Gənc Muslim

Ramazanda Ev İşləri ilə Yorulan Xanımlara 8 Tövsiyyə

Ramazanda Ev İşləri ilə Yorulan Xanımlara 8 Tövsiyyə

İftar siyahısında nəsə unutmamışam ki? Sahura nə hazırlayacam? Mən acam, əsəbiyəm, uşaqlarım məni qıcıqlandırır!

Ramazan! İlin ən mübarək və xoş ayıdır. Lakin müsəlman bacılar üçün o həmçinin təzyiq, aşırı tələblər və narahatlıq ayı ola bilər. Bir çox bacılara əlavə təzyiq iftarın hazırlanması, uşaqların qayğısı həmçinin Quran oxumağa vaxtın tapılması və əlavə ibadətlərin icrası. Təbii ki, stress üst üstə yığıla bilər və buna görə stresin qarşısını almaq, rahat və dinc Ramazan keçirmək üçün aşağıdakı faydalı tövsiyyələrdən istifadə edin.

1. Qurandan həvəsləndirici qissələri oxuyun və dinləyin.

Quranda çətinliklərlə üzləşən lakin səbirli qalan  və Allahdan mükafatlarını alan əməli saleha qadınların qissələri var. İsa peyğəmbərin anası Məryəm-əxlaqsızlıqla ittiham edilmişdir – ona nəcib peyğəmbər olan əməlisaleh oğul verilmişdir. Fironun arvadı Asiya, əri tərəfindən işgəncələrə məruz qalmışdır – Allah  ona cənnətdəki yeri haqqında xəbər verdi. Musanın  anası uzun müddət oğlundan məhrum oldu – Allah  oğlunu ona həqiqi peyğəmbər olaraq lütüflandırdı və geri qaytardı. Səbirləri vasitəsi ilə Allah bu qadınları daha gözəl şeylərlə mükafatlandırdı.

Belə qissələr təkcə maraqlı mütaliə deyil. Onlar bizim həyatımızın ən çətin dönəmlərində  bizə kömək etmək üçün ruhlandırıcı sözlərdir. Ramazana hazırlıq olaraq hər gün cəmi 15 dəqiqə vaxt lazımdır ki, belə möhtəşəm qadınlar haqqında eşidək və ya dinləyək; Ramazanın stressli vaxtı yaxınlaşdıqda sizin düşüncələriniz artıq pozitiv düşüncəyə köklənəcək və öz işlərinizin bu qissələrdən öyrəndiyiniz cəsarət və səbrlə öhtəsindən gələcəksiniz.

2. Əlavə dualar edin və onları əzbərləyin

Allahın duaları qəbul edən və hər cür sıxıntıdan azad etməsini xatırlayın. O hər şeyin hökmdarıdır. Mucadilə surəsində Allah Muhəmməd Peyğəmbərə ﷺ gələrək həyat yoldaşı barədə şikayət edən qadının sözlərini eşitmiş və onun bu sıxıntılarını cavabsız qoymamışdır..

Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!

[Mücadilə, 1-ci ayə]

Biz xatırlamalıyıq ki, Allah çətini asan edə bilər.  Beləliklə bu aya hazır olmaq üçün duanı tez tez təkrarlayın və əzbərləməyə çalışın həmçinin hədisə əsasən, Peyğəmbər stressin qarşısını almaq üçün bu duanı qeyd edirdi:

Allahım, sənin mərhəmətinə ümid edirəm, məni bir göz qırpımı qədər özümə buraxma, mənim işlərimi xeyirli et, Səndən başqa ilah yoxdur.

[Əbu Davud]

Allah bizim ondan kömək istəməyimizi gözləyir, beləliklə Onun yardımını istəyin, xüsusilə Ramazanın stressli günləri gəldikdə.

3. Daha səbirli olmaq üçün çalışın.

Bu Ramazanda xüsusi olaraq daha səbirli olmağa cəhd etməyə başlayın. Səbirli olmağa çalışdıqda Allah, bizə oruca davam etməkdə kömək edəcək.

Muhamməd Peyğəmbər ﷺ dedi:

… Kim ki səbirli olaraq qalır, Allah ona səbirli olmaqda kömək edəcək.

[Buxari].

Bu mübarək ayın çətinliklərini səbirimizi gücləndirmək üçün bir fürsət olaraq dəyərləndirməliyik.

Allahdan daha səbirli olmağımızı istəmək üçün Qurandan olan duanı edə bilərik :

… Ey Rəbbimiz! Bizə (bolluca) səbr əta et və bizi müsəlman olaraq öldür!

[Əraf, 126-cı ayə]

Bizim hamımızın Allahın köməyinə, onun bizimlə olmağına möhtacıq və səbirli olmağımız böyük nemətlərə çatmaqda bir vasitədir. Təəssüf ki, səbir hər zaman təbii cəhətimiz olmur, səbirli olmağımızda çətinlik çəkə bilərik, ona görə də səbirli olmağın mükafatı böyükdür. Bu ayda xüsusi gündəliklərinizdə/telefon tətbiqlərinizdə qeydlər aparın (məs. iPhone-da Notes-də), bu qeydlərdə siz hansı hallarda səbirsiz olduğunuzu və hansı hallarda siz daha təmkinli olduğunuzu qeyd edin. Öz zəifliklərimizi özümüzə belə şəkildə yazdıqda oxşar hadisələr yarananda bizə effektiv köməkçi vasitə ola bilər.

4. Boş mədəni dəyərləndirin.

Şübhəsiz ki, ac qalmaq bizi hirsli və tez qəzəblənən edə bilər, lakin ac mədə həmçinin bəzi hallarda bizi daha sakit və daha xəfif edə bilər. Aclıq bizi zəiflədir və az deyingən edir. İnsanlar ac olduqda daha çox seyirçi olurlar. Baxmayaraq ki, yemək yeməmək bizi əsəbi edə bilər, bizim enerjimiz azalır və biz daha təmkinli oluruq. Biz bu çətin zamanlardakı oruc fürsətini dəyərləndirməliyik.

5. Uşaqlarınızla daha çox vaxt keçirin

Anaların ən böyük stressi uşaqlarının pis davranışlarından irəli gəlir. Belə pis davranışlarının idarə edilməsi üçün uşaqlarla aktiv və xeyli vaxt keçirmək lazımdır. Ramazanın ilk günlərində biz bəzən təəccüblənirik ki, yeməyə ayırmadığımız vaxtı necə sərf edək, bu cür boş qalan əlavə vaxtı uşaqlarınızla oynamağa sərf edə bilərsiniz.

İslami qissələri oxuyub uşaqlarınıza danışın. Həmçinin Siz onlarla birlikdə intellektual oyunlar oynaya bilərsiniz. Və yaxud daha yaxşı üsul olaraq, onlayndan islami oyunları yükləyib və onların vasitəsi ilə uşaqlarınıza dininizi öyrədə bilərsiniz. Uşaqlarla birlikdə evi bəzəmək üçün posterlərin hazırlanmasına necə baxırsınız? Onlaynda digər pulsuz lakin düşündürücü oyunlar yükləmək olar. Stressinizi əyləncəyə çevirin.

6. İncəsənətlə, hobbi və əl işləri ilə məşğul olun.

Özümüzü yaxşı hiss etmək üçün vasitələrdən biri də yaradıcı olmaqdır. Əlimizin zəhməti olan faydalı əşyalar düzəltmək sizə gözəl duyğular bəxş edər. Yorğan düzəldə bilərsiniz və yaxud evinizi çöldən güllərlə bəzəyə bilərsiniz. Siz kufi üslübunda şal hörə bilərsiniz və s. Belə şeylər sizin fikirinizi hirsli fikirlərdən yayındıra bilər və sizə özünüzü yaxşı hiss etməyə və uşaqları məşğul etmək üçün əla vasitə olar..

7. Əlinizdəkiləri başqalırıyla bölüşün.

Psixiloqlara və depressiyalı insanlarla işləyənlərə  daha çox aydın olur kı, öz əhvalımızı yüksəltmək üçün vasitələrdən biri, bizdən daha pis özünü hiss edənlərə kömək etməkdir. Qadınlar adətən yemək hazırlayırlar; misal üçün yaşlı qonşuya bir boşqab yemək vermək o qədər də çətin deyil. Onların evinin yanında dayanın və onlara evi təmizləməyə kömək edin və yaxud onların başqa ehiyaclarına kömək edin. Əgər maliyyə sıxıntısı olan ailə tanıyırsınızsa o zaman dadlı və ləziz yemək hazırlayaraq onlara göndərin. Xeyriyyə əməllərinin siyahısı sonsuzdur və ümumilikdə həftədə bir və yaxud iki dəfə belə işlərlə məşğul olmağa o qədər çox vaxt tələb olunmur. Əgər bu işlərə indi başlasanız, onlar sizin ikinci hissəniz olacaq və Ramazanın sadəcə mədəmizi boş saxlamaqdan ibarət olmadığı düşüncəsinə gələcəksiniz.

8. Xatırlayın ki, bu xüsusi və tez keçən bir ay olacaq.

O yalnız 29 və yaxud 30 gün olacaq. Dərk etmək lazımdır ki, xeyir əməlləri artırmaq, Allaha  yaxın olmaq  və in şə Allah cənnətdə yer qazanmağımız üçün böyük bir şansımız var. Bir gün cənnətə  girəcəyimiz və sonsuz sevinc düşüncəsi bizə yetərlidir ki, biz Ramazanın sıxıntılarına qalib gələk.

Biz bütün bacılarımıza dinc və rahat Ramazan arzulayırıq.


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən tərcümə edilmişdir.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün