Tokio metro stansiyalarının birində məscid açılacaq.

Xəbər verilir ki, bu qərar “Şərqi Yaponiya Dəmiryol Şirkəti” (East Japan Railway Company) tərəfindən qəbul olunub. Şirkət rəhbərləri bu qərarı onunla izah ediblər ki, Yaponiyaya hər il çoxlu sayda Müsəlman turistlər gəlir. Xüsusən də Cənubi-Şərqi Asiyadan daha çox müsəlman ölkəni ziyarət edir.

JR East şirkətinin icraçı direktoru Tetsuro Tomita öz məruzəsində aşağıdakıları qeyd etmişdir:

Yaponiyaya çoxlu sayda müsəlmanlar səyahət edir. Buna görə də müsəlmanlar ibadətlərini həyata keçirmək üçün məkan zərurəti yaranır. Bu tip məkanlara metro stansiyalarında yer veriləcək.

İcraçı direktor, bunu da qeyd edib ki, məscid 5 iyunda açılacaq. Müsəlmanlar məscidi 8.30-dan axşam 19:00-a dək, istirahət günləri isə məscid saat 17.00-dək açıq olacaq. Məscidin 8 kv. metr sahəsi var və namazın ayrılmaz hissəsi olan dəstəmaz almaq üçün də yer ayrılıb.

Bu vaxta qədər isə, məscid ancaq Haneda və Narita aeroportlarında vardı.

Mənbə: trt.net.tr

Fikirlərini bizimlə bölüş və yazını paylaşmağı unutma..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün