Qədr gecəsi

Qısa bir müddət əvvəl rəhmət ayı Ramazana çatmanın dinclik və xoşbəxtliyini birlikdə yaşadıq. İndi vəda vaxtı bərəkəti və məğfirətiylə evlərimizə və könüllərimizə qonaq olan on bir ayın sultanı, bu günlərdə bizə vəda edir. Bir tərəfdən də Ramazanı Şərifin ürəyi olan mübarək Qədr Gecəsinə qovuşmanın dinclik və xoşbəxtliyini yaşayırıq. Qurani-Kərimdə bu gecəyə müstəqil bir surə təsis edən Uca Rəbbimiz, gecənin dəyərini də ən gözəl şəkildə şəxsən özü vəsf etmişdir. Hər il qədrimizi ucaltmaq üçün Rəbbimizdən bir hədiyyə kimi gələn Qədr gecəsinin izah edildiyi bu surədə Allah subhənahu və təalə belə buyurur:

Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik. Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!) (Qədir sursəi -1-5)

Bu surədə olan hikməti qısaca açıqlayacaq olsaq belə açıqlayarıq:

1- Qədr Gecəsini qiymətli edən, onun Uca Quranın ilk nüzuluna şahid olmasıdır. Qədr Gecəsinin qədrini ucaldan, Əziz Quranın rəhmət yüklü və universal mesajlarının bu gecə enməyə başlamasıdır. Bu səbəblədir ki, Qədr Gecəsinin dəyərini, qədrini, ucalığını, böyüklüyünü və mübarəkliyini insanlığı zülmətdən qurtaran Kərim Kitabımızda axtarmalıyıq. Və bu gecə dünya səmasına enən Quranı yenidən ürəyimizin səmasına endirməliyik.

2- Qədr Gecəsinin, möminlərə hər il ömürlük bir fürsət təqdim etməsinin. Rəbbimiz, ömürə əvəz bu gecəni, möminlərə bir rəhmət qapısı, bəxş etmişdir. Səhv və günahlarımızdan, qüsurlarımızdan tövbə edərək Rəbbimizin razı olacağı şəkildə bir ömür sürməyə əzmetməkdir.

3- Üçüncü olaraq isə, Allahın mələklərinin, Qədr Gecəsində yer üzünə salam və əmin-amanlıq gətirmək üzrə enmələridir. Bu möhtəşəm hadisə, Cənabı- Haqqın biz möminlərə çox böyük bir ikramı, lütfkarlığı və lütfü olaraq hər il təkrar etməkdədir. O halda Qədr Gecəsini əhya etmək üçün Quranın sülh və əmin-amanlıq mesajlarına qulaq verməliyik. Bu mesajları yer üzündə suveren etmək üçün səy göstərməliyik.

Başqa cəhətdəndə Qədir gecəsini belə açıqlaya bilərik:

Qədr gecəsi, insanlığın üfüqündə bir günəş kimi doğan Qurani-Kərimin enməyə başladığı bir gecədir. O Quran ki, haqq ilə batili, gözəl ilə çirkini ayıran açıq bir dəlil və öyüd-nəsihətdir.

Qədr Gecəsi, Uca Rəbbimizin, Hz. Muhəmmədin –sallallahu aleyhi və səlləm-ümmətinə ən böyük lütflərindən biridir. Qədr Gecəsi, yalnız bir gecə olmasına baxmayaraq, Qurani-Kərimin ifadəsi ilə”Min aydan daha xeyirlidir.”

Qədr gecəsi, ta səhərə qədər tövbələrin qəbul edildiyi, ilahi bağışlamanın möminlərə çatdığı bir qurtuluş gecəsidir. Qədr gecəsi, Peyğəmbər Əfəndimizin ifadəsiylə, “Hər kim, Qədr gecəsini imanlı bir könüllə və savabını yalnız Allahdan ümid edərək ibadətlə keçirərsə, keçmiş günahları bağışlanar” hədisiylə müjdələdiyi bir gecədir.

Qədr gecəsi, Hz. Aişə Anamızın: Ya Rəsulullah, qədir gecəsinə rast gəldiyim zaman necə dua edim? Sualına, Allah Elçisi “Allahım, şübhəsiz Sən bağışlayansan, bağışlamağı sevirsən; məni də bağışla ” şəklində dua edilməsini tövsiyə etdiyi bir gecədir.

Qədir gecəsini necə keçirməliyik sualına cavab olaraq isə belə deyə bilərik:
Rəsulullah – sallallahu əleyhi vəsəlləm- Ramazan ayının son on günündə ki namaz, tilavət və duadakı əməlləri ramazan xaricindəki əməllərindən daha çox idi.

Buxari və Müslim rəvayət etdiyi hədisdə Aişə -radiyallahu anhə- belə deyir:

Rəsulullah -sallallahu əleyhi vəsəlləm- Ramazanın son on gününə girdiyi zaman gecələri ibadətlə canlandırar, ailəsini oyandırar və ətəyini yığıb bütün ciddilik və həyəcanıyla ibadətə yönəldərdir. Əhməd və Muslimin rəvayətində isə: (son on gündə ibadətlə məşğul olduğu qədər başqa günlərdə məşğul olmazdı)

Rəsulullah sallallahu əleyhi vəsəlləm Qədr gecəsini imanla və ixlasla savabını Allahdan gözləyərək əhya edilməsinə təşviq etmişdir.

Ramazan ayından müəyyən bir gecəni qədr gecəsi kimi müəyyən dəlil tələb edir ancaq son on gecənin təkli gecələri digər gecələrdən daha ehtimallidir. 27-ci gecə isə digər gecələrdən daha ehtimallidir. Çünki bu mövzuya işarət edən bir sıra hədislər mövcuddur.

Allah Azzə və Cəllə bizləri Qədir gecəsini imanla və ixlasla savabını Allahdan gözləyərək əhya edən qullarından etsin!

Firudin Babaoğlu

Bu məqalə Gənc Muslim komandası tərəfindən hazırlanıb. İstifadə edərkən isnad göstərilməsi mütləqdir.

Yazını paylaşın və fikirlərinizi bizimlə bölüşün..

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün