Gənc Muslim

Dağlar insana xidmət edir

Dağlar insanlara xidmət edir…

dağlar-gencmuslim-islam-insanAllah Subhənəhu və Təala Quran`da belə buyurur:

Göylərdə və yerdə olanların hamısını O, sizin xidmətinizə vermişdir. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.

(Casiyə surəsi, 13-cü ayə)

Həqiqətən də lazımınca təfəkkür etsək görərik ki, kainatda hər şey insan oğlu üçün çalışır. Günəş, Ay, bitki, heyvanlar və dağlar.

Dağların yaranması daxili qüvvələrin (yəni yerin alt hissəsi) nəticəsi olaraq, yer qabığının altında yerləşən yüksək temperatur və yüksək təzyiqə malik maqmanın səthə doğru püskürməsidir. Dağların yer kürəsindəki əhəmiyyətini saymaqla bitirə bilmərik. Görüntüsü ilə möhtəşəm mənzərə yaradan dağların üzərində bir birindən müxtəlif otlar, ağaclar, dərman bitkiləri yetişir.

Dağlar şirin su mənbələridir…

dağlar-şirin-su-mənbəyi-mineral-sular-gencmuslim-islamAllah Subhənəhu və Təalanın iznilə, möcüzəvi şəkildə ağır buludlar dənizlər üzərindən yol alaraq quruya doğru gələrək yağıntıya (yağış, qar) çevrilir. Bu yağıntının bir qismi dağların zirvəsində buzlağa, bir qismi torpağın altına hoparaq yeraltı suya çevrilir. Buludun tərkibindəki su distillə edilmiş sudur ki, bu suyun tərkibində heç bir xeyirli mineral yoxdur. Məhz o su, dağlara yağdıqdan sonra oradakı mineral maddələri tərkibinə qatdıqdan sonra çay vəya bulaq olaraq ayağımıza qədər gəlib çıxırlar.. Bu Allahu Subhənəhu və Təalanın yerdəkilərə tayı bərabəri olmayan rəhmətindən bir parçadır.

Dağlar evdir…

atlar-dağlar-gencmuslim-atDağlar heyvanların, quşların evi, sığınacaq yeri olduğu kimi eyni zamanda biz insanların da evlərinin düzəldilməsi, tikilməsi üçün əksər materiallar məhz dağların məhsuludur. Yağışın, küləyin, çayların təsiri ilə dağdan qoparılan qayalar daşlara, daşlar daha kiçik kəsəklərə, onlar da quma çevrilərək ayağımıza qədər gəlib çıxırlar. Adını saydığımız materiallar tikinti işinin olmazsa olmazlarıdır. Görünüşdə çox vahiməli, möhtəşəm, güclü görünən dağlar Allahın lütfüylə biz insanlara xidmətdədirlər.

Dağlar yerin dirəyidir…

dağlar-dirək-daglar-direk-gencmuslim-quran-insanEyni zamanda dağlar yerin bərkliyini, möhkəmliyini təmin edirlər. Belə ki, dağların olduğu yerlərdə yer qabığı çox qalın olur və güclü təkanları və yeraltı təsirlərin qarşısını alır. Bu mənada Allah Subhənəhu və Təala buyurur:

O sizi silkələməsin deyə orada möhkəm dağlar, düzgün səmt götürəsiniz deyə çaylar və yollar yaratdı.

(Nəhl surəsi, 15-ci ayə)

Dağların çöldə qalan hissəsinin bərabəri qədər də alt hissəsindədir. İnsanlar bunu təcrübə alaraq hündür göydələnlər tikirlər, yəni bünövrəsini çox dərin qazaraq hündür binaların ayaqda qalmasına səbəb yaradırlar. Hər şeyi haqqı ilə bilən Allah Subhənəhu və Təala bunu bizə bu ayədə bildirir:

Dağların necə sancıldığını (görmürlər)?

(Ğaşiyə surəsi, 19-cu ayə)

dağlar-dirək-direk-daglar-gencmuslim-quran

Hər şeyi ən gözəl şəkildə və dəqiqliklə yaradan Allah Subhənəhu və Təala dağları da yaratmışdır. Elmin inkişaf etmədiyi 7-ci əsrdə dağlar barədə Qurani Kərimdə keçən bir ayə elm aləmini silkələməkdədir.

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər.

(Nəml surəsi, 88-ci ayə)

Məlumat üçün bildirək ki, XX əsrin əvvəllərində ərsəyə gələn nəzəriyyəyə əsasən yer qabığı üzərindəki dağlar, ona yaxın olan alt hissəsi ilə birlikdə hərəkət edir.

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun…

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün