Gənc Muslim

Dahi fizik- Abdus Sələm

Muhamməd Abdus Sələm 1926-cı ildə Pakistanda anadan olmuşdur. 6 yaşında olarkən verilən test tapşırıqlarını çox məharətlə həll etdiyindən birbaşa 4-cü sinfə qəbul olunur. 12 yaşında attestat imtahanlarını müvəffəqiyyətlə verərək Pəncab Universitetinə daxil olan Abdus Sələm Pakistan tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarmışdır.

Abdus Sələm Laxorda Pəncab kollecini bitirdikdən sonra Kembric Universitetinə daxil olur və 3 il sonra magistr diplomu alır. 1952-ci ildə isə “Kvant elektrodinamikası” üzrə doktorluq dissertasiyası müdafiə edir. Bir müddət Pakistan Hökumət Kollecində professor vəzifəsində çalışdıqdan sonra yenidən Kembricə riyaziyyat üzrə professor kimi qayıdır. 1957-ci ildə Londonda İmperial Kollecdə Nəzəri Fizika kafedrasında professor vəzifəsini tutur. Abdus Sələm 1963-1993-cü illərdə Triestdə (İtaliya) “Nəzəri Fizikanın Beynəlxalq Mərkəzi”ində direktor vəzifəsində çalışmışdır.

1979-cu ildə Abdus Sələm, Stiven Vaynberq və Şeldon Qlaşou “Elementar zərrəciklər arasında zəif və elektromaqnit qarşılıqlı təsirinin birləşmiş nəzəriyyəsini görə” fizika üzrə Nobel mükafatına layiq görüldülər. Bununla da Abdus Sələm Nobel mükafatı qazanan ilk Pakistanlı, misirli Ənvər Sədatdan sonra Nobel mükafatı qazanan ikinci müsəlman və elm sahəsində nobel mükafatı alan ilk müsəlman kimi tarixə düşmüşdür. Sələm elmə yönəlməsinin əsas səbəbinin İslam dini olduğunu söyləmişdi. Bir yazısında belə demişdir:

“Qurani Kərim bizə Allahın qoyduğu qaydaları və təbiət qanunlarının doğruluğunu təfəkkür etməmizi əmr edir, Yaradanın dizaynını təfəkkür etdiyimdə lütfkarlığı üçün acizanə şəkildə Ona şükr edirəm.”

Nobel mükafatı alması

Nobel mükafatına layiq görülməsi xəbərini eşidən Abdus Sələm dərhal məscidə getmiş və Allaha dualar etmişdir. O, Nobel nitqinə Qurani Kərimin Mülk surəsindən 3 və 4-cü ayələri oxuyaraq başlamış və bu ayələri ingilis dilinə tərcümə etmişdir.

Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.  (Mülk surəsi, 3-4)

Ardından çıxışını belə davam etdirmişdir:

“Bu əslində bütün fiziklərin inancıdır, araşdırmalarımızda nə qədər dərininə ensək bir o qədər maraq duyuruq, gözümüzdəki parıltı da o qədər artır.”

Muhamməd Abdus Sələm 21 noyabr 1996-cı ildə 70 yaşında İngiltərədə dünyasını dəyişmişdir.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.