Peyğəmbərin (sallallahu aleyhi və səlləm) Mədinədə İslam toplumunu inşa edərkən bu 7 layihəni həyata keçirtidiyini görürük:

1. Məscid

11075268_10153037244712638_5265825411329624016_nMəscid İslam cəmiyyətinin qəlbi olduğu üçün Rasulullah sallallahu aleyhi və səlləm Mədinəyə ayaq basar-basmaz Kubada ilk məscidin təməllərini atmış, sonra Mədinənin içərisinə doğru gəlmiş, Nəccaroğulları məhəlləsində iki yetim uşağa aid olan ərazinin üzərinə dəvəsinin çökməsi ilə oranı da məscid olaraq inşa etdirmişdir. Altı ay davam edən inşaat nəticəsində tamamlanan bu məscid, Məscidi-Nəbəvi olaraq adlandırılmış və bura Mədinənin mərkəzi olmuşdur.1

2. Mənzil

mescidi-nebevi.-muhammed-doğan-çanakkale-savaşı-hikayeleriRasulullahın (sallallahu aleyhi və səlləm) qalacağı ev/evlər mənzil deyə adlandırılmışdır. Məscidin inşaatı bitənə qədər Rasulullah (sallallahu aleyhi və səlləm) Xalid bin Zeydin (radıyallahu anhu) evində qalmış, sonra özü üçün məscidə bitişik olaraq tikilən otaqlara keçmişdir. İlk günlərdə möminlərin anaları Sevda və Aişənin (radıyallahu anhumə) qalmaları üçün iki otaq şəklində tikilən bu evlər, daha sonraları Peyğəmbərin evinin sultanları olan analarımızın sayısı artıqca çoxalmışdır. Bu otaqları sadəcə yaşama məqsədli yerlər olaraq düşünməməli, İslam cəmiyyətinin qurulumasında hər biri bir məktəb kimi istifadə edilmələri unudulmamalıdır.

3. Məktəb

Evler_nasil_Daru8217ul_Erkam_olur_1Məktəbdən qəsdimiz, Rasulullahın (sallallahu aleyhi və səlləm) həm evsiz olan yoxsul Müsəlmanların qalmalarını təmin edəcək, həm də onların yetişməsinə zəmin olacaq Suffa`nı tənzim etməsidir. Əslində Suffa Məktəbi, Məkkədə qurulan Darul Ərkam-ın bir davamı mahiyyətindədir. Rasulullah (sallallahu aleyhi və səlləm) məscidi inşa edər-etməz, məscidin arxasını bu iş üçün ayırmış, az bir zaman içərisində 400 insanın təhsil alacağı yerə çevirilmişdir. İlk günlərdə atılan bu addım təlim və tərbiyə sahəsinin işin təməlində nə qədər önəmli yer tutduğunu anlamamız üçün önəmlidir.

4. Muahat (Qardaşlıq)

Kardeşlerinizle-Zaman-Geçirmek-İçin-8-Verimli-Yol-3camiye-gidinMuahat, Ənsar-Muhacir qardaşlığıdır. Qardaşlıq, İslam cəmiyyətinin mayası olduğu üçün Rasulullah (sallallahu aleyhi və səlləm) hər şeylərini Məkkədə buraxıb gələn Muhacirləri, iman adına yurdlarını bu Müsəlman qardaşlarına açan Ənsara qardaş edəcəkdi. Qaynaqlarımızın bizə verdiyi məlumatlara görə Məscidi Nəbəvinin inşaatı bitincə Rasulullah (sallallahu aleyhi və səlləm) Ənəs bin Malikə, Müsəlmanları ya Ənəsin anasının evinin önünə, ya Məscidin həyətinə çağırmasını istəyərək, gələn Müsəlmanlardan, İbn Sada görə 50 Muhaciri 50 Ənsara2 , Makriziyə3 görə isə 83 Muhaciri 83 Ənsara qardaş etmişdi. Beləliklə səhabələr arasında yeni bir ünsiyyət bağı qurmuş, bu da İslam cəmiyyətinin inkişaf prosesini sürətləndirmişdir.

5. Müqavilə

2785-1444736134-Siemens-Ve-Tuprastan-13-Yillik-Anlasma-Tarixdə Mədinə müqaviləsi adı ilə keçən bu önəmli addım, İslam Dövlətinin konstitusiyasıdır. Mərhum Muhamməd Hamidullahın da bildirdiyi kimi yer üzünün ilk konstitusiyası olma xüsusiyyətini daşıyan bu 47 maddəlik müqavilə4, həqiqətən üzərində durulacaq önəmli bir məsələdir. Yazılan bu müqavilənin 1-dən 23-ə qədər olan maddələri Müsəlmanlar, 24-dən 47-yə qədər olan maddələri isə Yəhudilər ilə bağlıdır. Rasulullah (sallallahu aleyhi və səlləm) bu müqavilə ilə məlum şərtlər çərçivəsində Yəhudilərin əllərində var olan siyasi üstünlüklərini nəzarət altına almış və o günə qədər  “Asdığım asdıq/kəsdiyim kəsdikdir” məntiqində olan Yəhudiləri də bu müqavilənin qaydaları çərçivəsində yaşamağa məcbur etmişdir.

6. İslam Ordusu

huneyn_1428561146Dövlət olmanın bir gərəyi olan ordunun qurulması məsələsi də ehmal edilmədi və İslam Cəmiyyətini inşa edərkən Rasulullah (sallallahu aleyhi və səlləm) bunun üçün də lazımı addımları atdı. İlk öncə Kəşfiyyat təşkilatı-nı xatırladan bir qrup qurdu. Başına Aşərəyi-Mubəşşirənin iki önəmli adı,  Talha bin Ubeydullah ilə Səid bin Zeydi (radıyallahu anhum) vəzifələndirdi. Onlar Mədinə ətrafında dolaşaraq, bölgədə baş verən hər şeydən Rasulullahı xəbərdar edirdilər. Bu addımın arxasından Həcc surəsinin 39-41-ci ayələri ilə döyüşə icazə verildi, beləcə səhabələr cihad meydanlarına çıxmağa başladılar. Əvvəllər kiçik birliklər halında olan bu səfərlər, daha sonralar böyüyərək ordulara çevrildi. Məqsəd, İslam ilə insan arasındakı süni/bəşəri maneələri aradan qaldırmaq, araya girən problemələri həll etmək idi.

7. Bazar

medine-carsisi-60-X-90-2005Mədinə bazarı və ya İlk İslam Bazarı, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) atdığı addımların ən önəmlilərindən bir idi. Atılan bu addım müsəlmanları, yəhudilərə asılı yaşamaqdan qurtararaq, sömürülməkdən və passiv bir halda yaşamaqdan, güclü və toplumda söz sahibi olacaqları bir mövqeyə onları gətirib çıxartmışdı.

Sonda Aləmlərin Rəbbi olan Allah Həmd olsun …


Dipnotlar:

1.Səmhudi, Vəfaul-Vəfa, c.1, s-334
2.İbn Sad, Tabaqat, c.1, s-238
3.Makrizi, İmtaul-Əsma, c.1, s-69
4.Muhamməd Hamidullah belə deyir: “Bu müqavilə ilk İslam Dövlətinin konistutsiyası olmasıyla bərabər, eyni zamanda yer üzündə bir dövlətin ortaya qoymuş olduğu ilk yazılı konstitusiya olma xüsusiyyətinə də sahibdir.” Muhamməd Hamidullah, İslam Peyğəmbəri, c.1, s-167


Bu məqalə “Gənc Muslim” Komandası tərəfindən hazırlanmışdır.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün