Gənc Muslim

Doğru sahədə işlədiyinizi bilmək üçün 9 maddə

Aşağıda yazacağımız siyahını öz işinizlə uzlaşdıraraq doğru sahədə işləyib-işləmədiyinizi test edə bilərsiniz:

1. İşimi sevirəm

ilovemyjob

İşinizi sevirsiniz. İşliyərkən xöşbəxtsiniz, işiniz marağınızı çəkir.

 

2. Uğur əldə etmək üçün çalışırsız

İşinizi mükəmməl bir şəkildə etmək istəyirsiniz, işlədiyiniz sahədə ən bacarıqlı ilk on nəfərin içində yer almağı hədəfləyirsiniz.

3. Məqsədləriniz var

İxtisasınızdakı müvəffəqiyyətli insanlara heyranlıq edib, onlar kimi olmaq, onların səviyyəsinə eyni səviyyədə olan bir nəticəni əldə etmək istəyirsiniz.

 

4. Biliklərinizi artırmağa can atırsız

Seçmiş olduğunuz sahə ilə əlaqədar olan yeni şeylər öyrənməyə həvəslisiniz, işinizlə bağlı olan kitablar oxumaq, kurslara və dərslərə qatılmaq istəyirsiniz. Öyrənməkdən heç bir zaman yorulumursunuz.

5. İşinizə həvəslə yanaşırsız

Doğru işi öyrənməyiniz və etməyiniz sizə asan gəlir. Başqa insanlar eyni işi etməkdə çətinlik çəkərkən, siz çox təbii bir halda bu işinizi görürsünüz.

 

6. Diqqətlə işə yönəlirsiz

Özünüzü işə verdiyiniz anda sanki vaxt donur. Tez-tez yemək yeməyi, su içməyi, fasilə verməyi və ya dincəlməyi unutduğunuz vaxtlar belə olur.

 

7. İşiniz həyatınızın bir hissəsidir

 

İşləmədiyiniz vaxtlarda belə işinizin üzərində düşünməyi və ondan bəhs etməyi sevirsiniz. Həyatınız, işinizlə iç-içə keçmiş bir vəziyyətdədir.

 

8. Kolleqalarınızla mehribansız

Sizinlə eyni işi görən həmkarlarınızla bir yola gələrək, hər fürsətdə işinizlə bağlı olan şeylərdən danışmaqdan həzz alırsınız.

 

9. Yaşınız işinizə maneə deyil

İşinizdən o qədər məmnunsunuz ki, yaşadığınız müddətcə bu işlə məşğul olmaq istəyirsiniz və təqaüdə çıxmağa niyətiniz yoxdur.

 

“Sevdiyiniz işi edin, pul da arxasından gələcəkdir” – deyirlər. Həqiqi bir müvəffəqiyyət, işləməyi həqiqətən sevdiyiniz sahəni kəşf edib bütün gücünüzlə onu daha yaxşı etməyə həsr etməklə əldə edilə bilər. İdeal işinizi təsbit etmək, çatmaq istədiyiniz həqiqi hədəfi anlayıb potensiyallarınızı tam mənada istifadə edə bilməyiniz baxımından həyatı bir önəm daşıyır.

Sonda Aləmlərin Rəbbi olan Allah Həmd olsun …


Brian Tracy`nin “Uçuş planı – uğurun gerçək sirri” kitabından alınmışdır.
Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün