Gənc Muslim

Bədəni oruc tutmağa hazırlamağın 9 yolu

Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (Bəqərə, 183)

Bəzilərimiz fikirləşir ki, Ramazan başladıqda elə birdən-birə  biz ona hazır olacayıq, amma planlaşdırma bu keçidi daha da asan edəcək. Orucluq ayı üçün bədəni hazırlamağın 9 yolu:

1. Qida Sərfi

Orta miqdarda yeməyə başlayın. Ramazan yaxınlaşır deyə çox ərzaq tükətməyin. Bu yalnız sizin iştahanızı yüksəltəcək və oruc tutmağınızı çətinləşdirəcək.

2. Erkən səhər yeməyi

Ramazan ərzində biz sahur üçün tez oyanırıq. Bunu ötürməməyiniz önəmlidir.  İndidən erkən səhər yeməyinə başlamağınız bədəninizin erkən vaxta yemək yeməyə öyrəşməsinə kömək edəcək.

3. Atışdırmalıq yeməyin

3 əsas yeməyi, yəni səhər, günorta və axşam yeməklərini yeyin və onlar arasında atışdırmalıq yeməyin. Ramazan ayı boyunca , yalnız iki əsas yemək yəni Sahur və İftarda yemək yeməyə öyrəşməlisiniz.

4. Qəhvə qəbulunu azaldın

Əgər siz qəhvəni çox sevirsinizsə və Ramazanın ilk günlərində baş ağrılar yaşamaq istəmirsinizsə, o zaman indidən qəhvə qəbulunu azaldın. İlk öncə kafeinsiz qəhvə için, daha sonra isə ümumilikdə qəhvə içməyin.

5. Siqaret çəkməyi azaldın

Ramazana hazırlıqsız girən siqaret çəkənlər, əsəbilik, narahatlıq, səbirsizlik və oruc tutma saatlarında diqqət pozğunluğu kimi müxtəlif çətinliklər yaşaya bilərlər. Bunların qarşısını almaq üçün indidən gün ərzində siqaret çəkməyi azaldın. Ramazan həmçinin siqaret çəkmək kimi pis vərdişləri tərgitmək üçün də əladır.

6. Könüllü oruc günləri

Ramazana hazırlaşmağın daha yaxşı yolu təcrübədən başqa nə ola bilər? Ramazana öyrəşmək üçün bir neçə gün oruc tutmağa çalışın. Bu həmçinin keçən il tutmadığınız oruclarınız üçün əla bir fürsətdir.

7. Yuxunu tənzimləmək

Əgər siz gec yatıb gec durursunuzsa indidən yuxunuzu tənzimləməyə başlayın, çünki Ramazan ərzində Sahur üçün tez oyanacaqsızın. Tez duracağınıza görə tez də yatmalısınız. Və ya günorta biraz yatsanız axşam gec yata bilərsiniz. Hansı yuxu rejimini seçirsinizsə, indidən onu etməyə başlayın.

8. Stoklamaq

Ramazanın ilk günlərində siz ona uyğunlaşmağa çalışarkən, Ramazandan əvvəl edilən yemək planlaşdırması sizə kömək edəcək. Ramazanın ilk həftəsində olan iftar və sahur üçün menyunuzu hazırlayın, nə lazım olacaqsa yazın, və nə qədər ki hələ enerji ilə dolusunuz gedib onları alın.

9. Həkim

Əgər sizin diabet, yüksək qan təzyiqi və ya hər hansı bir səbəbdən oruc tutmaq haqqında narahatçılığınız varsa, həkimə müraciət edin. Oruc tutmağın sizin üçün təhlükəsiz olub olmamasını öyrənin.

Mənbə: İslamicity.org
Məqalə Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. İstifadə zamanı isnad göstərilməsi mütləqdir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün