Qüds Nemətdir!

Rəbbimiz Allah, qullarına saysız nemətlər vermişdir. Bu nemətlərin qarşılığında isə qullarından, Özünə haqqı ilə iman etmələrini, Onun hökmləri ilə həyatlarını davam etdirmələrini istəmişdir. Allahın qullarına verdiyi ən böyük nemətlərdən biridə Qüdsdür.

Qüds, İbrahim aleyhissələmdən bu yana dünyanın ikinci müqəddəs, böyük və bərəkətli qılınmış məbədidir.
Allahu Təala ilk olaraq Qüdsü, Musa aleyhissələmin qövmünə vəd etmişdir. Fəqət onlar Qüdsün qiymətini təqdir edə bilmədilər və Musa əleyhissələmə Qüds üçün döyüşməyəcəklərini dedilər. Bundan dolayı Allah, onların üzərinə zillət damğası vurdu. Beləcə dünyada qırx il başıboş, zəlil bir halda gəzdilər. Ta ki, o nəsildən sonra Allaha haqqı ilə iman edən, Onun hökmlərinə boyun əyən muvəhhid yəhudilər yetişənə qədər. Allah onlara Qüdsün fəthini nəsib etdi. Amma çox keçmədən İsrailoğulları, Allahın onlara verdiyi bu nemətə də nankorluq etdilər və peyğəmbərlərinin ardından haqqı batillə qarışdırdılar.

Peyğəmbərlərini yalanladıqları yetmirmiş kimi bir çoxunu da öldürdülər. Lakin Allah, Qüdsü sadəcə Özünə tam olaraq təslim olmuş möminlərə vəd etmişdir. İsraioğulları isə tövhid dinindən uzaqlaşdılar, Allahın lənətini alaraq zəlil bir şəkildə Qüdsdən sürgün edildilər. Yəhudilər beş min ildən bəri Qüdsü təkrar ələ keçirmənin hesablarını etməkdədirlər.

Yəhudilərə görə bunu bacara bilməyin yolu Fələstin torpaqlarında nə bahasına olursa olsun gözlədikləri Məsihin gəlişini tezləşdirməkdir. Onlara görə Məsih, Qüdsə gəlib orada bir “Yəhudi Dövləti” quracaq və beləliklə yəhudilər də dünyanın tək hakimi olacaqlar. Bu qayələrə çatmaq üçün əbədi düşmənlari olan xristianlarla birləşməkdən çəkinməmişlər. Çünki ortaq düşmənləri möminlərdir.

Bəs, xristianlar nə üçün yəhudilərə dəstək verir və Qüdsü ələ keçirmələri üçün bütün imkanlarını səfərbər edirlər?

Çünki xristian aləminə görə Qüds, qərb sivilizasiyasının şərqdəki son qalasıdır. İsrail bir orta-şərq ölkəsi deyil, şərqdə yer alan qərbli bir ölkədir. Bu səbəbdən İsrailə yardım etmək demək, əslində qərb dünyasının öz mənfəətini qoruması deməkdir. Bunu etiraf edən hollandiyalı sağçı Azadlıq Partiyası sədri Geert Wilders: “Əgər Qüds müsəlmanların əlinə düşərsə, ardından Roma və Afina da düşər.” -deyərək yəhudilərə öz çıxarları üçün dəstək vermələri gərəkdiyini vurğulamışdır. Bu da bizə küfrün tək millət olub, haqqla davamlı mübarizə içində olacağını göstərməktədir. Qiymətini bilməyib nankorluq etmələri səbəbi ilə əllərində alınan Qüdsə yenidən sahib ola bilmək üçün bütün yolları sınamaqdadırlar amma nafilə.

Bəs, yəhudi və xristianlar üçün bu mənaya gələn Qüds, müsəlmanlar üçün nə məna ifadə edir? Müsəlmanların Qüdsə baxış bucaqları nədir ya da necə baxmalıdırlar?

Qüds, daha öncə də qeyd etdiyimiz kimi Rəhmanın mömin qullarına vəd etdiyi müqəddəs və bərəkətli torpaqlardır. Qüds, müsəlmanlar üçün sadəcə bir şəhər deyil. O, Rasulullah sallallahu aleyhi və səlləmin davam etdirdiyi haqq iddianın, özündən öncəki mərkəzi əsasıdır. Nəbilərin məkanı, möminlərim ilk qibləsi, Muhamməd sallallahu aleyhi və səlləmin meraca yüksəldiyi müqəddəs məkandır.

Qüds bizim imanımızdır, şərəfimizdir, dinimizdir, izzətimizdir, varlıq iddiamızdır. Qüds müqəddəsdir, çünki o, tövhidin simvoludur. Qüds, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin özündən öncəki yüz iyirmi dörd min peyğəmbərə imam olub namaz qıldırdığı yerdir. Yəni Allahın bütün peyğəmbərlərinin iddiasını Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə təslim etdiyi,  “Artıq səndən sonra heçbir peyğəmbər gəlməyəcək, İslamdan başqa heçbir din inasanlardan qəbul edilməyəcəkdir” – deyə elan etdiyi yerdir. Bu Allahın, Ümməti Muhammədi yer üzünün tək sahibi qıldığı, xilafətin möminlərdə olduğunun təsdiqidir. Qüds yüz iyirmi dörd min peyğəmbərin bizə mirasıdır. Biz haqq iddianın varisləri olaraq Allahın hökmünü yer üzünə hakim qılacaq olan ümmətik. Rəbbimizin bu müqəddəs iddia üçün bizi seçməsi bizə lütf etdiyi ən böyük nemətlərdəndir. Hər nemətin şükrü isə öz cinsindən olmalıdır.

Allahın kainata hakim olun deyə verdiyi Qüdsümüzü Ərəb-İsrail problemi olaraq görmək bu nemətə ediləcək ən böyük nankorluqdur. Bunu bəyənməmək, qiymətini təqdir edə bilməməkdir. Lakin Qüdsdə bir torpaq mübarizəsi deyil haqq-batil mübarizəsi verilməktədir. Bu səbəbdəndir ki, yəhudi və xristianlar Qüdsdə fələstinli möminlərlə deyil Allahın yer üzərindəki xəlifələri ilə döyüşməktədirlər. Və onlar bununla yer üzərinin imamətini (hakimiyyətini) müsəlmanların əlindən almağı planlamaqdadırlar. Onun üçün bizim Qüdsə baxış bucağımız iki şəkildədir. Birincisi imani baxışdır ki, bu Allahın bizi seçib yer üzərinin xəlifələri qıldığına, buranın abadlığı ilə vəzifələndirdiyinə olan inancımızdır. İkincisi isə bu imanımızı həyata yansıdacaq olan əməli baxışımızdır. Yəni biz bu gün nə etsək Qüdsü yenidən fəth edə bilərik, Allahın bizə verdiyi bu nemətə nankorluq etməyib, israil oğullarının düşdüyü səhvə düşmərik. Çünki Allah onları yer üzərinin xəlifələri qılmışdı lakin onların buna nankorluq etmələri nəticəsində zillət içində yer üzərində başıboş buraxmışdı.

Demək ki, bizim Allahın nemətinə şükr edə bilməyimiz üçün Qüdsümüzə sahib çıxmağımız lazımdır. Bunu necə edəcəyimizi də yenə Rəbbimizdən öyrənirik. Rəbbimiz Qüdsü ancaq Özünə xalis olaraq iman edənlərə vəd etdiyini buyurmaqdadır. Demək ki, bizim ilk öncə tam bir təvəkküllə Rəbbimizin dininə; Quran və Sünnəyə təslim olmaq gərəkdir. Quran və Sünnəni həyatımızın mərkəzi halına gətirmək məcburiyyətindəyik. Quran dadında bir İslam birliyi quraraq ədaləti yer üzərinə hakim qılmalı, sanksiya gücü olan bir İslami quruluş yaratmalıyıq. Möminlərin məsuliyyət sahələrinin sadəcə öz kənd və şəhərlərindən ibarət olduğu səhvindən qurtulub bütün kainatdan məsul olduqları gerçəyi  ilə üzləşmələrini təmin etməliyik.

Müsəlmanların işçi deyil,  müdir vəziyyətinə gəlmələri üçün bütün dünya müsəlmanları olaraq güclərimizi birləşdirib ortaq bir bazarla qərbə meydan oxumaq “Bu iş necə olacaq?” sualının konkret cavablarından biri ola bilər məsələn. Beləcə maddi və mənəvi tərəfdən güclənən İslamın hər cür sözü demə haqqı doğacaqdır.

Biz Ümməti Muhammədik. Sadəcə bir kəndin, bir ölkənin ümməti deyilik. Kainat çapında bir birliyi və inkişafı bacardığımızda Allahın izni ilə heç bir güc qarşımızda dura bilməyəcəkdir. Ümmətimizin içində olduğu bu sıxıntılar, Qüdsün fəthinin şəfəqinə işarədir.

Yetər ki biz, Allahın nemətlərinə nankorluq etməyib şükrünü haqqı ilə edə bilək.

_______
Müəllif: Fatma Kara / ElifElif Dərgisi “Bayram, Eğlence ve Tatil Ahlakımız” Yaz Sayısı (2015/1436)
Tərcümə: Gənc Muslim

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün