Gənc Muslim

10 Maddədə Valideynlərimizə Qarşı Ədəbimizin Əsasları

10 Maddədə Valideynlərimizə Qarşı Ədəbimizin Əsasları

Bu məqaləmizdə zəmanəmizdəki övladların valideynlərinə qarşı ədəb qaydalarına demək olar ki, əməl etmədiklərini, əksinə nəfsani mövzularda ana-ata sözünə itaət etməməsini, məsləhətlərini qulaq ardına vurması və günlük davranış qaydalarını bilməməsi əsasında qaydalar sıralanmışdır.

1. Allah’ın haqqından sonra ana-ata haqqını ən üstün bilmək

Abdullah ibn Amr ibn əl-As (radıyallahu anhum)’dan rəvayətə görə:

“Bir adam Peyğəmbər (sallallahu aləyhi və səlləm)’in yanına gələrək:
− “Mən Allah’dan savabını istəyərək hicrət və cihad etmək üzərə sənə beyət edirəm”, dedi.
Peyğəmbər (sallallahu aləyhi və səlləm) həmin adamdan soruşdu:
− “Anan və atandan sağ olanı varmı?”
Adam isə, “Hər ikisi də sağdır”, dedi.
Peyğəmbər (sallallahu aləyhi və səlləm) belə dedi:
− “Vəziyyət belədirsə sən Allah’dan savab istəyirsən?”
Adam: “Bəli”, deyincə, Peyğəmbər (sallallahu aləyhi və səlləm) belə buyurdu:
− “Elə isə ananın və atanın yanına qayıt və onlarla gözəl şəkildə danış!”

(Səhih Muslim, 2549/6)

Allah –subhənəhu və təalə- Quranda belə buyurur:

Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. (Ey insan!) Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə.

(Ənkəbut surəsi, 8-ci ayə

2. Yanlarına girib çıxdığın zaman onlara salam vermək, onlarla dost kimi yox, övlad kimi danışmaq, onların sözlərini kəsməmək, danışıqlarına və hərəkətlərinə qarşı səbirli olmaq və cavab verərkən mülayim olmaq.

Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq:) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!”

(Loğman surəsi, 14-cü ayə)

3. Tələblərini yerinə yetirmək, vəsiyyətinə xilaf çıxmamaq, yaxınları ilə yaxınlığı davam etdirmək və vaxtaşırı onları ziyarət etmək, könüllərini almağa vəsilə olacaq hədiyyə verməyə və sevdiyiniz şeylərdən onlara da pay ayırmağa laqeyd yanaşmamaq.

4. Şərəflərini qorumaq, təhqir olunmalarına vəsilə olacaq söz və hərəkətlər sərf etməmək.

Abdullah ibn Amr İbn əl As (radıyallahu anhum) belə rəvayət edir:

Peyğəmbər (sallallahu aləyhi və səlləm) dedi ki:
– “Bir kimsənin öz anasına və atasına söyməsi böyük günahlardandır!”
Sahabələr:
– “Ey Allahın Rəsulu! İnsan da, heç öz anasına və atasına söyərmi?”, dedilər.
Peyğəmbər (sallallahu aləyhi və səlləm) belə dedi:
−“Bəli, o kimsə başqa birinin atasına söyər, o da onun atasına söyər! O şəxs başqasının anasına söyər, o da onun anasına söyər! Beləliklə də o şəxs öz ana və atasına söymüş sayılar.”

(Muslim, 146/90)

 

5. Yemək yeyərkən yeməyə onların başlamasını gözləmək.

 

6. Onların önündə yeriməmək, bir yerə girərkən və ya çıxarkən onlardan qabağa keçməmək, onlardan hündür bir yerdə oturmamaq, yanlarında ayaq uzatmamaq və əl-qol hərəkətləri danışmamaq.

7. Bir işi etmək istədikdə onların məsləhətlərini almaq,

8. Onlara həyatda ikən də və öldükdən sonra da dua etmək,

Onların hər ikisinə acıyaraq: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de. (İsra surəsi, 24-cü ayə)

9. Vəfatından sonra onların qəbirlərini tez-tez ziyarət etmək.

10. Onlara əsəbləşmək, kasıb olduqlarına görə onlara xor baxmamaq, “uf, of” edib bezmək, yanlarında yüksək səslə danışmaq, özünü onlarla bir tutmaq, yaxşılıqlarını unutmaq, onlara qarşı xəsislik etmək kimi hərəkətlərdən uzaq durmaq.

Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!

(İsra surəsi, 23-cü ayə)


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün