Gənc Muslim

Bu xəmir hələ çox su aparacaq..

İnsanlıq tarixinin ən rəzil dövrü heç şübhəsiz yaşadığımız 21-ci əsrdir. Artıq insanlara normal olan şeylər anormal, halal olanlar isə haram kimi görünür.

Toplum olaraq özlüyümüzü itirdiyimiz bu günlərdə Bakı Dövlət Universitetində təhsil alan 1999-cu il təvəllüdlü gələcəyin “pisixoloqu”nun Milli qəhrəmanımız Mübariz İbrahimova aşağılayıcı ifadələr işlətməsi, bu da yetmirmiş kimi özünə bu fikirlərdə haqq qazandırması toplum tərəfindən sərt qarşılandı. Nəhayət təzyiqlərə tab gətirməyərək bütün Azərbaycan xalqından üzr istəməli olduğu halda yalnız şəhidin ailəsindən üzr istəyən “pisixoloq” hər şeyin bir üzrlə bitəcəyini sansa da insanlıqdan nəsibi olmadığı kimi öz ixtisasından da nəsibi olmadığını ortaya qoymuş oldu.

İndi gələk əsas məsələyə.. Bizləri cəsarətli edən, düşmənlə savaşmağı sevdirən və vətənini canı ilə qorumağı gözəl göstərən tək səbəb şəhid olmağa verdiyimiz qiymətdir. Hələ məktəb vaxtından bu məqam bizə daim müqəddəs göstərilib və hər bir kəs həyatında ən az bir dəfə də olsun şəhid olmağı arzu edib. Şəhidlik anlayışını bizlərə İslam dini  bəxş edib. Uzun illər öz mənəvi dəyərlərinə bağlı yaşamış bir xalq olduğumuz halda nə hikmətdirsə son zamanlar dinsizliyi açıq-açıq etiraf edərək, “mən də insanam, mənim də düşüncələrim var, heç kim mənə qarışa bilməz” deyən “şəxsiyyətlər” hələ yeni-yeni ortaya çıxır.

Xalq olaraq bunun fəsadlarını hələ çox görəcəyik. Bu hələ başlanğıcdır. Bütün günü efirlərdə əxlaqsızlığı təbliğ edən verilişlər, seriallar sayəsində biz artıq biz deyilik. İnsanlardan əməllərinə görə hesab verəcəkləri bir Allah düşüncəsi qaldırılır. Nəticədə yuxarıda adı hallanan “pisixoloqkimilər” cəmiyyətdə hər sözü deməyə cürət edirlər. Allaha həmd olsun ki, ona həddini bildirəcək mənəvi dəyərlərinə bağlı xalqımızın nümayəndələri ona həddini bildirdilər.

Çıxış yolu yalnız bizi biz edən milli mənəvi dəyərlərimizə, dinimizə möhkəm sarılmaqdır. Papağımızı qabağımıza qoyub bu mövzu haqqında uzun-uzun düşünməmiz lazımdır. Yoxsa bu xəmir hələ çox su aparacaq..

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.