Gənc Muslim

Kral Offanın sikkələri

Arxeoloji qazıntılar sayəsində bir çox Avropa ölkəsində minlərlə müsəlman sikkkələri tapılmışdır. Tapılan sikkələr sayəsində biz 1200 il əvvəl mövcud olmuş beynəlxalq iqtisadi və ticari əlaqələri daha dərindən öyrənirik.

İngiltərədə qazıntılar zamanı ortaya çıxan və bu gün Biritsh Museum muzeyində sərgilənən, diqqətləri özünə çəkən bir sikkə var. Basıldığı dövrdə otuz gümüş qəpiyə (penny) bərabər olan Qızıl Mancus, Mercia və İngiltərənin Anglosakon Kralı Offanın əmri ilə 8-ci əsrdə hazırlanmışdır. Offa eyni zamanda gümüş pul istehsalını da başlatmışdı. Qızıl Mancus adı verilən bu sikkənin əsas özəlliyi Abbasi xəlifəsi Mənsurun hicri 157-ci (miladi 774) ildə dövriyyə buraxdığı qızıl dinarın kopyası olmasıdır. 1200-dan çox yaşı olan bu pulun üzərində ərəbcə “Lə iləhə illəllah Muhammədən Rasulullah”, qəpiyin kənarlarına isə “Muhamməd Allahın rasuludur və həqiqi dini insanlara çatdırmaq üçün Allah tərəfindən göndərilmişdir” yazılmışdı.

Həqiqi dinar ilə arasındakı fərqlərdən biri Kral Offanın qəpiyin üzərinə “OFFA REX” yazdırmasıdır. Elm adamları ingilis kralının niyə bir ərəb sikkəsinin eynisini hazırlatmasına tutarlı bir izah gətirə bilmirlər. Kimilərinə görə Offa müsəlman olmuşdu, ancaq daha məntiqli bir ehtimal var. O da bu qəpiyin ticarət və ya həcc məqsədiylə Ərəb ölkələrinə səyahət edənlərin istifadə etməsi üçün basılmasıdır.

Müsəlmanların Avropaya təsiri:

Müsəlmanların avropa üzərində təsirinin nə qədər böyük olduğunun bir çox dəlilləri var və zaman keçdikcə ortaya çıxmaqdadır. Offanın ilk dəfə dövriyəyə buraxdığı qəpiyin ağırlığı və dizaynı Abbasi dirhəmi ilə təmamilə eynidir. “Charlemagne denier” və ya reform edilmiş adıyla “denarius” adlı pul dirhəmin üçdə ikisinə bərabər idi. Bizanslıların istehsal etdiyi “miliaresion” adlı pul da ərəb dirhəmiylə eyni dizayn və ağırlıqda tədavülə buraxılmışdı.

Həmin dövrdə ərəbcə pul istehsal etdirən yeganə hökmdar deyil. On birinci əsrdə yaşayan İspan katolik şahzadə 8-ci Alfonzo üzərində ərəbcə yazılar olan pulun dövriyyəyə buraxılması əmrini vermişdi. Bununla da kifayətlənməmiş öz adının yanına “Katoliklərin əmiri”, Romadakı papa üçünsə “Tanrının kilsəsinin imamı” ifadələrini yazdırmışdı.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün