Nikbinliyi Ruhlandırmaq üçün Peyğəmbərin ﷺ 12 Kəlamı

78

O əzəli xütbəni (Qur`anı) oxuyan Zat, kainatın yüksək qiymətlərini kəşf edən canlı bir günəşdir.

Bax əbədi səadəti xəbər verir və müjdələyir. Nəhayətsiz rəhməti kəşf etmiş, elan edir. Allahın kainatdakı səltənətinin gözəlliklərinin elan edicisi və Allahın isimlərinin gizli xəzinələrinin kəşşafıdır, kəşf edir.
.
Bəli! O Zat (aleyhissalatu vəssəlam) vəzifə etibarilə, haqqın bürhanı (dəlili), həqiqətin işığı, hidayətin günəşi, səadətin vəsiləsidir.

Şəxsiyyəti və mahiyyəti cəhətilə, Rahman olan Allahın sevgisinin misalı, Allahın rəhmətinin nümunəsi, yaradılış ağacının ən qiymətli və ən dəyərli meyvəsidir. Təbliğ etdiyi dini möhtəşəm bir surətdə şərq və qərbi əhatə etmiş, bəşəriyyətin beşdə biri dinini qəbul etmişdir.

Onu ﷺ tanımayan və Onun ﷺ həyatını araşdırmayan insanlar düşünürlər ki, Muhamməd Peyğəmbərin ﷺ həyatı neqativ və şiddətli mesajlardan ibarətdir. Qiyamət günü və cəhənnəm odunu xatırladan kəlamlarını söyləyərkən, Onun ﷺ müjdələri və səmərəli işlər haqqında olan mesajlarına məhəl qoymurlar.

Axı Peyğəmbərin ﷺ missiyasına Allah tərəfindən belə bir vəsf verilib:

Ey Nəbi! Şübhəsiz ki, biz səni (insanların hallarına) bir şahid, bir müjdəçi(eyni zamanda) bir qorxuducu olaraq göndərdik.(Biz Səni) həm də Allahın izni ilə Ona tərəf çağıran və (bütün kainatı) nurlandıran bir çıraq kimi göndərdik.
əl-Əhzab, 45-46

Muhamməd Peyğəmbər ﷺ onun ətrafında olanlar üçün bir ümid mayakı idi. Onun daim işıldayan təbəssümü ətrafa nikbinlik yayırdı. Onun sözləri, istər müjdələyən istərsə xəbərdar edici olsun, daima pozitiv əməllərə həvəsləndirirdi.

Bu məqalədə hər zaman nikbinliyimizin və məhsuldarlığımızın saxlanılmasına yönəlmiş Peyğəmbərin ﷺ bir sıra mesajlarını seçmişik.

1.  Xoş xəbərin daşıyıcısı ol!

Müjdələyin, nifrət etdirməyin. Asanlaşdırın, çətinləşdirməyin
Əbu Davud