Gənc Muslim

Dünyada ilk Ədliyyə və ya Polis Təşkilatı



Hisbə Təşkilatı insanlıq tarixinin inkişaf  mərhələsində ortaya çıxan çox önəmli bir qurumdur. Bu qurumu müsəlmanlara nisbət etmək istəməyən bəzi qərbli tədqiqatçılar: əslində bu təşkilatın Roma məhsulu olduğunu iddia edirlər. Onlara görə Romalıların icad edib tətbiq etdiyi bu təşkilat, fəthlər nəticəsində Müsəlmanlarla tanışmış və daha sonra Müsəlmanlar vasitəsilə tanınmışdır. Ancaq bu doğru deyil, insaflı qərbli tədqiqatçıların da ifadə etdikləri kimi Hisbə Təşkilatı İslam Mədəniyyətinin insanlığa hədiyyə etdiyi önəmli bir qurumdur1 və qurumun ilk qurucusu Muhamməd Peyğəmbərdir2 (sallallahu alehyi və səlləm).

Hisbə nədir?

Ərəbcədə “hesab etmək, saymaq, yetərli olmaq” anlamlarındakı “hasb” (hisab) kökündən törəyən, “ihtisab” məsdərindən əmələ gələn hisbə, ictimai nizamı qorumaq üçün dövlət tərəfindən qurulan bir Yoxlama İdarəsidir. Bunun bu günkü qarşılığı Polis və ya daha doğru bir ifadə ilə Ədliyyə İdarəsidir.

Bu işdən məsul şəxsə Muhtəsib deyilir.

Peyğəmbər (sallallahu alehyi və səlləm), qurduğu ilk İslam bazarını özbaşına buraxmamışdır. Bəzən şəxsən özü, bəzən də vəzifələndirdiyi bəzi səhabələr vasitəsilə davamlı olaraq nəzarət altında saxlamış, insanların bu mövzuda diqqətli olması üçün ciddi tədbirlər almışdır. Rasulullah (sallallahu alehyi və səlləm), bəzən Öməri (radıyallahu anhu), başqa vaxt Abdullah ibn Səidi (radıyallahu anhu) Mədinə bazarı üçün, Fəthdən sonra isə Səid ibn Ası (radıyallahu anhu) Məkkə bazarı üçün vəzifələndirmişdir.

Ayrıca, Rasulullah (sallallahu alehyi və səlləm) iki xanım səhabəni də müxtəlif zamanlarda bu işdə vəzifələndirdiyini görə bilərik. O, xanımlardan biri Şifa bint Abdullah, digəri isə Səmra bint Nuheykdir (radıyallahu anhumə). Bu xanım səhabələrin bazarda sadəcə qadın alıcı və satıcılarını, ya da kişi və qadın hər kəsimə nəzarət etdikləri mənbələrimizdə dəqiq bilinmir. Ancaq istər hər kəsi olsun, istər sadəcə qadınları olsun, bu işi yerinə yetirdikləri dəqiqdir. İbn Abdilbərrin və Kəttaninin verdiyi məlumata görə Səmra anamız, bazarda dolaşar, gərəkli yoxlamaları yerinə yetirər, lazım gəldikdə xəbərdarlıq edər, bəzən də lazım olunca müdaxilə edərdi.

Sonda Aləmlərin Rəbbi olan Allah Həmd olsun …


Dipnotlar

  1. Kallek, Cengiz TDV, İslam Ensiklopediyası, c.18, səh-135/136
  2. İbnul- Uhuvve, Mealimul-Kurbe fi Ahkamil-Hisbe, səh-3

 

Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün