Gənc Muslim

Müsəlman qızın evlənəcəyi gənc necə olmalıdır?

Müsəlman qızın evlənəcəyi gənc necə olmalıdır?

Evliliyə hazırlanan və ya evlənməyi düşünən gənc xanımların ilk baxdığı şeylər evləniləcək kişilərin xasiyyət və xüsusiyyətləridir. Bəzi xanımlar evlənmək istədikləri kişinin saçları və cild rəngi, bədəninin quruluşu kimi bir çox zahiri xüsuslar üzərində düşünərlər. Təbii ki, bu da vacib olan göstəricilərdəndir. Ancaq nəzərə alsaq ki, insanlara səadət bəxş edəcək evlilik, zahiri gözəlliklə deyil, təməli imana dayanan bir evlilikdir; o halda dünyada bir yerdə yaşadıqları kimi axirətdə də davam edən evlilik necə olmalıdır?

Belə bir evliliyin reallaşması üçün bir müsəlman xanım, necə bir gənclə ailə həyatı qurmalıdır?

Hansı gənc evlənilə bilinəcək gəncdir?

1. Əlbəttə mömin gənc

Müsəlman qızın evlənəcəyi gənc necə olmalıdır

İmanını həyatı üçün ölçü edə biləcək gənc evləniləcək gəncdir. Allahdan qorxaraq yaşayan gənc, qız verilə bilinəcək, xanımı oluna bilinəcək gəncdir.

Onlar Rəbbinə iman gətirmiş bir neçə gənc idi. Biz də onların hidayətini artırmışdıq.

(Kəhf, 13)

2. Halal və haram bilən

Müsəlman qızın evlənəcəyi gənc necə olmalıdır 002 halal haram gencmuslimnet_mini

Ey insanlar! Yer üzündəki qidaların təmiz, halal olanlarını yeyin, şeytanın izi ilə getməyin!Həqiqətən, o (şeytan) sizinlə açıq-açığına düşməndir.

(Bəqərə, 168)

Allahın razı olmayacağı işi etməməyə hər cür fədəkarlığı göstərən gənc evləniləcək gəncdir. Çadırda yaşayan amma kreditlə (faizlə) ev almayan gənc, kömür ocağında ölümcül təhlükələrdə yaşayan amma dilənməyən gənc, tələbəlik illərində fakultədən sonra inşaatlarda çalışan amma faizə, kreditə pul götürməyən tələbə evləniləcək gəncdir.

3. Sabah və işa namazlarını məsciddə camaatla qılan

İnsanlar yatsı namazı ilə sabah namazındakı fəzilət və savabı bilsəydilər, sürünərək belə olsa mütləq məscidə, camaata gələrdilər.

(Buxari, Azan 9, 32)

4. Xanımının haqqlarını qoruyan

O gənc bir xanımın əri olduğu zaman, həyat yoldaşının qanunlarla, dövlət sığortasıyla qoruma altına alınmasına ehtiyac yoxdur artıq. Çünki, “Allahdan qorx” – deyildiyində, Allahdan qorxub zülm etməyən gəncdir o.

Mələklərin onu sağında-solunda müşahidə etdiyini bildiyi üçün o gənc heç bir zaman qul haqqına, hələ-hələ həyat yoldaşının haqqına əsla təcavüz etməz.

Sizin ən xeyirliniz, qadınlarına qarşı ən xeyirli olanlarınızdır. Qadınlarınıza qarşı xeyirli olmağı bir-birinizə tövsiyə edin.”

(Müslim, Rada,62; Tirmizi, Rada,11)

5. Ata-anasına itaət edən

Çünki Allahdan sonra itaət edilməsi lazım olan insanların haqqını qorumayan birisinə bir ömür əmanət edilməz.

Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur.Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: “Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə.

(İsra, 23)

6. Həva və Həvəsinə uymayan

Bu gənc ailəsinin məsuliyyətinin şüurunda olar. O bilər ki, bir müsəlman üçün mükəlləfiyyəti altındakı ailəsini ac buraxmaq, kirayəsi ödənməmiş olaraq buraxmaq, elektrik və su borcları ödənməmiş bir evin atası olaraq yaşamaq zillətdir.

Allah qorxusu olmadıqdan sonra sərvət sahibi biriylə evlənilsə nə olar, ac biriylə evlənilsə nə olar?

Allah Təala, uşaqsayağı davranışları olmayan, xeyrə yönəlib həva və həvəsi tərk edən, təmkinli, yetkin gənci sevər.

(Əhməd, IV, 151)

Əziz müsəlman xanımlar, bu xüsusiyyətləri özündə qismən də olsa cəm edən birisini tapsanız gözləmədən talib olun 🙂

 


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün