Gənc Muslim

Beyinləri cinsəlliklə doldurmaq

Üzücü haldır ki, ölkəmizdə insanların istədiyi kimi geyinmə (daha doğrusu soyunma) sərbəstliyi olduğunu müdafiə edən böyük bir kütlə var . Onsuz da həyatda niyə yaşadığını belə bilməyən insanlardan müdafiə etdiyi hər hansı bir mövzuda ciddi arqument gətirməsini gözləmirik.

Hər zaman cəmiyyətin pozulmuşluğunun ən əsas göstəricisi qadınlar üzərindən olmuşdur. Hazırda ölkəmizdəki hal göz önündədir. Qadınların əksəriyyəti özünü ticari mallar kimi bəzəyib, açıq-saçıq və dar “geyimlərlə” çölə çıxdığı üçün kişilərin beyni davamlı cinsəlliklə doludur. Məhz bu səbəbdən tez-tez xəbər saytlarından cinsəlliklə bağlı cinayət xəbərləri oxuyuruq. Bir insan şəhvətinin əsiri oldusa artıq ağıl ondan getməyə başlayar. Ondan nə desəniz gözləmək mümkündür. Əsas da qanının qaynayan vaxtını yaşayan universitet gəncliyinin zehni bununla məşğul edilir. Qızların hazırkı geyimlərlə oğlanlarla bir ortamda olduğu universitetlərdən təhsil gözləmək yersizdir. Bu “təhsil ocaqlarından” cəmiyyət üçün normal fərdlər çıxa bilməz.

Cəmiyyətimizin vəziyyəti

Təxminən 15 il öncəsinə qədər cəmiyyətimizdə geyimi baxımından qadınlar ümumi olaraq üç qrupa bölünürdü:

  1. Açıq-saçıq geyinən qisim. Ki, çox az idi.
  2. Hicab geyinən qisim. Bu tip qadınlar da indiyə nisbətdə az idi.
  3. İslama uyğun örtünməsə də nisbətən ədəbli və namuslu geyinən qisim. Ki, əsas çoxluğu bu qisim təşkil edirdi.

Hazırkı vəziyyət isə çox bərbaddır, demək olar ki, bu dediyimiz üçüncü qisim ortadan qalxmaq üzərədir: Ya tam açıq-saçıq geyiniləcək, ki bu artıq normallaşmağa başlayıb ya da İslama uyğun örtünmə şəklidir, ki bu indi də çox azdır. Getdikcə toplum bütün dəyərlərindən uzaqlaşdırılır. Özü şərəf, qeyrət və namus sahibi olmadığı üçün efirlərdə “namus və qeyrət kimi şeylərdən nə qədər uzaq olsaq o qədər yaxşıdır” deyən “şərəfsiz”, “namussuz”, “qeyrətsiz”, “tərbiyəsiz”, “savadsız”, “meymundan gəldiyinə inanan” bir ateist jurnalisti izləyən toplumda bu dəyərlərin zamanla itməsi qərib qarşılanmamalıdır əslində. Meymundan təkamüllə formalaşdığına inanan “bu təkamül keçirmiş heyvanın” meymun üçün hər hansı bir əxlaqi norma olmadığı kimi özünün də əxlaqi norma daşımadığına inanması normaldır.

Qısacası bunlar heç bir dəyər tanımayan bir toplum meydana gətirmək istəyirlər, bunu da qadınları istismar edərək ortaya qoyurlar. Yəni qadınların hazırkı vəziyyəti bəzi “ağıllıların” zənn etdiyi kimi özlərinin seçimi deyil. Onlar sadəcə şəhvətlərinin əsiri olmuş kişilərin qurbanıdırlar, özləri fərqində olmasalar da. Çünki qadınların bu vəziyyətdə gəzmələri ən çox şəhvət düşkünü kişilərin (ki əksəriyyət belədir) nəfslərini oxşayır. Ən böyük qara pul biznesi qadın alveri üzərindəndir(edilən araşdırmalara görə, Şərqi Avropa ölkələrindən gətirilən təxminən 500 min qadını əxlaqsızlıq üçün istifadə edən şəbəkələrin illik gəliri təxminən 15 milyard avrodur). Ən böyük reklam vasitəsi qadın bədənidir(təkər reklamında açıq geyimli qızın nə əlaqəsi varsa…). Ən əsası pozulmuş cəmiyyət ortaya qoymağın əsas yolu qadınların açıq-saçıqlığı üzərindəndir. İşin praktiki tərəfi son dövrlərdə tətbiq edilsə də nəzəri tərəfi daha əvvəllər hazırlanıb. Freydin yaxın tələbələrindən biri olan Jung “Freydlə Xatirələrim” adıyla 1960-cı illərdə nəşr olunan kitabında belə deyir: Freyd mənə belə dedi: “Bütün dini inancları paramparça etməliyik, bizlər seksi inanc halına gətirməliyik.”

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.