Nəzər, Ərəbcədə (عاَنَ- يَعِينُ) kəlməsindən gəlməkdə və (إِذَا أَصَابَهُ بِعَيْنِهِ) “gözü ilə bir şeyə isabət etdi” deməkdir. Bu kəlmənin əsli, bir şeyə baxan kimsənin o şeydən xoşlanması, o şeyin özünün xoşuna getməsi, sonra pis nəfsinə uyaraq nəzər etdiyi şeyə zəhərini keçirməsi üçün baxışından kömək istəməsidir.

Necəki Allah Təalə, Peyğambərə –sallallahu aleyhi və səlləm- həsədçinin şərrindən özünə sığınmasını əmr edərək belə buyurmuşdur:

“Və həsəd etdiyi zaman həsədçinin şərrindən…” (Fələq surəsi: 5)

Buna görə hər nəzər edən (göz dəydirən), həsədçidir. Amma hər həsədçi, nəzər edən (göz dəydirən) deyildir. Dolayısyla həsədçinin vəziyyəti, nəzər edən kimsədən daha ümumi olduğda, həsədçinin şərrindən Allah Təaləyə sığınmaq, eyni zamanda nəzər edən kimsənin şərrindən Allah Təaləyə sığınmaq lazım olmuşdur. Nəzər (göz dəyməsi), həsədçinin və nəzər edən kimsənin nəfsindən, həsəd edilən və nəzər edilən kimsəyə doğru çıxan, kimi vaxt ona isabət edən, kimi vaxt da ona isabət etməyən bir oxdur. Əgər nəzər edilən kimsə, qoruma və müdaifəsiz isə, nəzər oxları özünə isabət etdiyində ona təsir edər. Yox əgər qorunmuş isə, oxlar özünə keçməz və ona təsir etməz. Bəlkə də oxlar, sahibinə geri dönər.”
Göz dəyməsindən əvvəl ondan çəkinmək və tədbirini almaqda bir problem yoxdur və bu hərəkət, Allah Təaləyə təvəkkülə tərs gəlməz, əksinə bu hərəkət təvəkkülün özüdür. Çünki təvəkkül, Allah Təalənin halal etdiyi və əmrt etdiyi səbəblərə bağlanaraq ona etimad edib dayanmaqdır.

Necəki Peyğambər -sallallah aleyhi və səlləm- Həsən və Hüseynin -radiyallahu anhum- üzərinə oxuyar və belə deyərdi:

“İkinizi hər cür şeytandan, zəhərli heyvandan və nəzər edən gözdən, Allahın nöqsansız sözlərinə (adlarına, sifətlərinə və Quran ayətlərinə) sığındırıram. (Tirmizi (2060). Əbu Davud (4737)

Peyğambər -sallallahu aleyhi və səlləm- başqa hədisində belə buyurub:

“İbrahimdə -əleyhissalam- (oğulları) İshaq və İsmailin (üzərinə oxuyaraq) beləcə Allahın nöqsansız sözlərinə ( adlarına, sifətlərinə və Quran ayətlərinə) sığındırırdı.” (Buxari, 3371)

Nəzər və həsədin müalicəsinə gəldikdə isə, Azərbaycanda da, yayğın olan göz muncuqları, at nalı, heyvan başları və.s vasitələr insanı nəzərdən qorumur. Bunlar yalnız xurafatdır. Heç şübhə yoxdur ki insan, Allaha nə qədər yaxın olsa, Onu zikr etməyə davam edərsə və Quran oxuyarsa, nəzər və digər bəlalardan , insan və şeytanların əziyyətindən o qədər uzaq olar.

Peyğambər -sallallahu aleyhi və səlləm- özünü qorumaq üçün müxtəlif yollara baş vurardı. Müsəlmanın, özünü şeytanın şərrindən qorumasının ən böyük və önəmli yolu, Allahın kitabı Qurani-Kərimi oxumasıdır. Bunların başında Fələq, Nəs və Fatihə surəsi ilə Ayətul-Kursi gəlir.

İnsanın, sabah-axşam və yuxudan əvvəl edilən dua və zikirlərlə digər dua və zikirlərə davam etməsinin, insanı nəzərdən qorumada böyük rolu və önəmi vardır. Çünki bu dua və zikirlər, Allah Təalaənin izniylə onun üçün bir sığınaq və qala məsabəsindədir. Bu səbəblə insanın bu dua və zikirləri etməsi lazımdır.

Nəzərin ən önəmli müəlicə yollarından biridə Peyğambərin -sallallahu aleyhi və səlləm- icazə verdiyi və edilməsini əmr etdiyi ruqiyyədir.

Aişədən -Allah ondan razı olsun- rəvayət edildiyinə görə o belə demişdir:

“Rasalullah -sallallahu aleyhi və səlləm- mənə vəya (bilən birinə) nəzərə (göz dəyməsinə) qarşı ruqiyyə etdirməyi əmr etdi.” (Buxari, 5297).

Bu məqalə Gənc Muslim komandası tərəfindən hazırlanıb. İstifadə edərkən isnad göstərilməsi mütləqdir.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün