Gənc Muslim

Oruc Tutmamağı Mübah Edən Üzrlər.

İslamın qoyduğu vacib əməllər insanın gücü ilə məhduddur. Buna görə də çətinlik və sıxıntı olan hallarda bu məsuliyyətlərə bir sıra asanlıq və rüxsətlər tanınmışdır. Bu qaydaya görə bəzi vəziyyətlərdə tərz olan orucu tutmamaq haqqı tanınmışdır.

Ramazan orucunu tutmamağı və ya başlanmış bir orucu açmağı mübah edən üzrlər bunlar:

1.Yolçuluq (səfərilik)

Ramazan ayında ən az üç günlük, yəni 18 saatlıq bir yerə gedən şəxs gecədən oruca niyyət etməyə bilər. Beləcə о gün yola çıxdığı zaman oruclu olmaz. Ancaq bir kimsə oruca başladıqdan sonra gündüz yolçuluğa çıxsa bu yolçuluq o ilk gün üçün üzr sayılmır. Oruca davam edilməsi lazımdır. Bununla bərabər həmin şəxs orucunu pozarsa yalnız qəza lazımdır, kəffarə lazım deyil. Çünki orucu yolçuluğa görə pozmuşdur.

Allah-Təala Ramazan ayında xəstə və yolçu olanların orucu mövzusunda belə buyurmuşdur:

(Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.”
(Bəqərə,. 2/184. bax. Yolçunun namazı.)

Zərər göməyəcəyi təqdirdə yolçunun oruc tutması daha fəzilətlidirÇünki yuxarıdakı ayənin son qismində: “Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”-buyurulmuşdur. Yoçunun yoldaşları oruclu olarsa və ya yolçuluq xərcləri ortaq olmazsa onun da oruc tutması daha fəzilətlidir. Ancaq yoldaşlarının çoxu oruclu olmazsa və ya xərcləri müştərəkdirsə oruc tutmamaq daha münasibdir. 

Şafei və Hənbəli məzhəbinə görə yolçu gecədən niyyət etdiyi orucu da poza bilər. Dəlilləri, İbn Abbasdan (r.a) rəvayət edilən bu hədisdir. “Həzrət Peyğəmbər (s.ə.s) Ramazan ayında Məkkənin fəthi üçün yola çıxdı. Qadid deyilən yerə çatana qədər oruc tutdu. Orada özü və digər insanlar da oruclarını pozdular. (Buxari, Səvm, 34, 38, Məğazi, 47; Müslim, Siyam, 87, 90; Nəsai, Siyam, 49, 54, 55, 61; Darimi,Savm, 15; Məliki, Müvəttə, Siyam, 21)

2. Xəstəlik

Hər hansı bir şəxs oruc tutduğu təqdirdə ölməkdən, xəstəliyinin artmasından və ya uzanmasından və ağlını itirməkdən qorxarsa oruc tutmaya bilər və ya tutmaqda olduğu orucu aça bilər. Daha sonra səhhəti düzəldikdən sonra bunu yalnız qəza edər. 

Əgər xəstəlik dəri qaşınması, diş ağrısı, barmaq ağrısı, çiban və oxşarı xəstəliklərdə olduğu kimi insanın oruc tutduğu zaman özünə bir zərər verməyəcək növdən isə bu, orucu açmaq üçün üzr təşkil etməz. Orucun xəstənin səhhəti üçün bir təhlükə olub–olmadığı haqda müsəlman mütəxəssis bir həkimə müraciət edilməlidir. (Tibb mütəxəssisləri oruc pozmağı mübah edan üzrlər arasında bu xəstəlikləri qeyd edirlər: ağır ürək xəstəliyi, ağır vərəm, ciyər iltihabı, xərçəng xəstəliyi, yüksək dərəcədə böyrək iltihabı, idrar yollarında daş olanlar və ya düşürməkdə olanlar, damar sərtliyi, ağır şəkər xəstəliyi)

Xəstənin oruc tutmama rüxsəti bu ayəyə istinad edilir: “Sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar.

Ramazan ayı daxilində səhhəti yerində olan, lakin oruc tutduğu təqdirdə böyük ehtimalla və ya tibbi məlumatlara əsasən xəstə olacağını bilən kimsə də xəstə hökmündədir.

3. Hamiləlik və Uşaq Əmizdirmək

Ramazan ayında hamilə və ya əmzikii qadınlar, özlərinə və ya uşaqlarına bir zərər gəlməsindən qorxarlarsa oruc tutmaya bilərlər. Bunu daha sonra qəza edərlər. Başqasının uşağını əmizdirmə halında, uşağa özündən başqa süd verən olmamalı və ya olduğu halda uşaq əmməməlidir.

Bu cür qadınların oruc tutmamalarının caiz olduğunun dəlili xəstə və yolçuya qiyasdır. Digər bir dəlil isə, Hz. Peyğəmbərin (s.ə.s) bu hədisidir:

Allah-Təala yolçudan orucu və namazın yarısını götürmüşdür, hamilə və əmzikli qadınlardan da orucu götürmüşdür.” (Nəsai, Siyam, 50, 51, 62; İbn Массə, Siyam. 3, 50; Tirmizi. Ədahi. 10; Ə. ibn. Hənbəl. ll, 183)

4. Yaşlılıq.

İlin bütün mövsümlərində oruc tutmaqdan aciz olan çox yaşlı kişi və qadınların oruc tutmamaları icma ilə caizdir. Bunların oruclarını qəza etmələri də lazım gəlmir. Bunun yerinə, tutmadıqları hər gün üçün bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Qurani-Kərimdə belə buyurulur:

Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verrnəlidirlər:” (Bəqərə, 2/184)

İbn Abbas (r.a) bu ayənin çox yaşlı və oruc tutmayan kişi və qadınlarla əlaqədar olduğunu söyləmişdir. Bunlar hər bir günə qarşılıq bir yoxsulu doyurarlar. (Buxari, Təfsiru-Surə, 2/25, Əbu Davud, Səvm, 3; İbn Массə, Siyam, 50; Tirmizi. Ədahi. 10; Ə. ibn. Hənbəl. ll, 183)

Sağalma ümidi olmayan xəstələr də yaşlılar kimidir. Çünki Allah–Təala belə buyurmuşdur: “… və dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”(Həcc, 22,78) Ancaq Ramazanda orucu tutmağa gücü çatmayıb, daha sonra qəza edə biləcək gücdə olanlar fidyə veməyib tutmadıqları orucları qəza etməlidirlər.

Oruc fıdyəsi Ramazanın əvvəlində də, sonunda da verilə bilər. Otuz günün fıdyəsi müxtəlif yoxsullara verilə bilər. Hətta Əbu Yusifə görə bir günün fidyəsi bir neçə yoxsula da verilə bilər. Fidyəni bu şəkildə yoxsula vermək yerinə, fidyə miqdarı qədər ərzağı pay vermək də caizdir. Belə ki, hər günün orucunun əvəzində bir yoxsula səhər–axşam doyacaq qədər ərzaq verilməsi də kifayətdir. 

Yaşlılıq və ya sağalmayan mütəmadi bir xəstəliyə görə oruc fidyəsi vərən şəxs daha sonra oruc tuta biləcəksə bu fidyənin hökmü qalmaz. Oruc tutmalı, keçən günləri də qəza etməlidir.

5. Düşmənlə Müharibə

Ramazan ayında düşmənlə vuruşan İslam əsgəri, düşmən qarşısında zəif düşəcəyindən qorxarsa oruc tutmaya bilər. Hətta müharibə olmasa belə daha sonra yalnız qəza edər.

6. Məcburiyyət və Təhdid Qarşısında Orucu Pozmaq.

Canına və ya bir üzvünə yönəlmiş bir təhdid qarşısında qalan şəxs orucunu poza bilər. Daha sonra bunu qəza edər. Bununla bərabər yolçu və ya xəstə olmayan bir şəxs məcburiyyət qarşısında Ramazan orucunu pozmadığı zaman öldürülərsə günahkar sayılmaz. Bəlkə böyük bir savab qazanar və dininə qarşı olan sədaqətini göstərmiş olar. Ancaq yolçu və xəstə məcburiyyət qarşısında orucunu pozmaz və öldürülərsə günahkar olar. Çünki onlara onsuz da oruc açma rüxsəti veilmişdir. Məcburiyyət qarşısında bu rüxsətdən istifadə etməmək düzgün sayılmır. Oruclu qadınla məcburən cinsi təmasda olanın orcunu qəza etməsi lazımdır.

7. Şiddətli Aclıq və Susuzluq.

Oruclu bir şəxs aclıqdan və ya susuzluqdan həlak olacağından, bədən və ruh səhhətinin ciddi şəkildə pozulacağından qorxarsa və ya belə bir şey təcrübəylə və tibbi məlumatlara əsasən ehtimal olunursa orucunu pozması caiz olar. Bunu daha sonra qəza edər. Hətta ölüm təhlükəsi varsa oruc tutması haramdır. Çünki Allah-Təalaı “Öz əlinizlə özünüzü təhlükəyə atmayın“. (Bəqərə, 2/195) “Özünüzü öldürməyin! Həqiqətən Allah sizə qarşı mərhəmətlidir” buyurmuşdur. (Nisa, 9/29)

8. Ziyafət.

Ziyafət vermək və ya ziyafətə dəvət olunmaq yalnız nafilə orucumaq üçün üzr sayılır. Bu oruc daha sonra qəza edilməlidir. Çünki oruca davam edildiyi təqdirdə bir müsəlman qardaşı incitmə ehtimalı vardır.

Digər tərəfdən ən düzgün görüşə görə ziyafət və qonaqlıq, qonaq və ya ev sahibi üçün günortadan əvvələ qədər üzr səbəbi sayılar. Təkcə zəvaldan sonra oruc tutmağa davam etməklə ata–anaya qarşı gəlmiş olursa, oruc pozula bilər. Çünki günortadan sonra orucun tamamlanması hüquqən daha doğrudur.

Ziyafət və ya qonaqlıq nə fərz, nə də vacib oruclar üçün heç bir şəkildə üzr səbəbi sayılmır.

9. Qadının Adət Halında Olması.

Bir qadın Ramazan ayında gündüz adət görməyə başlasa və ya uşaq doğsa orucu pozular. Artıq adət günlərində və zahı olduğu müddətdə oruc tutması caiz deyil.

Ramazanda adət görən bir qadının gecə adət halı kəsilərsə və əgər adət günləri 10 gün davam etmişdirsə ertəsi gün oruca başlayar. Lakin 10 gündən az davam etmişdirsə, adəti kəsildikdən sonra imsak vaxtına qədər yuyunmasına kifayət və bir qədər də artıq vaxt qalmışsa yenə oruca başlayar. Bu qədər bir vaxt olmasa. məsələn. yuyunduqdan dərhal sonra imsak vaxtı girərsə o gün onıca başlamaz. Çünki 10 gündən az adət görənlər haqqında yuyunma vaxtı da adət vaxtından sayılır.

10. Ağır lşlərdə İşləmək.

Quran-Kərimdə oruc tutmamağı mübah qılan üzrlər olaraq xəstəlik, yolçuluq və oruca gücü çatmamaqdan bəhs olunmuşdur. (Bəqərə, 2/184, 185)

Ümumiyyətlə bir möminin oruc tutmasına mane olacaq ağır işlərdə işləməsi və işlədilməsi doğru deyil. Bu vəziyyət insanın din və vicdan azadlığı ilə də düz gəlmir. Ramazan ayında bu cür ağır işlə qarşılaşan şəxsə İslam cəmiyyəti daha yaxşı iş imkanı verə bilmirsə və bu səbəbdən işdən ayrıldığı təqdirdə çətinlik çəkəcəyi qəti və ya ehtimaldırsa, bu halda oruc tutmaya bilər. Müvəqqəti olaraq ağır bir işdə işləməyə məcbur olan şəxs, oruc tutduğu zaman bədən və ruh səhhətinin pozulacağından qorxarsa oruc tutmaya bilər. Bu şəxslər daha sonra tuta bilmədikləri oruclan qəza edərlər.

Ağır işdə işləyənə aclıq və susuzluqdan bir zərər toxunacağı zaman orucunu pozması vacib olar. Allah-Təala belə buyurur: “Haqsız yerə özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarsı mərhəmətlidir.“ (Nisa, 4/29. Məlumat üçün bax Kasani, e.a.ə., 94–97; İbn Abidin, e.a.ə., lI, 158-168; Şürünbüləli, e.a.ə., s. 115-117; İbn Rüşd, e.a.ə., l, 285-288; İbn Qüdamə, Muğni, 99 vd; Bühuti, Kəşşaf, ll, 61; Bilmen, e.a.ə., s 300 vd.)

Xülasə, oruclu şəxs iş səbəbilə xəstə olacağını bilsə belə, hələ xəstə olmadan orucu pozması və ya heç tutmaması caiz deyildir.

Yuxarıdakı şəxslərdən yetişkinlik çağına gələn uşağın və müsəlman olan bir kimsənin o günün orucunu ayrıca qəza etməsi lazım gəlmir. Çünki bunlar imsak vaxtı mükəlləf deyildilər. Digərlərinin isə qəza etmələri lazımdır. (Kasani, e.a.ə., II, 102 vd; Şürünbüləli, e.a.ə., s, 114; Züheyli, e.a.ə.,II, 649; Bilmen; e.a.ə., s,303)

 Mənbə: Dəlilləriylə İslam Elmihalı, İpəkyolu Nəşriyyatı, 2010

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün