Gənc Muslim

Hz. Əlinin bir xütbəsindən qısa nəsihətlər

   Hz. Əli radiyallahu anh Rasulullahın səllallahu aleyhi və səlləm ən seçkin sahabələrindən biridir. Xilafəti illərində bir gün minbərə çıxıb xütbə oxuyarkən bunları söylədi:

   “Ey Allahın qulları, ölümdən qurtuluş yoxdur. Əgər ona qarşı dursanız sizi yaxalayar, ondan qaçsanız belə arxanızdan gəlib sizi tutar. Qurtuluşa baxın, arxanızda sizi udmaq istəyən məzar var. Məzarın sizi sıxmasından qorxub tədbirinizi alın. Onun qaranlığına qarşı qorunun. Diqqət edin, məzar, ya cəhənnəm çuxurlarından bir çuxur, ya da cənnət bağçalarından bir bağçadır. Diqqət edin, məzar hər gün üç dəfə belə deyər: “Mən qaranlıq yurduyam, mən yalnızlıq yurduyam”. Diqqət edin, bunun gerisində elə bir gün (qiyamət günü) var ki, o gündə uşaqlar yaşlanacaq, yaşlılar isə sərxoş olacaqlar.

Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyi uşağını unudar, hər bir hamilə qadın bari-həmlini (vaxtından əvvəl) yerə qoyar (uşaq salar). İnsanları sərxoş görərsən, halbuki onlar sərxoş deyillər. Ancaq Allahın əzabı çox şiddətlidir! Həcc, 22/2.

. Diqqət edin! Bunun da o tərəfində daha şiddətli bir yer var (cəhənnəm), oranın istiliyi dəhşətlidir. Dərinliyi çox, suyu irindir, gözətçisinin adı Malikdir ki, onda mərhəmət yoxdur”.

   Hz. Əli sözlərinin bu yerində ağladı, yanındakı müslümanlar da ağladılar. Sonra sözünə belə davam elədi:

   “Diqqət edin, ondan o tərəfdə də cənnət var ki, genişliyi göylərlə yer genişliyi qədərdir. O, təqva sahibi kimsələr üçün hazırlanmışdır. Allah bizi və sizi təqva sahibi kimsələrdən eyləsin. Bizi və sizi o günün əzabdan qorusun”

Bu məqalə Ömər Mənsuroğlunun “Həyatın Qayəsi” kitabından alıntıdır.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün