Hüznlənmək

Tibb sahəsində Nobel mükafatı alan Dr. Alex Carlye bele deyir: “Hüzn və həyəcanıyla bacara bilməyən iş adamları, tez ölərlər.”

Mən deyirəm ki, hər şey qəza və qədərə bağlıdır. Ancaq Alex Carlye-nin demek istədiyi insan vücudunu bitirən və içini gəmirən səbəblərdən biri də, hüzn və həyəcan içində olmaqdır və bu doğrudur.

Hüznlənmək, psixoloji problemlə yanaşı mədə xəstəlikləri yaradır.
Əsəbi olmaq problemi” adlı kitabın müəllifi olan Dr. Joseph F. Mantagno bu mövzuda belə deyir:

Sən yediyin şeylər səbəbiylə deyil, səni yeyib, bitirən şeylər səbəbiylə mədə xəstəliklərinə tutularsan!

LIFE jurnalının apardığı araşdırmalara görə mədə xərçəngi ölümcül xəstəliklər içində onuncu yerdədir.

Şair Mütənəbbi belə dedi:

Üzüntülər yekə adamı incəcik edər,
Gəncin saçlarını ağardar, olar yaşlı

Ortaya çıxan fəsadlar

Dr. Edvard BodolvskininÜzüntünü burax, daha yaxşıya qaç” adlı əsərindəki bəzi başlıqlar:

Üzüntü qəlbə necə təsir edər?
Yüksək təzyiq, üzüntü tərəfindən bəslənər.
Stress, romatizmaya səbəb ola bilər.
Mədənə yaxşılıq etmək istəyirsənsə stresi azalt.
Şəkər xəstəsi və stres.

Ruhi Xəstəliklər sahəsində mütəxəssis olan bir həkim Dr. Carl ManingerÖzünün düşməni olan insan” kitabında belə deyir:

“Dr. Maninger sənə üzüntüdən necə qurtulacağının yollarını verən deyil. Stres – sıxıntını içinə atma, kin, qəzəb və qorxu kimi şeylərlə bədənimizi və beynimizi necə təxrib etdiyini göstərəcəyəm.”

Bütün bunlardan sonra hər kəsə məlum olur ki, insan ruhi cəhətdən özünü doğru formalaşdırdıqda hüzurlu bir həyata sahib olur. Bunun yolu isə, cəsədimizin qidalandığı kimi, ruhumuzun da məsafə qət edərək inkişaf etməsi və ilahi təlimatlardan nəsiblənməsidir.

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da (mallarından Allah yolunda) xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.

(Ali-İmran, 134)

Uca Rəbbimizin bu ayəsində ən böyük faydalardan biri də: qəlb hüzuru, zehin durğunluğu, könül rahatlığı və xoşbəxtlikdir.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün