Gənc Muslim

Ən ali ehtiyac

“Məxluqların doğuluşdan hiss etdikləri elə bir istək/ehtiyac yoxdur ki, onun üçün tətmin edici bir səbəb mövcud olmasın. Körpə uşaq aclıq hiss edir; bəli, yemək deyilən bir şey var. Ördək balası üzmək istəyir; bəli, su deyilən bir şey var. Kişilər cinsi ehtiyac hiss edirlər; bəli, seks dediyimiz bir şey var. Əgər mən bu dünyanın heç bir halının təmin edə bilmədiyi bir ehtiyac/istək hiss edirəmsə bunun ən möhtəməl izahı budur ki, mən başqa dünya üçün yaradılmışam.”

Bu sözlər iyirminci əsrin görkəmli ingilis filosoflarından C.S. Lewis’ə aiddir. O, bu fikirlərini “Mere Christianity” adlı kitabında müzakirə edir. Bu deduktiv düşüncədə izah edilməsi önəmli olan ehtiyac hissəsidir. Lewis burada ehtiyac dedikdə süni ehtiyacları qəsd etmir, lakin insandakı təbii ehtiyacları nəzərdə tutur. Misal üçün maşın almaq ehtiyacı süni ehtiyacdır, cəmiyyətdəki şərtlərin insanlarda doğurduğu bir ehtiyacdır, amma su içmək ehtiyacı, yemək yemək ehtiyacı, cinsi şəhvət ehtiyacı, bunların hamısı təbii ehtiyaclardır və elə bir təbii ehtiyac yoxdur ki, o ehtiyacı ödəmək üçün real həyatda real bir obyekt olmasın.

Tarixi təcrübə:

İnsanın tarixi təcrübəsi göstərir ki, bizim içimizdə bəzi fitri ehtiyaclar var ki, dünyanın resursları o ehtiyaclarımızı tətmin etməkdə acizdir. Hər bir insan öz içində bir boşluq hiss edir və bütün həyatı boyu o boşluğu doldurmaq ehtiyacı ilə/istəyi ilə yaşayır. İmperator Severus’un dediyi kimi ”mənim hər şeyim olub və hər bir şey heç bir şeydir.” İmperatorlarda belə özünü göstərən bu boşluğu bu dünyada heç bir şey doldura bilməz. “Həyat həqiqətən də sadəcə bu dünyadan ibarətdir?” “Bu dünyadakı zülmün üzərində ədalət nə zaman qalib olacaq?” Bütün bu suallar həmin boşluqdan qaynaqlanır və biz o boşluqda özünü göstərən bu suallara cavab axtarırıq. Amma bu dünyada o sualların cavabları yoxdur, biz bilirik ki, bu dünyada ədalət yoxdur, amma ədalət üçün içimizdən fitri bir ehtiyac mövcuddur. İlahi bir ədalətə can atırıq, insanların arasında ədalətlə hökm edəcək ən ali avtoritetə ehtiyacımızı çox tez-tez hiss edirik. Bu təbii ehtiyacı təmin etmək dünyada mümkün deyildir, o zaman bunu tətminatı başqa dünyada olmalıdır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.