Gənc Muslim

İslam qəddarlıq və qırğınlar vasitəsilə yayılıb?

İslamı ilk vaxtlar qəddarlıq və döyüşlər üzərində bərqərar olan din hesab edənlərə cavab:

İslam xaos yox islah dinidir.

8000 gün peyğəmbərli günlərin toplam döyüş saatlarının cəmi – 38-40 saatdır (3 gün)
Dünyasını dəyişənlərin hər iki tərəfdən toplam sayı – 997 nəfərdir (Əksər döyüşlər və üsyanların səbəbi qeyri-müsəlmanların xəyanətidir. Məsələn, islamı öyrətmək üçün yola çıxan 79 səhabəni yolda tələ quraraq şəhid etmələri və s.)
Bəşər tarixində heç bir silsilə döyüşlərdə, ideologiya və dövlətlərdə bu qədər az itki olmayıb.

Müqayisə üçün:
Makedoniyalı İsgəndər (e.ə 336-325) – 500 min insan ölümü
Roma İmperiyası (e.ə 264-435) – 3 milyon insan ölümü
Avropa Səlib Yürüşü (1095-1291) – 3 milyon insan ölümü
Çingiz xanın dönəmi (13-cü əsr) – 40 milyon insan ölümü
İngiltərənin Hindistana hücumu (1769-70, 1876-79, 1896-1900) toplam 11 il – 27 milyon insan ölümü
Amerika kəşfində öldürülən yerli qızıldərililər (1492) – 15 milyon insan
1-ci dünya müharibəsi – 10 milyon insan ölümü
2-ci dünya müharibəsi – 60 milyon insan ölümü
Xerosima, Naqasaki – 300 min insan ölümü
Çinə Sosializm gətirən Mao Tsedun hakimiyyət ili (1949-1976) – 40 milyon insan ölümü
Təkcə repressiyada – 70 min soydaşımız
İtaliya-Efiopiya müharibəsi (1935-41) – 750 min insan ölümü
Vietnam müharibəsi – (1959-75) – 4 milyon 200 min insan ölümü

Ədalətli olun, belə olsa “Haqqı” görəcəksiniz.

Mənbə:
Oral Sander Siyasi tarix, Villyam Vodruf Muasir Dünya tarixi, Clive Ponting Dünya tarixi London, John B. Harricon, Richard E. Sulivan, Dennis Sherman Şərq tarixi 7-ci əsr, Robin W Winks Sivilizasiyalar tarixi.

Ən yeni videolar, yeni məqalələr və digər fəaliyyətlərimiz barədə ilk xəbər almaq üçün abunə siyahımıza emailinizi əlavə edin.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün