Gənc Muslim

Quran hafizləri Dünya Robot Yarışmasında

Türkiyədə Quran kursu tələbəsi 11 hafiz qız Çinin Şanxay şəhərində təşkil olunan  2018 Dünya Robot Yarışmasına qatılıb. Təxminən 3 gün davam edən yarışmanın final mərhələsində gələcəyin hafizləri göstərdikləri performans sayəsində “ən populyar komanda” mükafatına layiq gorülüb.

Yarışmanın Türkiyə üzrə səlahiyyətli nümayəndəsi olan Salih Kükrek tələbələrə kursda öyrətdikləri robotik kodlama, proqram yazılması və kompyuter bilgilərinin faydasını gördüklərini deyib. Kursda hafizlik edən qız tələbələrin 2018 Dünya Robot Yarışmasında bacarıqları ilə böyük marağa səbəb olduqlarını bildirən Kükrek, yarışmanın final mərhələsinə 50 ölkədən 3-18 yaş kateqoriyasında 7 mindən çox iştirakçının qatıldığını deyib. Kükrek,

“Qızlarımız Şanxayda təşkil olunan finalda ən populyar komanda olmağı bacardılar. Heyət olaraq çox böyük uğura imza atdıq”

deyərək müsahibəsini yekunlaşdırıb.

Din insanı dünyəvi elmdən uzaqlaşdırmır

Yarışmaya ümumilikdə 500 mindən çox şəxsin qatılmasına baxmayaraq qatılanların çoxu oğlanlar olub. Qızların çox da maraq göstərmədiyi yarışmada hafiz qızlar öz bacarıqlarını nümayiş etdirməyi bacarıblar. Və onların robotla əlaqəli çalışmaları hər kəsin diqqətini cəlb edib. Hafiz qızlarla demək olar ki, hər kəs foto çəkdirmək istəyib.

Hafizlərin Elektronika müəllimi olan Muhamməd Sefa Dağ onlar haqda belə deyir:

“Qızların hafiz olmalarının üçün çox böyük avantajları var. Onlar hər şeyi çox tez qavrayırlar. Özəlliklə də əzbər mövzularda çox peşəkar olduqları üçün dərsləri anında əzbərləyirlər.”

Hafiz qızlara günün ilk yarısında Qurani Kərim, 2-ci yarısında isə texnoloji elmlər öyrədildilir. Bunu bilən təşkilatçılar müsəlman qızlara belə bir təhsil verildiyi üçün onlara xüsusi maraq göstəriblər.

Qızların bu uğuru qarşısında “Dinlə elm bir arada ola bilməz.”, “İslam insanı dünyəvi elmdən uzaqlaşdırır.” deyən “ağıl sahibləri”nin nə düşündükləri çox maraqlıdır. Çox heyif ki, bu fikirdə olanlar İslam dünyasında olan geriləmənin səbəblərinin İslamda deyil müsəlmanlarda olduğunu bilsələr də öz nəfslərinə uyaraq Allahın onlara verdiyi ağıl nemətindən istifadə etmirlər..

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.