Gənc Muslim

Abbas ibn Firnas – Tarixdə ilk uçan insan

Abbas ibn Firnas 810-887-ci illər aralığında yaşamış Əndəluslu İslam alimidir. Əndəlusun Ronda bölgəsindəki bir kənddə doğulmuş, Qurtubada böyümüş və burada təhsil almışdır.

Tarixi qaynaqlarda İbn Firnasın Qurtuba Məscidindən atlayaraq, uzun müddət quşlar kimi süzdüyü daha sonra yerə endiyi məlumatına rast gəlinir. Bəzi mənbələrə görə bu böyük alim, eniş əsnasında yüngül şəkildə yaralanmış ancaq fikrindən dönməmiş, daha sonra da uçma təcrübələrini davam etdirmişdir. Bu gün bəzi Ərəb ölkələrində olan aerodromlar, ictimai obyektlər və təhsil mərkəzləri onun adını daşımaqdadır. NASA Ayda olan 89 km diametrindəki bir kraterə, onun elm dünyasına olan qatqılarından dolayı olaraq İbn Firnas adını vermişdir.

İbn Firnasın elmi çalışmaları uçmaqla məhdudlaşmır. Eyni zamanda qumdan ilk dəfə şüşə emal  edən adam olaraq da tarixə keçmiş və qaya kristallarını kəsmə üsulunu inkişaf etdirmişdir…

Daim maraq içində olan və araşdırmaçı bir xarakterə sahib olan Abbas ibn Firnas kosmosun kiçik bir  kürə mexanizmasını (modelini) qurmuş və sonralar Avropada astronomiyanın inkişafında təsiri olan Sindhind cədvəllərini hazırlamış, daha əvvəl bənzəri görülməmiş Mikate adı verilən saat ixtira etmişdir. Etdiyi bir çox kəşflə və Şərq elmlərini Qərbdə yayma səyləriylə müasirlərinin diqqətini çəkən Abbas ibn Firnasa  “Hakimul-Əndəlus” (Əndəlusun hakimi) ünvanını verilmişdir.

Qaynaq:
İbn Hayyan əl-Qurtubi, əl-Muktəbəs (nşr. Mahmud Əli Məkki)
Beyrut 1393/1973, s. 282-287; İbn Said əl-Mağribi
əl-Mugrib fi huləl-Mağrib (nşr. Şevki Dayf) Qahirə 1978, I, 333;
Makkari, Nefhut-tib (nşr. İhsan Abbas), Beyrut 1388/1968, III, 374-375;
Sezgin, GAS, II, 674-675; VI, 158;
Muhammed Abdullah İnan, Təracimu İslamiyyə, Qahirə 1390/1970, s. 266-271;
J. Vernet, “Abbas b. Firnas”, DSB, I, 5; E. Levi-Provençal, “Abbas b. Firnas”, EI² (İng.), I, 11.
Qeyd: Məqalələrdən istifadə zamanı mənbə olaraq gencmuslim.net göstərilməsi vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün