Gənc Muslim

Günün Ortasında Təhəccüd Savabı Almağın 8 Yolu

Gün Ortasında Təhəccüd

Fərz namazlardan sonra ən fəzilətli nafilə namazın gecə namazı – təhəccüd namazı olduğu hər kəs tərəfindən bilinən bir həqiqətdir.

Bu barədə Peyğəmbərimiz -sallallahu aleyhi və səlləm- belə deyib:

“Gecə namazına qalxın. O sizdən əvvəlki salehlərin işidir. Rəbbinizə yaxınlıqdır, pislikləri örtər, günahları uzaqlaşdırar.”

(Tirmizi, Dəvət, 101/3549)

İbadətləri ibadət edən insanın niyyətidir. Əgər gecə namazına (təhəccüdə) qalxmağa niyyətiniz olduğu halda qalxa bilmirsizsə, bu zaman ibadətin savabına bərabər savab qazanmış olacaqsınız. Allahın -subhənəhu və təalə- əlavə əməl qapılarından istifadə etməyi bacarmalıyıq. Aşağıdakı əməllərə riayət edərək, günün ortasında belə Təhəccüd Namazına bərabər əməllər işləyə bilərsiniz:

1. İşa və Sübh namazını camaatla qılmaq;

Peyğəmbər -sallallahu aleyhi və səlləm- belə deyib:

“Kim İşa namazını camaatla qılarsa gecənin yarısını ibadətlə keçirmiş kimidir. Kim İşa və Sübhü camaatla qılarsa gecəni bütövlüklə ibadətlə keçirmiş kimidir.”

(Muslim, Məscid, 46/1489)

2. Günortanın fərzindən əvvəlki dörd rükət namaz;

Bu dörd rükət nafilənin önəmi haqqında fərqli rəvayətlərdə fərqli müjdələr vardır. Hətta möminlərin anası Aişə -radiyallahu anhə- Peyğəmbər -sallallahu aleyhi və səlləm-in bir səbəblə fərzdən əvvəl bu dörd rükəti qıla bilməməsi halında fərzdən sonra qıldığını bildirmişdir. (Tirmizi, Salat,200/426)

3. Hər gecə yüz ayə oxumaq;

Allah Rasulu -sallallahu aleyhi və səlləm- belə buyurur:

“Kim bir gecədə yüz ayə oxuyarsa ona gecəni ibadət emiş kimi savab yazılar.”

(Əhməd bin Hənbəl, 17083)

Yüz ayə 10 dəqiqədir və gecənin hər hansı bir vaxtında oxuna bilər. Quranın hər hansı bir yerindən oxuna bilər. Əzbər oxuna bilər, üzünə baxaraq oxuna bilər.

4. Bəqərə surəsinin son iki ayəsi;

Allah Rasulu -sallallahu aleyhi və səlləm- belə buyurur:

“Kim gecə Bəqərənin son iki ayəsini oxuyarsa onlar ona yetər.”

(Buxari, Fədailul-Quran, 10/5009)

5. Gözəl əxlaq;

Rasulullah -sallallahu aleyhi və səlləm- belə buyurur:

“Mömin, gözəl əxlaqı ilə gündüz oruclu, gecəni də namaz qılanların dərəcəsinə yüksələr.”

(Əbu Davud, Ədəb, 8/4798)

6. Dul və miskinlərlə maraqlanmaq;

“Dul və yetimlərin ehtiyacını qarşılamaq üçün çalışan, Allah yolunda cihad edən və ya gecələr namaz qılan, gündüzlər oruc tutan kimidir.”

(Buxari, Nəfəqə,1/5353)

Şəxsi olaraq və ya bir qurumun himayəsi altında olaraq dullarla maraqlanan və ya miskinlərin ehtiyaclarını qarşılamağa çalışanların gecələrin qaranlığında namaz qılanlar kimi olduğu səhih hədislərlə sabitdir. Ancaq bu böyük əmələ riya və mənfəət qarışmamasına diqqət etmək lazımdır.

7. Bir günlük Ribat;

Müsəlmanların sərhədlərində bir cəbhədə keşik (növbə) çəkmək, o gecənin ayını orucla və gecələrini ayaq üstə namaz qılmaqla keçirməkdən daha xeyirlidir:

Peyğəmbəri –sallallahu aleyhi və səlləm- belə deyib:

“Bir gün və gecə ribat, o ayın oruc və qiyamından (ayaq üstə namaz qılmaq) daha xeyirlidir. O öləcək olsa etdiyi əməl onun üçün yazılar, ruzisi ona gələr, qəbir əzabından əmin olar.”

(Muslim, İmarə, 50/4915)

8. Gecə namazına niyyət;

Peyğəmbər –sallallahu aleyhi və səlləm- belə deyib:

“Gecə təhəccüdə qalxmağa niyyət edərək yatağına girən birisi, yuxusu ağır olduğu üçün sübhə qədər yatıb qalarsa niyyətinin savabı ona yazılar.Yuxusu da Rəbbindən ona bir sədəqə olar.”

(Nəsai, Qiyamul-Leyl, 63/1789)

 

Bizə İslamı asanlaşdıran Allaha həmd olsun..


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün