Gənc Muslim

6 maddədə Dəvətçi Müsəlmanın mükafatları

Müsəlmanı dəvət vəzifəsini yerinə yetirməyə və insanları doğru yola yönəltməkdə önəm göstərməyə sövq edən səbəb, Allah Təalanın dəvətçilərin mərtəbəsini uca tutması, onlara həm bu dünyada, həm də axirətdə  böyük savab və rəhmətlər hazırlamasıdır. Bu hal Qur`anda və Hədislərdə sabitdir. Kiçik başlıqlar altında bunları zikr edək:

Maddə 1.  Allah Təalanın yoluna dəvət edən kimsənin sözü, Allah qatında sözü ən sevimli olan kimsədir;

Bununla bağlı Allahu Təala Öz kitabında belə buyurur:

“İnsanları Allaha tərəf çağıran, yaxşı iş görən və: “Həqiqətən, mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

(Fussilət surəsi, 33-cü ayə)

Maddə 2. Hədislərini başqalarına çatdıran kimsə üçün Peyğəmbər sallallahu aleyhi və səlləm dua etmişdir;

Peyğəmbər sallallahu aleyhi və səlləm Mina dağının ətəyindən qalxaraq belə buyurdu:

Mənim sözümü eşidib də başqasına çatdıran kimsənin üzünü Allah ağartsın …

(Sünən ibn Macə,244, 1/49)

Maddə 3. Bir kimsə başqa birinin hidayət olub İslama gəlməsinə səbəb olsa, o kimsəyə böyük savablar vardır ;

Peyğəmbər sallallahu aleyhi və səlləm Xeybər döyüşündə Əli radiyallahu anhu`ya bayrağı verərkən belə buyurdu:

Onların tərəfinə çatıncaya qədər qərarlı bir şəkildə irəlilə! Sonra onları İslama dəvət et! Onlara Allahın onların üzərindəki haqqının nə olduğundan bəhs et! Allahın adına and olsun ki, sənin vasitənlə bir kimsənin hidayət olması, sənin üçün çox gözəl dəvələrə sahib olmağından daha yaxşıdır.”

(Səhih Buxari, 4210)

Maddə 4. Dəvətçi müsəlmana dəvətinə tabe olub hidayət olan kimsənin qazandığı savablar da verilər;

Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:

“Hər kim bir xeyirə vəsilə olarsa, o xeyri işləyən kimsə kimi savab qazanar.”

(Səhih Muslim, 1893)

Başqa bir hədisində Peyğəmbər səllallahu əleyhi vəssəlləm belə buyurur:  “Hər kim hidayətə (imana) dəvət edərsə,o kimsəyə zərrə qədər də əksik olmadan dəvətinə tabe olanların qazandıqları savabların eynisilə savab verilər.

(Kitabul Elm, 2674)

Maddə 5. İnsanlara xeyiri öyrədən kimsə üçün başda Allah Subhənəhu Təala olmaqla yerdə və göydə olanların xeyir və dua istəməsi ;

Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:

“Allahu Təala, mələkləri, yerdə və göydə olanlar və hətta yuvasındakı qarışqa və balıq belə insanlara xeyiri öyrədən kimsə üçün xeyir və dua etmişdir.”

(Tirmizi, 2159, 2/343)

Maddə 6. Allahın yoluna dəvət edən kimsəyə öldükdən sonra da savabın gəlməsi ;

Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu:

“Bir insan öldüyündə onun əməl dəftəri bağlanar. Ancaq bu üç əməl istisna: 1. Sədəqeyi cariyə (Davam edən sədəqə); 2. Bir kimsənin qoyub getdiyi və ondan faydalanılan elm; 3. Onun üçün dua edən saleh övlad.”

(Səhih Muslim, 1631, 3/1255)

İstər alim olsun və ya elm tələbəsi, istərsə də sadə bir müsəlman – kimliyindən asılı olmayaraq hər bir müsəlman bir dəvətçidir. Beləliklə hər bir müsəlman yuxarıda maddələr halında zikr etdiyimiz Allahın dəvətçi müsəlmana lütf etdiyi bütün bu mükafatları nəzərə alaraq əlinə fürsət düşdüyndə və həyatının hər bir anında insanları hidayətə dəvət etməkdən boş dayanmamalı və yorulmamalıdır.

Məqalə Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. İstifadə zamanı isnad göstərilməsi mütləqdir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün