu Ramazanda, siz öz həyatınızı necə görürsünüz  və motivasiya ilə pozitivliyi necə nəzərdən keçirirsiniz? Bəli – motivasiya, pozitivlik və dua. Bu üçü bir-biri ilə əlaqəlidir.

Rifah və s. üçün pozitiv duaların istifadə edilməsi

Araşdırmalar göstərir ki, siz pozitiv düşüncəyə malik olduqda çox böyük ehtimal ki, həyatda da müsbət olursunuz və müvafiq davranışınız olur. Sizin ətrafınızda olanlar da, sizin mövcudluğunuzdan irəli gələrək pozitiv olurlar.

Bu vacibdir, çünki siz xeyir əməllərdə yarışdıqda, xatırlamalısınız ki, bu tək fiziki deyil, həmçinin psixoloji nailiyyətdir. Ramazan ayında xeyriyyə ilə məşğul olmaq böyük köməkdir, eyni zamanda ətrafınızdakı insanlar üçün dua etməyi də unutmayın. Sonuncu tələb pulsuzdur, dünyada olanlardan daha güclüdür və əhəmiyyətli nəticələrə gətirə bilər.

Dua möminin təkcə silahı deyil, həmçinin onun rifah vasitəsidir. Dua etdikdə insanın rifahı da artır. İnsan başqaları haqqında daha çox qayğılanmağa başlayır.

Enes bin Malikdən  rəvayətə əsasən Peyğəmbər  demişdir:

Dua ibadətin özüdür 

[Tirmizi]

Abudullah bin Amrdan  rəvayətə əsasən Allahın Rəsulu  demişdir:

Qiyabında olan insandan ötrü edilmiş duadan daha tez cavablandırılan dua yoxdur

[Tirmizi]

Beləliklə sizinlə olmayan və uzun zaman görmədiyiniz insan üçün niyə dua etməyək? Özünüzə istədiyinizdən onlar üçün də istəyin. Məsələn siz imtahanda uğur və yaxud evlilik arzulayırsınızsa, xatırlayın kı, başqaları da bunu istəyir, eyni duanı onlar üçün də edin və uğurun necə gəlməsini görün in şə Allah.

Ramazanda sizin motivasiyanızı və pozitivliyinizi artıran 10 şey

Biz artıq pozitivliklə motivasiyanın bizim mənəvi durumumuzla dərin əlaqəsini anladıq, beləliklə gəlin baxaq onları necə artırmaq olar

  1. Lütflərinizi hesablayın:
    Malik olduqlarınıza görə təşəkkür edin. Başqa insanlara da təşəkkür edərək onlar üçün dua edin.
  2. Nikbinliyi artırın:. Özünüzün mümkün parlaq gələcəyiniz haqqında qeydlər aparın, yaxud hər bir hadisənin müsbət tərəflərinə baxın. Bu Ramazanda ən yaxşı şeylərin mümkün ola biləcəyini düşünün, in şə Allah.
  3. Aşırı dərəcədə düşünməkdən və ictimai müqaisələrdən yan keçin:

Problemləriniz haqqında düşünməmək üçün özünüzü bu məsələdən yayındırın və sizdən daha az nailiyyətləri olanlar haqqında düşünün və özünüzü onlarla müqayisə edin. Bu sünnətdir. Olanlarınız üçün şükr edin. Hər gün sizə verilmiş sadə şeylər üçün belə Əlhamdulilləh deyin.

Həyat şərtləri sizinkindən daha aşağı olanlara baxın, sizdən daha yaxşı olanlara baxmayın. Bu, Allahın üzərinizdəki nemətini xor görməmənizə daha uyğun bir davranışdır

[Muslim, Zöhd 9]
  1. Xeyirxahlıqlar edin:
    Dostlar və tanımadığınız insanlar üçün, birbaşa və yaxud bildirmədən, gözlənilmədən və yaxud planlaşdırılmış şəkildə yaxşılıqlar edin
  2. Münasibətləri gücləndirin
    Gücləndirilməyə ehitayacı olan münasibətlərə vaxt, enerji ayıraraq gücləndirin və bundan zövq alın.
  3. Sizi həqiqətən məşğul edən fəaliyyətlərdə olun.
    Evdə və işdə sizi özünə çəkən və sizdən səylər tələb edən işlərin sayını artırın. Quran oxumaqla məşğul olun, İPodunuzda və digər cihazlarda təfsirləri dinləyin, Peyğəmbərimizə salavat göndərin
  4. Məqsədlərinizə bağlı olun
    Sizin üçün əhəmiyyətli olan üç məqsəd qoyun ortaya və onların əldə edilməsi üçün vaxt ayırın. Bu Ramazanda hansı dəyişiklikləriniz olacaq?
  5. Bağışlamağı adət edin.
    Sizə qarşı yanlışlıq edən və acılayan şəxslərə qarşı olan hirs və narazılığın  aradan qaldırılması üçün görülən işlərin qeydlərini aparın. Yadınızda saxlayın ki, belə bağışlama əməlləri Ramazanda sizə daha böyük mükafatlar gətirəcək, ələxsus Allah xatirinə edilirsə.
  6. Dininizə vaxt ayırın.
    Məscidə daha bağlı olun. Quranı oxuyun və mənasını düşünün. Bunun hamısı sizin rifahınızı artıracaq. Lakin əlçatmaz və stresə səbəb olacaq xəyallar qurmayın.
  7. Vücudunuza qayğı göstərin:
    Fiziki fəaliyyətlə məşğul olun. Bura həmçinin gülümsəmək və gülməyi daxil etmək olar. Həmçinin, bu ay ərzində sağlam qidalar və içkilər qəbul edin.

Sizə bunların hamısını etməyə ehtiyac yoxdur. Sadəcə üç dənəsini seçin və onların üzərində fokuslaşın. Bir həftə edin və nə baş verdiyini görün.

Sonunda xatırlayın ki,

Güldürən də, ağladan da Odur!

(Nəcm, 43-cü ayə)


Bu mәqalә productivemuslim.com saytından alınaraq gencmuslim.net tәrәfindәn tәrcümә edilmişdir.

Mәqalәlәrdәn istifadә edәrkәn saytımızı mәnbә olaraq göstәrmәk vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün