Gənc Muslim

Bəşəri münasibətlərdə 8 qızıl qayda

1. Sevgində də, nifrətində də ölçülü ol!

Dostunu sevərkən ölçülü sev, günün birində düşmənin ola bilər. Düşməninə də ölçülü bir şəkildə nifrət et, günün birində dostun ola bilər.
(Tirmizi, 1997)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu əsas qaydanı qoyur: sevgidə də, nifrətdə də ölçülü olmaq. Sevginin ölçüsü tənzimlənməzsə sahibini fəlakətə sürükləyəcək, bəlkə sevgi adına ən böyük zülmü işlədəcəkdir. Dostumu incitməyim deyə onun yanlışlarına göz yummaq, övladını sevib, yuxusu bölünməsin deyə onu namaza qaldırmamaq sevgi deyil, sevgisizlikdir. Eyni şəkildə nifrətdə də ölçülü olmaq şərtdir. Amma burada önəmli olan qayda nifrətin insanı eynilə sevgidə olduğu kimi ədalətsizliyə sürükləməməsidir.

 

2. Lazımsız insan olmadığını bil!

İnsanlar eynilə qızıl və gümüş mədənləri kimidirlər. Cahiliyyədə xeyirli olanlar, İslama girib dərinləşdikləri zaman, onda da xeyirli olurlar.
(Səhih Muslim, 2638)

Quldurdan səhabə, bədəvidən alim, qatildən müttəqi çıxaran bir mədəniyyətdir İslam mədəniyyəti. Bu mədəniyyətə görə,  lazımsız insan yoxdur, tərbiyə edilməsi lazım olan, rəndələnib aşılanması gərəkən insan vardır. Bunun üçün də insanlar mədənlər kimidir. Kimisi qızıl, kimisi gümüş, kimisi dəmir, kimisi kömür mədənidir; hansı ki içində potensial vardır. Özlərini kəşf edəcək mədənçiləri gözləməkdədirlər. O halda bəşəri münasibətlərdə insanları “bundan adam çıxmaz” deyib, kəsib atmaq yox; onun potensialını tapıb ortalığa çıxartmaq lazımdır. Eynilə Peyğəmbərimiz kimi..

 

3. İnsanların əskiklərini görmə, yaxşılıqlarını gör!

Bir qul, bu dünyada başqa bir qulun ayıbını örtərsə, qiyamət günündə Allah da onun ayıbını örtər.
(Riyazus Salihin, 240)

Münasibətlərdə tərəflərin bir-birlərinə qarşı hər an üçün əskik, xətalı, yanlış əməllər göstərmələri mümkündür. Xüsusilə uzun müddət bərabər olan, məsələn; iş zamanında, ailə və dost münasibətlərində; qəsdlə olsun və ya olmasın ortaya yanlış davranışların çıxması imkan daxilindədir. Bu barədə tərəflərə düşən vəzifə; bir xəta üzündən, on doğrunu yox saymamaq, əskikləri hüsnü-zən ilə yaxşıya yozmaq, eyibləri örtmək, qüsurların arxasınca düşüb ifşa etməmək olmalıdır.

 

4. Nifrət etdirici deyil, müjdəçi ol!

Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət etdirməyin. Bir-birinizə itaət edin, ixtilafa düşməyin.
(Səhih Buxari, 3038)

İnsanların sizinlə münasibət qurmalarından dolayı zövq almalarını təmin edin. Hansı münasibət növü olursa olsun asanlaşdırın. Əgər bu bir dəvət-dəvətçi münasibətidirsə asanlaşdırma təməl prinsipiniz olsun və dəvət edəcək yeni bir dil qurun. Bu dilin ifadəsi: “Ey camaat filanca əməlləri emtəsəniz 1000 il Qayya quyusunda belə-belə işlər başınıza gələcək, yanacaqsınız, kül olacaqsınız”-deyil, “Ey Vəhhab olan Allahın gözəl qulları; O Rahimdir, Rahməndır, Onun Rahməti qəzəbinə qələbə çalmışdır. O sevəndir. Vəduddur, Sevdiyi kimi, sevilmək istəyəndir; gəlin Onun sevgisini qazanaq” – olmalıdır.

 

5. Zülm edici deyil, mərhəmətli ol!

Mərhəmət edənlərə Rəhman da mərhmət edər. Siz yer üzündəkilərə mərhəmət edin ki, göy üzündəkilər də sizə mərhəmət etsin.
(Tirmizi, 1924)

Münasibətlərin növü nə olursa olsun, yenə dəyişməyən əsaslardan biri də, münasibətlərin zülm üzrə deyil, mərhəmət üzrə qurulmasıdır. Sizin bir yetimin başını oxşamanıza, isti bir gündə bir heyvana su vermənizə, küçədəki uşaqlara bir təbəssümünüzə, həyat yoldaşınıza qarşı bir fədakarlığınıza, dostunuza qarşı qiyabındakı duanıza, iş ortağınıza qarşı bir haqqınızı fəda etməyinizə mələklər alqışlayacaq, o savabı yazmaq üçün bir-birlərilə yarışacaqlardır.

 

6. Lüzumsuz və boş danışmaları tərk et!

Kim Allaha və axirət gününə inanırsa ya xeyir danışsın ya da ki, sussun!
(Səhih Buxari, 6018)

Düşünmək və danışmaq, insanı digər canlılardan ayıran ən mühüm cəhətdir. Aralarındakı əlaqə səbəbiylə danışma, sahibinin əqli səviyyəsini və fikir quruluşunu göstərən hamar bir güzgü kimidir. Buna görə də insanı insan edən dilidir. Bir kəsin istifadə etdiyi dil və üslub, onu həyatda uğurlu etdiyi kimi hüsrana da uğradar. Hətta insanın dilini qoruması, cənnəti əldə etmə vəsilələri arasında qeyd edilmişdir.

 

7. Zalım olsun məzlum olsun, qardaşına kömək et!

Zalım olsun, məzlum olsun qardaşına kömək et. Bir adam soruşdu: “Ey Allahın Rasulu! Məzluma kömək edərəm, bəs zalıma necə kömək edə edərəm? Dedi ki: Zalımı zülmündən saxlamaqla kömək edərsən, onun zülmünün qarşısını almağın ona kömək sayılır.”
(Səhih Buxari, 2444)

İdeal insan: zalım da olsa, məzlum da olsa qardaşına kömək edəndir. Bəs zalıma necə kömək edilə bilər? Onsuz da səhabə maraqlanıb bunu soruşmuşdur. Zalıma kömək bəlkə məzluma köməkdən daha çətindir; amma zalıma kömək əslində məzlumu məzlumluqdan xilas edər.

 

 

8. Köklü birlikdəliklər qurmaq istəyində seçici ol!

İnsan dostunun dini üzrədir. Bu səbəblə kiminlə dost olacağınıza diqqət edin
(Əbu Davud, 4833)

İnsanın özünə dost, yoldaş seçməsi həyatına tamamilə təsir edəcək bir xüsusdur. Necə bir dostluq qurmağınız sizin necə bir insan olmağınızı ortaya çıxardar. Ona görə də keçmişdən belə deyərlər: “Mənə dostunu göstər necə bir insan olduğunu deyim.” İnsanın dostu insanın özüdür. Saleh insanlarla birlikdə olmaq insanı salehliyə, təhlükəsizliyə çatdırar. İnsan sevdiyi ilə həm dünyada həm də axirətdə bərabər olacaq. Bax buna görə də dost seçimi bu qədər vacib və çətindir.

Sonda Aləmlərin Rəbbi olan Allaha həmd olsun…

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün