Gənc Muslim

Həqiqətvari gələcək

Biz bu nağılın süjetini yazanların, insanların birliyini, xoşbəxtliyini pozanların, dünya və axirətini şeytanın vədinə satan insanlaşmış şeytan ordusunun kimliyini və işlərini aşkar etsək də, etməsək də hadisələrin aləmlərin rəbbi olan Allahın izni ilə baş verdiyini qəbul edir, səssizcə və çarəsizcə dua edərək zülmə, pozuculuğa müdaxilə edəcək qüvvəni, itirdiyimizi gücü bərpa etməyimizi uca Allahdan diləyirik.

Allahın sözündən çıxmağımız, unutqanlığımız və məsuliyyətsizliyimiz səbəbi ilə zalimə fürsət verdiyimiz üçün Allahın əfvinə, mərhəmətinə və sonsuz sevgisinə sığınırıq.
Şükür və itaətdən çıxaraq üsyankarlıq etdiyimizə görə cəzalanırıqmı, yoxsa biz nemətin qədrini bilmədiyimiz üçün bir bədəl ödəyirikmi, qulluğumuzda bir qüsur vardımı bilmirik. Ancaq yorğun, məhzun və ümid dolu bir gözlənti içərisində sonuncu şansa, axırıncı oyanışa inanır və sadəcə düşünürük. Təəssüf ki, indilik sadəcə fikirləşə, fikir edə və fikir yürüdə bilirik…

Qardaşlıq şüurunun itməsi

İslamın doğulduğu və bir neçə yaşınadək bəsləndiyi Səudiyyə Ərəbistanında ümmətin dərdinə yanmayan, “pislikdən çəkindirib, yaxşılığı əmr etmək” buyuruğuna müxalif olan, müsəlman görünüşlü, lakin bizi zənn altında qalmağa məcbur edən iqtidara ərəblərin özü etiraz etməyəckmi? Səudiyyə Ərəbistanın qarışıqlığını görən şeytanlar Yəməndəki şiə xalqın bir hissəsindən onlara qarşı istifadə etməyəcəkmi? Qardaşını qorumayan, ona silah qaldıran, özünü ABŞ-ın 51-ci ştatı kimi aparan bu şəxslər bizləri məyusluğa uğradaraq yəmənli qardaşlarının qanına əlini batırarkən vicdan əzabı çəkəcəkmi heç?

Dünya sülhünün qoruyucusu olan Osmanlının, islam xilafətinin mirasçısı Türkiyənin canına daraşan, ölkəni içindən, çölündən, sağından və solundan yeyən qurdların iştahı bəs nə zaman tükənəcəkdir?
Parazit kimi ruhunu, bədənini bürüyənlərdən, qonşusunun əli ilə evinə girilən Azərbaycan xəstəlikdən canını qurtara biləcəkmi?
Pakistanın hindistanlı din qardaşları və digərləri ilə sözləri çəp gələrsə, hansı güzəştə gedəcək? Evin “tülkü” uşağı olan İran qardaş-bacını şikayət edib cəzalanmağa məruz qoyduğu üçün “valideynləri” tərəfindən bir təşəkkürə layiq bilinəcəkmi? Görəsən, bu eqoist uşağa bir oyuncaq veriləcəkmi?
“Birinci o elədi” güdazına gedən fağır, dilsiz-ağızsız, evin yazıq uşağı olan Fələstin zülm altında inləyərkən başı öz dərdinə qarışmış qardaşlarından bir yardım ala biləcəkmi?

Şimali Qafqazın cəngavərləri, Orta Asiyanın boz qurdları nə edəcəklər? Oyunda bəxtlərinə düşən payları olan təhqir edilməyə axıracan dözəcəklərmi? Qismətlərinə düşəcək hissəni xəyal etməyi özlərinə sığışdırmağı da ayıb bilən bu ölkələr səbirlərini axıracan tuta biləcəklərmi?
Hər Ramazan ayında tərbiyə almamış qonşu uşaqları tərəfindən döyülmə-söyülmə vaxtı çatan uyğurların imdadına bir yetişən olacaqmı?
“Çörək almağa” göndərilmiş, hələ də oyuna gəlib çata bilməyən İndoneziya və Malayziyanın hansı sıxıntısı olduğundan heç qardaş-bacılarının xəbəri olacaqmı?

Əllərindən çörəkləri alınmış Afrika ölkələri nə edəcək? Bəs onlara nə vaxt oynamaq üçün top veriləcək? Davada döyülməkdən cana yığılmış bu uşaqlara köməyə gedən olmayacaqmı?

Sualların cavabını çoxumuz artıq çoxdan idrak etmişik. Və baş verən hadisələrin hər biri bizləri yeni bir gələcəyin qurulacağına əmin edir. Nəinki bizləri, bütün bəşəriyyət sadəcə tək özünün yox, qonşusunun da xoşbəxt olacağı günlərin ümidi ilə yaşayır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.