Gənc Muslim

Ölüm gərçəyi

   Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. Ənbiya, 21/35

    İnsan həyatda yaşadığı müddətcə çox şey haqqında düşünür. Ev, iş, ailə, ətraf və s. Təbii ki, bunlar öz yerinə görə ciddi məsələlərdir. Amma, inanan inanmayan hər kəsin qəbul etdiyi bir həqiqət var ki, insan onu düşünmək istəmir və ya düşünməkdə çətinlik çəkir. Bu ölüm həqiqətidir. Ağız dadını qaçıran, bütün ləzzətləri yox edən ölüm. Dünyada nə qədər çalışsan da, nə qədər zəngin olsan da, nə qədər ailən və ətrafın böyük olsa da, dünya ayaqlarının altına gəlsə də öləcəksən. Sahib olduqların maddi şeylərin hamısı əlindən çıxacaq, cansız bədənin torpağa tapşırılacaq. Allah-Təala Qaf surəsində belə buyurur:

    Ölüm (ölüm bihuşluğu), həqiqətən, gələcəkdir. (Ey insan!) Bu sənin qorxub qaçdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!.Qaf, 50/19

    Heç ölməyəcəkmiş kimi yaşadığın, dörd əllə sarıldığın dünyadan ayrılacaqsan. Bütün sevdiklərin də öləcək, səndən əvvəl və ya sonra, amma mütləq öləcəklər. Hər insanın öz həyatı haqda bitmək tükənmək bilməyən planları vardır: Universiteti bitirmək, iş sahibi olmaq, evlənmək, kimi.  Amma bu planların gərçəkləşəcəyi dəqiq deyil. Buna qarşılıq olaraq ölüm isə dəqiq gərçəkləşəcək. Qəribədir ki, insan,  olacağı dəqiq olmayan planlar haqda illərlə düşünər amma baş verəcəyi dəqiq olan ölüm haqqında heç bir şey düşünməz.

   Allah-Təala Cümə surəsində belə buyurur:

   (Ya Peyğəmbər!) De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!.Cumuə, 62/8.

   Ölüm hər yaşda gələ bilər. Heç kimin nə vaxt öləcəyi haqqında zəmanəti yoxdur. Xəstəliklər, meydana gələn fəlakətlər hər gün ölümə nə qədər yaxın olduğumuzu göstərmirmi? İnsana nəsihət olaraq ölümü düşünmək yetər. Həqiqətən hər gün həyatdan bir gün daha uzaqlaşır, qəbirə bir addım daha yaxınlaşırıq. Fərqində olsaq da olmasaq da hər gün müxtəlif ölüm təhlükələri ilə qarşı-qarşıya qalırıq. Görəsən ölümlə hər şey sona çatır, yoxsa həqiqi həyat başlayır?

   Allah-Təala Vaqiə surəsində belə buyurur:

   (Can) boğaza yetişdiyi (ölüm gəlib çatdığı) zaman siz (ona) baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz (bunu) görmürsünüz!.Vaqiə, 56/83-85.

   Ölümü düşünmək insana nəsihət olaraq yetər. Bəs ölümlə hər şey bitərmi yoxsa həqiqi həyatmı başlayar?

 

   Bu məqalə Ömər Mənsuroğlunun “Həyatın Qayəsi” kitabından alıntıdır.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün