Gənc Muslim

Günümüzdə möcüzələr niyə baş vermir?

Möcüzə Ərəbcə “ إعجاز “ sözü mənşəlidir və “aciz buraxma” mənasını verir. İslami termin kimi mənası “Allahın varlığını və dinin özünü isbat edəcək bir fövqəltəbii hadisə, vəziyyət və bunlara şahid olan müsəlman olmayanların aciz qalması, haqqa şahid olması”dır.

Bu səbəbdən təməl tərifdən möcüzə anlayışının yalnız “yaradıcının fizika qanunlaını dəyişdirdiyi və ya fizika qanunlarını dəyişdirmədən fövqəltəbii anlar” ilə sərhədlənmədiyini anlayırıq. Bunun üçün də “möcüzələrin bu gün bitdiyini” deyə bilmərik.

Möcüzə anlayışının ikinci özəlliyi də, “onu görənlərin mütləq iman etmə şərti” daşımamasıdır. Əgər “fizika qanunlarının dəyişdiyi” möcüzələri görən hər kəs mütləq olaraq iman etsəydi, bu möcüzə görə bilməyən bizlər üçün bu haqsızlıq olardı.

Halbuki möcüzələrin mütləq olaraq inkar edildiyi anlar da olur. Nümunə olaraq Firon gördüyü möcüzəni “sehr” adlandırdı. Lakin “işin əhli” olan sehrbazlar bunun “sehr ola bilməyəcəyini” bildikləri üçün səcdə edib iman etmişdilər.

Yaxşı bəs bu günün möcüzələri nədir?

Əlimizdə olan ən böyük möcüzə Quran ayələridir. Quranın bütün dövrləri əhatə edən mesajları ilə dünən anlamadığımız möcüzələri elm inkişaf etdikcə yavaş yavaş anlaya bilirik. Nümunə olaraq Peyğəmbərimizin səhabələri Allah tərəfindən göstərilən möcüzələrə şahid olarkən “kainatı biz qurduq və onu genişləndirməkdəyik” ayəsində, kainatın genişlədiyi möcüzəsinə şahid olmurdular. Bəli ayəni bilirdilər və buna iman edirdilər lakin o ayəni oxuduqlarında bizim idrak etdiyimizi idrak edə bilmirdilər.

Eynisi “kainatın bir başlanğıcının olduğu və sonra sona çatacağı”nın isbatı olan Big Bangın kəşfi idi. Minlərlə illik insanlıq tarixində səmavi dinlər xaricində heç bir din, inanc, fikir axını və ya fəlsəfə düşüncə yaradan əzəlidir ancaq kainat sonradan var olub” demirdi.

Nümunə olaraq bir din olan Buddizm fəlsəfəsinə görə, “Kainat əzəli və əbədidir, sonsuza qədər mövcud olar. Reankarnasiya zənciri də bu şəkildə davam edər” fikiri hakimdir. Aristotelin fəlsəfi anlayışını davam etdirənlər də maddənin əzəli olduğunu ifadə edirdilər. Keçən əsrə qədər ateist fəlsəfəçilər də kainatın əzəli olduğunu və dolayısıyla “qiyamətin reallaşmayacağına” inanırdı. Hətta bu səbəblədir ki, Big Bang kəşf edildiyində buna ilk sahiblənən, Avropanın din təşkilatları olmuşdu.

“Qiyamət” anlayışı

“Qiyamət” anlayışı qeyri dini fəlsəfi fikirlərə görə bir “mifologiya, əfsanə, təxəyyül məhsulu” xüsusiyyəti daşıyırdı. Lakin entropiya qanununa görə anladıq ki, kainatın bir sonunun olduğu elmi bir gerçəkdir. Bu gün elm insanları kainatın necə sona çatacağına dair “böyük çöküş, böyük qırılma” kimi anlayışlar ortaya qoyurlar. Bunların Quran qiyamət səhnəsinə ən uyğun olanı da, “big crunch” adı verilən “böyük çöküş”dür. Quran, detallı bir şəkildə kainatın ilk halı kimi dürülüp büzüşəcəyini ifadə edir.

Gördüyünüz kimi bu izah etdiklərimiz min il əvvəlki insanlara məlum deyildi. Bu ayələr onlar üçün bir möcüzə xüsusiyyəti daşımırdı. Lakin nümunələri bir az daha artırmaq olar. Burada vurğu Quranda işarə edilən “atomdan kiçik zərrəciklər” olacaq.

Bildiyiniz kimi insanlıq uzun müddət maddənin ən kiçik hissəsini “atom” olaraq adlandırırdı  ki, bu Ərəbcədə “ذرة” (zərrə)sözü ilə ifadə edilir. Bu sözün etimologiyasına ilk dövr Ərəb lüğətlərdə də rast gələ bilərsiniz. Quran açıqca “zərrə”dən(atomdan) daha kiçik varlıq aləmi olduğunu  və bunun Allah tərəfindən bilindiyini söyləyər:

 Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!(Səba,3­)

Quran “zərrə ağırlığından daha kiçik bir şeylərin də Allahdan gizli qala bilməyəcəyini” vurğulayır.

Elm dünyasında “atomun parçalanmaz ən kiçik vahid olduğunu” rədd edən ilk adam da 9-cu əsrdə vəfat edən Müsəlman elm adamı Cabir ibn Hayyan olaraq qəbul edilir.

Cabir ibn Hayyanın 1200 il əvvəl bunun praktik olaraq isbat etməsi insanlıq tarixi üçün çox böyük addım idi. Bu gün isə atomların içində kvarkların da olduğunu bilirik.

Keçmiş tarixdəki insanlar üçün bəlkə də klassik olaraq qəbul ediləcək “Allahın hər şeyi bildiyi” ayəsinin bu qədər dərin mənalar ehtiva etdiyini yeni idrak edə bilirik. Quranda bunun kimi ayələr çoxdur. Hələ də tam olaraq anlamadığımız ayələri də gələcəkdə daha yaxşı anlayacağıq.

Nəticə olaraq deyə bilərik ki Allah möcüzələrini hər dövrdə göstərməyə və insanları “aciz buraxmağa” davam edir.

Qeyd: Məqalələrdən istifadə zamanı mənbə olaraq gencmuslim.net göstərilməsi vacibdir

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün