İkinci dünya müharibəsi illərində Paris Böyük Məscidi (Grande Mosquée de Paris) yəhudilər üçün saxta müsəlman doğum şəhadətnaməsi verərək onlara nasistlərdən xilas olmaq üçün kömək etmişdir.

Bu Məscid Birinci Dünya Müharibəsindən sonra, Fransanı alman qoşunlarına qarşı qoruyan müsəlmanların şərəfinə tikilmişdir.

Bu şəkildə fransızlar müsəlmanlara o çətin illərdəki köməklərinə görə təşəkkür etmişlər.

Məscid 15 iyul 1926-cı ildə Fransanın prezidenti Qaston Dumerq tərəfindən açılmışdır. Əlcəzair şeyxi Əhməd əl-Ələvi bu məsciddə prezidentin iştrakı ilə ilk namazı qılmışdır.

Hal hazırda Paris məscidinin müftisi Dalil Boubakeurdir.

İkinci Dünya müharibəsi illərində (Fransanın Almanlar tərəfindən təcavüzə məruz qaldığı müharibədə) məscidin o zamankı imamının təklifi ilə məscid yəhudilərin gizli sığınacaq yeri olmuşdur. Fransa Müsəlmanları onları yaşayış yeri ilə təmin etdi və onlara saxta müsəlman doğum şəhadətnaməsi verərək, təhlükəsiz şərait yaratdılar.

Yazı haqda fikirlərinizi bizimlə bölüşün və yazını paylaşaraq daha çox insana çatmasına səbəb olun.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün