Gənc Muslim

10 Maddədə Ramazan Proqramımız…

Özümüzü sorğuya çəkək. Ramazan ayı bizə nəyi xatırladır? Ötən Ramazanlar bizdə hansı izləri qoyaraq getdi? Məsələn: Ramazan sözünü işlətdiyimizdə ağlımıza ilk gələn, məğfirət və cənnət kəlimələridirmi, yoxsa iftar və başqa şeylər.  Mədinədə Allahın ayələri günbəgün nazil olarkən, dini müdafiə etməyə, cihad yolunda yeriyəcək bir tək insana belə ehtiyac olduğu bir zamanda, ilk öncə oruc fərz qılındı. Ardınca cihad əmr edildi. Bu hədisi şərifi dəfələrlə oxuyub düşünək və hədisin bizə necə müjdə verdiyini anlayaq:

Kim tam bir imanla və əcrini Allahdan gözləyərək Ramazan orucunu tutarsa onun keçmiş günahları bağışlanar.

(Buxari, İman 28, Savm 6)

Biz Ramazan sonrasında bu hədisin sərinliyini içimizdə nə qədər hiss etdik?

“Ramazan proqramımız”

1. İlk həmləmiz gözəl bir tövbə:

Günahlarımızı və qəbahətlərimizi təfəkkür etməyə nə qədər də möhtacıq. Ramazan təfəkkür və tövbənin ən gözəl zamanıdır. Ramazan cənnətə girməyin ən mümkün olduğu zamandır.

Əsl tövbə-günaha təkrar dönməmək ciddiyəti ilə edilən tövbədir.

2. İlk İş- Orucun Fiqhini Öyrənmək:

Bilməyən istəsə də gözəlini edə bilməz. Dinimiz elm dinidir. Bizdə öyrənmək ibadətdir. Ramazana hörmətimizi və oruc ibadətinə baxış ciddiyyətimizi göstərməsi baxımından işə bir elmihal kitabından “oruc” mövzusunu oxuyaraq başlayaq.

Tövbə üçün qədr gecəsini gözləyəcək vaxtımız yoxdur. Nə vaxt günahlarımızdan qurtulsaq bizim “Qədr”  gecəmiz o gecədir.

3. Gecə İbadətinə Özümüzü Alışdıraq :

Gecə ibadəti Ramazanın fərqliliklərindəndir. Təhəccüd namazı, gecə Quran tilavəti, zikr bu ayda ən vacib ibadətlərdəndir. Bu ayda Rəbbi üçün ayaqda qalanlardan olmağa çalışaq.

4. Camaatla Namaz:

Camaatla namaz qılmaq kişilər üçün axsadılmaması lazım olan sünnətlərdəndir. Ramazanın bərəkətindən faydalanmaq üçün kişilər namazlarını məsciddə camaatla qılmalıdır. Mümkünsə iki namaz arasında məsciddə qalmaq, gecikdirilən və unudulmaq üzrə olan sünnətləri ehya etməliyik.

5. Təravih Namazı:

Ramazanın ən vacib ibadətlərindəndir. Ancaq namazın heybətinə, Ramazanın mənasına xələl gətirəcək bir “təravih” namazı bəlkə də “günaha” girməyimizə səbəb ola bilər.

Bunun üçün:

Təravih namazını cəld qılıb bitirmək kimi bir hədəfimiz olmasın. Üzürlü bir hal varsa, “az qılaq amma namaz kimi qılaq”. Təqvalı və qiraəti daha gözəl olan imamın və bu imamın olduğu məscidlərdə qılmağa çalışaq. “Namaz ibadətinin şəkli və heybəti təravih namazında aradan qaldırıla bilər deyə bir qayda yoxdur.” “Təravih də bir namazdır. Fərzi , vacibi, sünnəti olan bir namaz. O da ciddiyət tələb edir.

6. Sədəqə:

Ən çətin lakin ən gözəl ibadətlərdən. “Alanı Allahdır verəni də mən, deyərək sədəqə verək. Ailəmizin ehtiyacını ödədikdən sonra bacardığımız qədər sədəqə verək.

Bunun üçün:

  • Zəkatımızı Ramazanda veririksə, əvvəl onu fiqhinə görə hesab edib verək.
  • Sonra da Ramazanın sonunda veriləcək fitrələrimizi təsbit edək.

Öncəliklə çox yaxın dostlarımızın, qonşularımızın, qohumlarımızın hansı ehtiyac içindədirsə sədəqə verməyə onlardan başlayaq.

Sədəqəni qəbul edən Allah olduqdan sonra azı çoxu olmaz. Xeyir iş üçün qurulmuş və xidmətlərini davam etdirən xeyiriyyə cəmiyyətlərinə maddi, mənəvi və feli dəstək olaraq sədəqə savabını qazana bilərik. Sədəqə yalnız pul ilə olmaz, pulu olmayan, bədəni ilə bir məscidə xidmət edə bilər.

7. Və Quran Tilavəti:

Allah Təala Qurani Kərimdə “Ramazan və Quranı” bərabər zikr etməkdədir. Ramazandakı böyüklük “Quranın o ayda enmiş olmasıdır”.

Ramazanda nə cür Quran oxuyaq?:

Bir mömin olaraq Qurana qarşı aşağıdakı vəzifələrimiz vardır:

  1. Ona ən incə xüsuslarında belə əksiksiz bir iman.
  2. Ayələrdəki əhkamı, möcüzələri təfəkkür.
  3. Qurani Kərimi tilavətlə oxumaq.
  4. Ondan öyrəndiklərimizlə əməl etmək
  5. Quranın sonraki nəsillərə çatdırılması

Hər gün səhər və axşam eyni saatlarda bəlli bir miqdardan aşağı düşməmək şərti ilə (məsələn:on səhifə) oxumaq. Oxunuş mümkünsə səsli olsun.

Quranı oxumaq kimi dinləmək də ibadətdir.

Quran oxuyarkən, mələklərin oxuduğumuz hərfləri tək-tək saydıqlarını, hər biri üçün savab yazdıqlarını bilərək oxumalıyıq.

8. Zikr:

Ramazan günləri, Allahı zikr etmənin ən coşğulu günləri olmalıdır. Xususən də imsak vaxtını, sübh namazı və iftar saatını, məsciddə, namazı gözlədiyimiz dəqiqələrdə bacardığımız qədər zikr etməliyik.

9. Bir Elm Məclisində İştirak Edək:

Hər gün bir ayənin təfsirini, bir hədisin şərhini öyrənməyə çalışaq. Əhil olanları bu tip məclisləri təşkil etmələri üçün təşviq edək və bu məclislərə qatılaq.

10. Etiqaf:

Etiqaf sayəsində ibadət və qulluqda dərinləşmək imkanı yaranır. Gecə ibadəti və gözəl bir tövbə üçün daha uyğun bir ortam tapmaq mümkün deyildir. Xarici təsirlərdən uzaq bir ortamda ölümü və axirəti təfəkkür etmək imkanı yaranır.


Bu məqalə  gencmuslim.net tәrәfindәn hazırlanmışdır.

Mәqalәlәrdәn istifadә edәrkәn saytımızı mәnbә olaraq göstәrmәk vacibdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün