Gənc Muslim

Nikbinliyi Ruhlandırmaq üçün Peyğəmbərin ﷺ 12 Kəlamı

O əzəli xütbəni (Qur`anı) oxuyan Zat, kainatın yüksək qiymətlərini kəşf edən canlı bir günəşdir.

Bax əbədi səadəti xəbər verir və müjdələyir. Nəhayətsiz rəhməti kəşf etmiş, elan edir. Allahın kainatdakı səltənətinin gözəlliklərinin elan edicisi və Allahın isimlərinin gizli xəzinələrinin kəşşafıdır, kəşf edir.
.
Bəli! O Zat (aleyhissalatu vəssəlam) vəzifə etibarilə, haqqın bürhanı (dəlili), həqiqətin işığı, hidayətin günəşi, səadətin vəsiləsidir.

Şəxsiyyəti və mahiyyəti cəhətilə, Rahman olan Allahın sevgisinin misalı, Allahın rəhmətinin nümunəsi, yaradılış ağacının ən qiymətli və ən dəyərli meyvəsidir. Təbliğ etdiyi dini möhtəşəm bir surətdə şərq və qərbi əhatə etmiş, bəşəriyyətin beşdə biri dinini qəbul etmişdir.

Onu ﷺ tanımayan və Onun ﷺ həyatını araşdırmayan insanlar düşünürlər ki, Muhamməd Peyğəmbərin ﷺ həyatı neqativ və şiddətli mesajlardan ibarətdir. Qiyamət günü və cəhənnəm odunu xatırladan kəlamlarını söyləyərkən, Onun ﷺ müjdələri və səmərəli işlər haqqında olan mesajlarına məhəl qoymurlar.

Axı Peyğəmbərin ﷺ missiyasına Allah tərəfindən belə bir vəsf verilib:

Ey Nəbi! Şübhəsiz ki, biz səni (insanların hallarına) bir şahid, bir müjdəçi(eyni zamanda) bir qorxuducu olaraq göndərdik.(Biz Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və (bütün kainatı) nurlandıran bir çıraq kimi göndərdik.
əl-Əhzab, 45-46

Muhamməd Peyğəmbər ﷺ onun ətrafında olanlar üçün bir ümid mayakı idi. Onun daim işıldayan təbəssümü ətrafa nikbinlik yayırdı. Onun sözləri, istər müjdələyən istərsə xəbərdar edici olsun, daima pozitiv əməllərə həvəsləndirirdi.

Bu məqalədə hər zaman nikbinliyimizin və məhsuldarlığımızın saxlanılmasına yönəlmiş Peyğəmbərin ﷺ bir sıra mesajlarını seçmişik.

 Xoş xəbərin daşıyıcısı ol!

Müjdələyin, nifrət etdirməyin. Asanlaşdırın, çətinləşdirməyin
Əbu Davud

 Nikbinlik bir İbadət Əməlidir.

 Yaxşılığa ümid etməyin özü də Allaha bir ibadət əməlidir.
Tirmizi və Hakim

 Müsbət olun və dualarınızda xətircəm olun.

Qadir olan Allaha dua edin və əmin olun ki, O sizin duanıza cavab verəcək.
Tirmizi

 Nikbinlik Allahdandır, bədbinlik isə şeytandan.

(Günah, düşmənçilik və üsyan barəsində) gizli danışıq, ancaq şeytandandır; Ta ki iman edənləri kədərləndirsin; Halbuki (o şeytan), Allahın izni olmadıqca onlara (o iman edənlərə) bir şeylə zərər verici deyildir. O halda, möminlər ancaq Allaha təvəkkül etsin!
Əl-Mucadilə, 10

 İmanı güclü olan bəhanə axtarmaz.

 “Güclü-qüvvətli mömin (Allah qatında) zəif mömindən daha xeyirli və sevimlidir. (Bununla yanaşı) hər ikisində də xeyir vardır. Sən özün üçün faydalı olanı əldə etməyə çalış. Allahdan kömək istə və əsla acizlik göstərmə. Başına bir iş gələrsə, “belə etsəydim, elə olardı” deyib heyfslənmə. “Allahın yazdığı qədər belədir, O, istədiyini edər”, – de. Çünki “əgər belə etsəydim” sözü şeytanı razı salacaq işlərin qapısını açar”.

Müslim ,Qədər 34. Həmçinin bax. İbn Macə, Müqəddimə 10

 Başqalarının davranışlarına baxmadan yaxşılıqlar edin.

Başqaları sizinlə yaxşı davransalar, siz də yaxşı, pis davransalar, siz də pis davranacaqsız deyən, öz ağlı olmayan insan olmayın. Bunun əvəzinə özünüzü insanlar yaxşılıq edəndə də və pislik edəndə də yaxşılıq etməyə alışdırın.
Tirmizi

 Çətin vaxtlarda səbirli və izzətli olun.

Kim ki, başqalarından istəməkdən çəkinsə, Allah onu xoşnud edər, kim ki özündə olanla qənaətlənsə, Allah da onu qənaətləndirər.Və kim ki səbirli olarsa, Allah da onu səbirli edəcək. Səbrdən böyük və gözəl lütf yoxdur.
Buxari

Avf ibn Malikdən nəql edir: “Bir gün Allah Rəsulunun hüzurundaydıq, səkkiz-doqquz nəfər olardıq. Bizə “Beyət edin!” buyurdu. Hamımız heyrətləndik. Çünki indiyə qədər neçə dəfə beyət etmişdik! Soruşduq ki, “Ey Allahın Rəsulu, hansı məsələdə beyət edək?” Cavab verdi ki: “أَنْ تَعْبُدُوا اللّٰهَ وَلاَ تُشْرِكُوا بِهِ شَيْئاً وَتُصَلُّوا الصَّلَوَاتِ الْخَمْسَ وَأَنْ لاَ تَسْأَلُوا النَّاسَ شَيْئاً Allaha ibadət edib Ona heç bir şərik qoşmamağa, beş vaxt namazı layiqincə qılmağa və insanlardan heç bir şey istəməməyə beyət edin!” (Müslim, “Zəkat”, 108; Əbu Davud, “Zəkat”, 27.)

Bu son cümləni söyləyəndə başqaları eşitməsin deyə səsini qısdı, səhabələrini utandırmaq istəmirdi. Allah Rəsulu olduqca həssas bir insan idi. Səhabələri ilə münasibətdə heç vaxt aradan pərdəni götürməmişdi.

Və illər keçdi, bu beyət edən səhabələrin bir çoxu yoxsullaşdı, ancaq Allah Rəsuluna verdikləri sözdən dönmədilər. Hətta dəvə belində olarkən yerə düşən qamçını kimdənsə istəməyi əhdlərinə xəyanət kimi gördülər. (Müslim, “Zəkat”, 108; Əbu Davud, “Zəkat”, 27.) Zəhmətinə baxmayaraq dəvəni çökdürüb, alacağını alıb yollarına davam etmişdilər.

Allah haqqında müsbət düşün.

Uca Allah belə buyurur :

Mən qulumun mənim haqqımdakı zənni üzrəyəm. Məni zikr edənlə bərabərəm.Əgər o məni zikr edərsə mən də onu zikr edərəm. Əgər o məni bir camaat içərisində xatırlayarsa, Mən də onu daha böyük camaat içərisində (mələklərin olduğu) xatırlayaram. Əgər o mənə tərəf bir qarış yaxınlaşarsa mən də ona bir zira yaxınlaşaram. Əgər o mənə tərəf yürüyərək gələrsə, mən də ona qaçaraq gedərəm.
Qudsi Hədis

 İstiğfar (tövbə) həmişə çıxış yoludur.

Kim ki, çoxlu istiğfar (günahların bağışlanmasını dua) edər, Allah ona düşdüyü çətinliklərdən çıxış yolu göstərər, onun bəlalarına çarə verər, ona bəlli olmayan mənbələrdən xeyir və ruzi verər.
Əhməd

 Möminin hər halı xeyirlidir.

“Möminin halı təəccüb doğurur. Çünki onun hər halı xeyrinədir. Belə bir xüsusiyyət yalnız möminə xasdır. Sevinsə, şükür edər, bu onun xeyrinədir. Başına bir bəla gəlsə, səbir edər, bu da onun xeyrinədir”.
Müslim, Zöhd 64

 Ölüm anında ümid qorxuya üstün gələr.

Bir dəfə, Peyğəmbər ﷺ ölüm yatağında olan gəncin yanına getdi, və “Özünü necə hiss edirsən?” dedi, gənc cavab verdi: “Allaha ümid edirəm, lakin günahlarıma görə qorxuram”. Peyğəmbərﷺ dedi : “Mömin bu iki fikiri eyni zamanda daşıyan şəxsdir. Allah onun ümidlərini doğruldar və onu atəşdən qoruyar.”
Tirmizi

 Son nəfəsinədək pozitiv və məhsuldar ol.

Qiyamətin qopduğunu görsən belə, əlində bir ağac fidanı varsa onu əkmək imkanın varsa ək.
Əhməd

Allah Rəsulu cahanşümul tərbiyə sistemi ilə gəlmiş və bütün qəlbləri, bütün ruhları, bütün ağılları, bütün nəfsləri əsl qayəsinə yüksəldən bəyan gətirmişdir. O (s.ə.s), ağıla dəyər verən, ağılı hərəkətə gətirən və insanı vəhy meyarlı ağılla ən son nöqtəyə çatdıran.. sonra ruha üz tutan və ruhun tərbiyəsi ilə məşğul olanları çox-çox geridə qoyaraq onu (ruhu) ali fikir və dərin biliklərə yönəldən, daha sonra qəlbin qapısını döyən, onu həsrəti ilə alışıb-yandığı aləmlərdə, o aləmlərin Cənnət kimi yamyaşıl yamaclarında gəzdirən.. həmçinin, insanın hiss və lətifələrini göyərçinlər kimi qanadlandıran.. xəyalın aciz qaldığı yerlərdə onları hiss və lətifələrlə pərvaz etdirən, beləcə tələbələrinin ruhunu, qəlb və hissini cilalayaraq iqtisadi, ictimai, idari, hərbi, siyasi və elmi sahələrin qapılarını onlara taybatay açan və ən mükəmməl idarəçi, ən bilikli iqtisadçı, ən uğurlu siyasətçi və ən kamil hərb dahisi kimi yetişdirən bəyanlarla gəlmişdir.

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun..

Bu məqalə “GəncMuslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün