Özəlliklə son zamanlar müşahidə etdiyim bir hal var. Sosial medianın əli ilə homoseksuallar, fahişələr məzlum kimi göstərilməyə çalışılır. Bu iş sosial şəbəkələrdə aktiv olan, bəlli bir izləyici kütləsi olan, özünü ağıllı və savadlı hesab edən “müasir” tiplər tərəfindən “onlar da insandır, onların da hüquqları var” şəklində şablon sözlərlə edilir. 

Bəs doğurdan da bunların dərdi insan haqlarıdırmı? Əsla! Çünkü bu tiplər insan haqlarını yalnız “fahişə, homoseksual və soyunan müğənnilər”i gündəmə gətirərək müdafiə edərlər. Lakin insanların dini tərcihlərinə eyni tolerantlığı bu tiplərdə görmürük. İlk fürsətdə İslama və müsəlmanlara kin qusmaları dediklərimin təsdiqi üçün kifayətdir. Əslində isə bunların insan haqları deyə bir dərdi yoxdur. Sadəcə özləri nəfsi istəklərinə bir sərhəd qoymadıqları kimi digərlərinin də özləri kimi olmasını istəyirlər. Özləri üçün “şərəf”, “qeyrət”, vicdan” deyə bir dəyər olmadığı kimi hər kəsin də “şərəfsiz”, “qeyrətsiz” və “vicdansız” olmasını istəyirlər. Özlərinin ifadələri ilə desək bu “əngəlləri” aşmağınızı istəyirlər. Bu səbəbdən də soyunaraq vücudunun məhrəm nöqtələrini göstərən “şərəf yoxsunu” “sənətçi”lərin bu pozlarına “cəsur pozlar” deyirlər. 

Bu saydığımız dəyərlərdən məhrum olan bir jurnalistin bir sözünü xatırladım:(evlilik xaricində cinsi münasibətin – zinanın normal olduğunu qəsd edərək) “Namus bakirəliklə ölçülmür” deyir. Bu adam üçün namus nə ilə ölçülür həqiqətən maraqlıdır. Qısacası özləri kirləndikləri üçün təmizlərin varlığını həzm edə bilmirlər. Lakin bunu fərqli adlar altında edirlər. Bir fikir adamının dediyi kimi:

“Onlar qadın azadlığını istəmirlər, qadını əldə etməyin azadlığını istəyirlər.” 

Məsələyə bir az ümumi yanaşsaq, fahişə və homoseksualların haqqlarını müdafiə edən bu tiplər, ilkin mərhələdə insanlarda onlara qarşı tolerant baxış formalaşdırmağa çalışırlar. Sonra artıq digər mərhələ gəlir. Qısacası sistemli şəkildə bir alqı (qəbullənmə) əməliyyatı gedir. Çünki bu tiplər insanların əksəriyyətinin “kütlə psixologiyası” ilə hərəkət etdiklərini bilirlər. Həqiqətən də insanların əksəriyyətinin doğru ilə yalnışı ayırd etmə kriteriyası “kütlə” dir. Kütlə bir şeyi ayıb qəbul edirsə o ayıbdır, yox normal qəbul edirsə normaldır. 

Təxminən 15 -20 il öncə şort geyinən qadınları qınayan kütlə bu gün bunu normal qəbul edir. Xatırlayıram uşaq vaxtlarımda yaşadığım qəsəbədə, yayda çimərliyə gedərkən orada “çimərlik paltarıyla” (paltar dediyim üçün üzr istəyirəm) olan azərbaycanlı xanım yox deyəcək qədər az olardı, o vəziyyətdə gələnlər əksərən rus xanımlar idi. İndiki vəziyyət isə hər kəsə bəllidir.
Başqa bir örnək verəcək olsam, təsəvvür edək ki, çimərlikdə rahaca hərəkət edən bir xanım “çimərlik paltarıyla” birdən şəhərin mərkəzində olsa özünü necə aparar?  Yəqin ki utanar (hərçənd artıq buna da şübhə edirəm). Lakin həmin xanım çimərlikdə utanmır. Niyə? səbəb nədir? Və ya dəyişən nədir? Orada da, ac itlər kimi ağzı sulana sulana baxan yad “kişilərin” gözü önündəsən, burada da. Bu qeyd etdiyim dəyişimlər toplumun böyük kəsiminin “kütlə psixologiyası” ilə hərəkət etdiyini göstərir.

İkinci ehtimalı ələ alaq. Elə olmasa da, fərz edək ki, siz həqiqətən də insan haqqları müdafiəçisi olduğunuz üçün homoseksualların və fahişələri müdafiə edirsiz. Və biz bu cür fitrəti pozulmuş insanları normal insan saymadığımız üçün bizim “humanist” olmadığımızı deyirsiz. Bəli düz deyirsiz, biz “humanist” deyilik. Biz “insan azadlığı” adı ilə insana “sərhədsiz sərbəstlik” verilməsinə qarşıyıq. Biz evlilik xarici cinsi münasibət olan zinaya qarşıyıq, homoseksuallığa qarşıyıq, qadınların soyunub kişilərin şəhvətlərini sakitləşdirmə vasitəsinə çevrilməsinə qarşıyıq, bütün çirkinliklərə qarşı olduğumuz kimi. Və bu qarşı duruşumuzla fəxr edirik. 

Madam sizin məntiqiniz “insana sərhədsiz azadlıq verilməlidir” məntiqidir, madam siz, homoseksual olmaq, fahişə olmaq fərdin seçimi olduğu üçün ona hörmətlə yanaşmaq lazımdır deyirsiniz, o zaman narkotik istifadəçilərinə də hörmətlə yanaşın, o zaman ensest (ailə daxili cinsi münasibət) əlaqələrə də hörmətlə yanaşın, o zaman qatillərə də hörmətlə yanaşın, nəticədə bu da onun tərcihidir. Buna digər çirkinlikləri də əlavə etmək olar.
Qısacası düz deyirsiz biz muhafizəkarıq, biz “humanist” deyilik, biz cəmiyyətdə zina, içki, narkotik kimi cinayətlər yasaqlanmalıdır deyirik. 

Və sonda sözüm sizədir, ey müsəlmanlar. Sizə iman nəsib edib bu pisliklərdən uzaqlaşdıran, qaranlıqlardan nura çıxaran Allaha çoxca şükür edin.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün