Gənc Muslim

Darul Ərkam`ın seçilməsinin 8 səbəbi

Darul Ərkamın 8 seçilmə səbəbləri

İslamın ilk illərində səhabələrdən biri olan Ərkamın evinin Allah Rasulu (Ona və ailəsinə Allahın salamı olsun) tərəfindən İslami bir təhsil mərkəzi olaraq seçilməsinin bir sıra səbələri vardır:

darul-erkam-gencmuslim-1

1. Düşünülməyən yer

Evin sahibi Ərkam bin Əbul Ərkam (Allah ondan razı olsun) Mahzum oğullarına mənsub bir gənc idi. İslam düşmənləri, Müsəlmanların bu qəbiləyə mənsub birinin evində toplandıqlarını əsla təxmin etməzdilər; necə ki, Ömərin (Allah ondan razı olsun) iman edişinə qədər də təxmin etmədilər. Çünkü bu qəbilə həm İslam mesajına ən çox düşmən, həm də Rasulullahın (sallallahu alehi və səlləm) mənsub olduğu Abdulmuttəlib ailəsi ilə davamlı çəkişmə halında idi.

2. Starteji cəhətdən uyğun olması

Ərkamın evi həm stratejik bir mövqe, həm də quruluşu etibari ilə bir məktəbə / mədrəsəyə çox uyğun idi.

3. Gözə dəyməmək, seçilməmək

O gün üçün müşriklər tərəfindən fərq edilməmək çox önəmliydi. Ərkamın evi çox işlək bir küçə üzərində idi. Küçədə insanlar daima sıxlıq təşkil etdiyi üçün, o evə kimin girib, kimin çıxdığı bəlli olmurdu, bundan dolayı da evə gəlib gedənləri təsbit etmə imkanı çətin idi.

4. Yolların çox olması

Kəbəyə o evdən 4 ayrı yoldan gəlib-gedə bilmə imkanı vardı. Yolların hər hansı birində təhlükə olardısa alternatif yollar istifadə edilə bilərdi.

5. Dəvət üçün əlverişli mövqe

Həcc edənlərin ən çox istifadə etdiyi yol üzərində olduğu üçün, hacılardan dəvət ediləcəklər çox rahat bir şəkildə bu evə gətirilə bilər və heç kimsənin də bundan xəbəri olmazdı.

6. İbadət üçün rahat bir yer olması

Bu evin gözəl bir bağçası və geniş salonu var idi. O gün özəlliklə camaat namazı qılmaq üçün, belə bir salona ehtiyac var idi.

7. Tədbirlə hərəkət etmək

Ərkam`ın o gün üçün müsəlman olduğunu Məkkə bilmir və Ərkam imanını bu evin salamat və məsləhəti üçün gizli saxlıyırdı. Bunu ona tövsiyyə edən birbaşa Rasulullah`ın (sallallahu aleyhi və səlləm) özü idi.

8. Gözlənilməz bir insan

Ərkam bin Əbul-Ərkamın iman edib, evini risalət davasının xidmətinə açdığı zaman 18 yaşında bir gənc idi. Heç kimsə belə böyük bir iş üçün, bu yaşlarda gənc birinə aid bir evin tərcih ediləcəyini düşünməzdi. Məkkəlilər “əgər belə bir ev varsa, bu ev ya Əbu Quhafənin oğlu Əbu Bəkrin, ya da Avfın oğlu Abdurrahmanın evidir” – deyə təxmin edirdilər.

Məhz bu önəmli səbəbləri göz önünə alaraq Rasulullah (sallallahu aleyhi və səlləm) Əkam bin Əbul-Ərkamın evini İslamın ilk mədrəsəsi və məktəbi olaraq tərcih etmişdi.

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun…

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün