Peyğəmbəri  ﷺ sevdiyinizi göstərən 7 əlamət

Məhəbbəti ölçmək çətindir; o, dinamikdir, gözəldir, təhlükəlidir, acıdır, şirindir və mücərrəddir. O, sizi xoşbəxtliyin ən yüksək zirvəsinə apara bilər, həm də sizi qaranlıq uçurumunun ən dibinə də sala bilər.

Bir insanın həyatında məhəbbət fərqli formalarda və müxtəlif dərəcədə yaşana bilər, lakin sevginin elə bir növü vardır ki, möminin qəlbində daimi olaraq qalar – bu Allahın elçisi Muhamməd Peyğəmbərə  ﷺ olan məhəbbətdir.

Aşağıdakı məqalədə göstərildiyi kimi, Muhamməd Peyğəmbəri  ﷺ sevmək üçün çox səbəb var, lakin bundan əvvəl gəlin bir möminin Sevgili Peyğəmbərimizə ﷺ sevgisini artıracaq, qəlblərimizə toxunan bir hədisi xatırladaq, hansındakı möminlərin anası Aişə (radiyallahu anhə) demişdir:

«Peyğəmbəri  ﷺ xoş ovqatda olduğunu görərkən ona dedim “Ey Allahın Rəsulu! Mənim üçün Allaha dua et!”

O da dedi “Allahım! Aişənin keçmiş və gələcək, gizli və aşkar etdiyi günahlarını bağışla.”

Mən təbəssüm etdim və sevinərək başımı Allah Rəsulunun dizi üstünə qoydum.

Allahın Rəsulu mənə dedi: “Mənim duam səni sevindirdi?” Mən cavab verdim ki, “Sənin duan necə məni sevindirməyə bilərdi?”

O da, “Allaha and olsun ki, belə duanı mənim ümmətim üçün hər ibadətimdə edirəm.” dedi.»

(Tirmizi)

Sevgili Peyğəmbərimiz  ﷺ hər dəfə səni öz dualarında xatırlayırdısa, sən necə onu sevməyə bilərsən ?

Peyğəmbər  ﷺ bizim özümüzdən də çox bizim haqqımızda qayğılanırdı; o bizi özümüzdən də çox sevirdi. Ümməti haqqında daima dua etməsi, Allahın sözünü çatdırmaq üçün 23 il ərzində mücadilə aparması bunun bir isbatıdır. Buna baxmayaraq biz yenədə öz ruhumuzun sağlamlığı haqqında düşünmürük..

Muhamməd Peyğəmbəri  ﷺ sevdiyimizi özümüzə və başqalarına deyə bilərik, lakin gəlin bunun öz üzərimizdəki bəzi əlamətlərə uyğun olub-olmaması ilə yoxlayaq və isbatlayaq:

1. Ona ﷺ oxşamaq və onun kimi olmaq

Ətrafımızdakı insanların özünü geyimi ilə, saç düzümü ilə, davranışı ilə, danışığı ilə tanınmış idmançılara, kino ulduzlarına və digər məşhurlara oxşatmasını tez-tez görə bilərik.

Yəqin ki, Peyğəmbərimizi  ﷺ sevməyimizin ən böyük əlaməti, bizim həyatımızı onun həyatına oxşatmaqdır. Məşhur aforizmdə deyilir ki: “Sizin əməlləriniz sizin sözlərinizdən daha uca danışır”. Beləliklə də, əgər siz Peyğəmbəri  ﷺ sevdiyinizi iddia edirsinizsə, onda sizin Onu təqlid etməyiniz iddianızın əsaslı olduğunu göstərəcəkdir. Bununla demək olar ki, siz nə qədər səmimi və düzgün şəkildə Peyğəmbərin  ﷺ hərəkətlərini təqlid edirsizsə, o qədər də sizin ona sevginiz böyükdür.

Yəqin ki, ən böyük problemlərdən biri də, imanı güclü olan şəxsin mənəvi dəyişikliyə uğrayarkən, Peyğəmbərin  ﷺ sünnətini bəzi sahələrdə qoruyub tətbiq etməyə çalışmasıdır, lakin bununla yanaşı da Peyğəmbərin  ﷺ tərzinə tamamilə laqeyd olmasıdır. İmanın bir parçası da Peyğəmbərin ﷺ yolu ilə getməkdir. Bununla da, əgər siz Allah Rəsulunu  ﷺ təqlid etmək istəyirsinizsə o zaman fiqhi məsələlərlə yanaşı onun davranış tərzini özünüzdə təcəssüm etdirin.

Fəaliyyət bəndi:

Özünüzdən soruşun:

  • Mənim qərarlarım Peyğəmbəri  ﷺ təqlid edən müsəlmanı əks etdirirmi?
  • Mənim davranışlarım nəyi əks etdirir?
  • Valideynlərimlə, həyat yoldaşımla, cəmiyyətin üzvləri ilə, rəhbərliyimlə və mənə tabe olan işçilərlə, müsəlmənlarla və müsəlman olmayanlarla necə davranıram?

2. Onun  ﷺ həyatını öyrənmək

Siz kimisə sevəndə o insanın fərdi hərəkətlərini, dediklərini və həyat tarixçəsini öyrənirsiniz. Səhabələrdən çoxu uşaqlarını lap erkən yaşlarından, digər fənnlərdən əvvəl Peyğəmbərin ﷺ həyatı haqqında öyrətməyə çalışırdılar.

Hər bir müsəlman bacardığı qədər Peyğəmbərin ﷺ həyatını, onun mərhəmətini, sevgisini, şəqfətini, fədakarlığını, danışığını, ədəbli davranışığını, ümmət haqqında qayğısını, Uca Allahın sözlərini insanlara çatdırmaq üçün hansı çətinliklərlə qarşılaşdığını öyrənməlidir. Peyğəmbərin həyatı (Sirə) mövzusunda kitabların oxunması və yaxud video dərslərə baxılmasını tövsiyyə edirik.. Lakin hər kəs ən azından bir əsasların öyrənilməsinə çalışmalıdır.

Bir insanı sevirsinizsə onu necə öyrənməkdən yan keçə bilərsiniz? Bir çoxumuzun bu sualı cavabladırmağımız lazımdır və həqiqət ondan ibarətdir ki, Peyğəmbəri  ﷺ nə qədər çox seviriksə, o qədər də onun həyatını araşdırmağa həvəsli olacağıq. Danılmaz fayda ondan ibarətdir ki, onun həyatının araşdırılması bizim ona sevgimizi artıracaq.

Fəaliyyət bəndi:

Əgər Sirə mövzusunun əsaslarını hələ araşdırmamısınızsa o zaman, ailənizlə və yaxud tək olaraq buna başlayın. Əgər araşdırmısınızsa o zaman daha yuxarı mərhələyə keçin.

3. Onun ﷺ çatdırdığını öyrənmək

Muhamməd Peyğəmbər  ﷺ Allah subhənəhu və təalənin insanlara ən böyük hədiyyəsi olan Quranla göndərilmişdir.

Beləliklə, Peyğəmbəri  ﷺ sevməyimizin bir əlaməti də onun təbliğ etdiyini anlamaq, həyata keçirmək, öyrənmək, ona istinad verməkdi. Quran hər bir zülmət üçün nurdur, hər xəstəliyə dərmandır, hər səhifəsi bir çarədir və o bizə Peyğəmbər  ﷺ vasitəsi ilə bizim bu və bundan sonrakı həyatımızda səadatəmiz üçün çatdırılmışdır.

Fəaliyyət bəndi:

Az miqdarda olsa da belə gündəlik olaraq Quran oxuyun və burada davamlılıq əsasdır. İstinadlarınıza təfsirlə əlaqələndirin, daha ətraflı anlayış, konsentrasiya və tətbiq etməniz olsun.

4. Ona  ﷺ salavatın göndərilməsi

“Allahummə salli ‘alə Muhamməd” deyilməsi Allahdan sevimli Peyğəmbərimiz  ﷺ üçün onun üzərinə salamatlıq və mərhəmətin göndərilməsini istəməkdir və siz hər dəfə bunu deyərkən Allah subhənəhu və təalə də sizin həyatınıza on qat mərhəmət və şəfqət göndərər.

Peyğəmbərimiz ﷺ demişdir:

«Kim mənim üçün bir dəfə salavat gətirsə, Allah bunun sayəsində ona on dəfə salavat gə­tirər!»

(Muslim)

Əlavə olaraq, hər dəfə salavat göndərərkən Peyğəmbərə  ﷺ təhkim edilmiş mələk sizin dualarınızı ona çatdırır.

Peyğəmbər ﷺ demişdir:

«Doğrudan da, Allahın yer üzünü gəzib-dola­şan mələkləri vardır ki, ümmətimdən mənə sa­lam çatdırırlar!»

(Nəsai)

Nəhayət nə qədər çox salavat göndərsəniz qiyamət günündə də ona o qədər yaxın olacaqsınız.

Fəaliyyət bəndi:

Səhər və axşam 10 dəfə salavat gətirməyə özünüzü alışdırın və çalışın ki, bu vərdişi artırasınız, ələxsus da Onu  ﷺ yada salanda və onun adı çəkiləndə.

Peyğəmbər ﷺ demişdir:

«Xəsis o kəsdir ki, yanında xatırlandığım za­man mənə salavat gətirmir!»

(Tirmizi)

5. Onun  ﷺ sevdiklərini sevmək

Buna həftənin birinci və dördüncü günləri (bazar ertəsi və cümə axşamı) oruc tutmaq, gecə namazı, nafilə ibadətlər, misvak istifadə etmək kimi və ağ geyim geyinmək kimi sünnətlər daxildir. Buna həmçinin onun nəvələri Həsən və Hüseyni, qızı Fatiməni, Əlini, Əbu Bəkri, Öməri, Osmanı, Peyğəmbərin  ﷺ zövcəsi Aişəni, digər bütün ailə üzvləri və səhabələri kimi insanları sevmək də aiddir.  Allah onların hər birindən razı olsun!. Bu onu sevdiyini iddia edənlər üçün çox yaxşı göstəricidir, çünki, Onun ﷺ sevdiyi insanlar haqqında yalanlar uyduran və bu yalanlara inanan insanlar vardır.

6. Onu ﷺ xatırlamaq və onunla olmağı arzulamaq

Siz kimisə sevəndə, onun haqqında çoxlu düşünürsünüz. Peyğəmbəri  ﷺ nə qədər çox sevsəniz ona doğru o qədər çox yönələcəksiniz, ona çox yönəldikcə onunla Cənnətin ən yüksək mərtəbəsində qovuşmaq üçün daha çox dua edəcəksiniz.

Fəaliyyət bəndi: Gündəlik dualarınıza Peyğəmbərlə  ﷺ bir yerdə olmağı da daxil edin.

7. Onu ﷺ sevməyə və təqlid etməyə digərlərini təşviq etmək

Bir insanı sevməyinizin əlamətlərindən biri də digər insanların bu insan haqqında bilməyini istəməyinizdir, ələxsus da bu insan sizə yegənə xilas və səadət vasitələrini verəndə. İnsanları əyləncələrə, istirahətə təşviq etmək çox asandır, biz mənəvi cəhətdən böyüyəndə isə bəzən digərlərini də buna təşviq etməyi unuduruq. Mömin şəxs o şəxsdir ki, digərələrinə də Peyğəmbərin ﷺ həyatını öyrənməyə təşviq edir və bu da Peyğəmbəri ﷺ sevməyin ən aydın əlamətlərindən biridir.

Fəaliyyət bəndi: Bu məqələni paylaş ki, Allah digərlərinin də Peyğəmbərə ﷺ olan sevgisini  artırsın. Həmçinin siz, dost və tanışlarınızı, müsəlman qardaş və bacılarınızı da Peyğəmbərin ﷺ həyatını öyrənməyə təşviq edin.

Ey Allahım! Salavat və Salamın Muhamməd Peyğəmbərə, onun ailəsinə və onun ardıyca gedən bütün insanlara olsun!

 


Bu məqalə muslimmatters.org saytından götürülərək “Gənc Muslim” Komandası tərəfindən tərcümə edilmişdir.

Saytımızdakı paylaşımlardan yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün