Gənc Muslim

Bəs sən nəyi satırsan?

Hələbli satıcıdan soruşuldu: Niyə boş kisəni tərəzi daşının altına qoyursan? O belə cavab verdi: “Mən kisəni deyil, onun içindəkini satıram.”

Bəli bu sözlər yuxarıda olan adamın sözləridir. Bu şəkili sosial şəbəkədə ilk gördüyüm zaman cox sevindim. Həqiqətən bu şəkil bir müsəlmana sevinc və fərahlıq verir. İnsa qəlbində dərin bir duyğu ilə kaş bütün Müsəlmanlar belə olsun deyir. Daha sonra bu şəkil haqqında qısa araşdırma etdim. Bu dayının Hələbli biri olduğunu öyrəndim. Bu dayı haqqında Dəməşqli müəllimimiz Muhamməd Vail yuxarda dayının şəkilini yerləşdirərək onun işlətdiyi o sözləri yazmışdı. Bu sözün ona nisbəti nə qədər doğrudur orasını Allah daha yaxşı bilir. Lakin bu sözlər insana çox şeyi düşündürür.

Bizim Müsəlman cəmiyyətlərini pozdular. Bir cəmiyyəti məhv etməyin əsas yollarından biri onlara haram və halala diqqət etməməyi öyrətməkdir. Bunu bizə öyrətdilər. Ədalət rəmzi olan İslamın fərdlərini hiylə rəmzinə çevirməyə başladılar. Bizləri həqiqi ədalətdən uzaqlaşdırdılar. Lakin biz Qurana dönsəydik Allah təalanin oradakı bizə şiddətli xəbərdarlığını görərdik. Qurani-Kərimdə Mutaffifin (Ticarətdə haqsızlıq edənlər) deyə bir surə var. O surədə Allah Təala belə buyurur:
Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar,Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər.Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?!Özü də dəhşətli bir gündə?! O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar!(Mutaffifin | 1-6)

İmam Fəxrəddin Ər-Razi “Məfatihul-Ğayb” əsərində bu ayələri təfsir edərkən belə bir hadisə nəql edir: “Bir bədəvi Ərəb AbdulMəlik ibn Mərvana “Allah təalanin Mutaffiflər (Çəkidə haqsızlıq edənlər) haqqında nə dediyini eşitdin! dedi. İmam bədəvinin bu sözünü belə şərh edir. Bədəvi bu sözü ilə “Allah Təalə azacıq bir şey qaçırması üzündən çəkidə aldadanları belə bir təhdid etdi isə, heç ölçüb-çəkmədən çox şeyi qəsb edib , müsəlmanların malını alarkən özün üçün nə düşünürsən” demək istəmişdir.

Bəli həqiqətən Bədəvinin bu sözü insana bu cəmiyyətin qaranlıq üzünü anladır. İstər ticarətdə istər başqa sahədə haqsız yerə insanların malını qəsb edənlər heç düşünmürmü?

Ölçü

Bilmək lazımdır ki, ölçü işi önəmli bir məsələdir. Çünki insanların hər birinin ticarətə ehtiyacı vardır. Onun üçün bir tacir özü üçün insanların adil davranmasını istədiyi kimi, özüdə adil davranmalıdır. Yoxsa onunda halına qiyamət günü Vay! olacaqdır. Rəvayət edildiyinə görə, Əbu Hureyrə Mədinəyə gəldiyi zaman Peyğambərimiz (SallAllahu aleyhi və səlləm) Xeybərə getmiş və Mədinədə Siba İbn Urfutayı yerinə vəkil olaraq buraxmışdı. Əbu Hureyrə bel deyir: Biz ona sabah namazından çatdıq. Birinci rükətdə “Kəf, Hə, Ya, Ayn, Sad” (Məryəm surəsini) oxudu. İkinci rükətdə də “Vay halına çəkidə və ölçüdə aldadanların!” (Mutaffifin) surəsini oxudu. Əbu Hureyrə dedi ki: Məndə namazımda: Fəlanın atasının vay halına , onun iki ədəd ölçüyü vardı. Özü ölçüb aldığında tam olanla ölçüb alar, lakin başqasına ölçdüyü zaman isə əksik olanla ölçərdi dedim. (Əhməd ibn Hənbəl, Müsnəd)

Allah təalə Quranda ölçüdə hiyləgərliyin günahının böyük olmasını çox açıq bir şəkildə ortaya qoymuşdur. Bu şəkildə haqsızlıq edən və ədalət ilə ölçməyi tərk edən, ədaləti bütün həyatında, hətta söz və davranışlarında riayət etməyən kimsələrin vəbalının nə qədər böyük olduğunu çox bəlağətli bir şəkildə açıqlamışdır.

Yazılanları düşünərək özünə sual ver: Bəs sən nə satırsan?

 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq gencmuslim.net göstərməyi unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün

Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.