İnsan çox qəribə məxluqdur .

Saysız hesabsız insanları öldürməkçün yola çıxar , amma yolda qarşısına çıxan bir canlının ölməməyi üçün onu mühafizə altına alar . Araşdırsaz görərsiz ki , hətta ən qəddar , ata – anasını belə gözünü qırpmadan öldürmüş killerlər belə evində balıq , pişik , quş kimi canlı saxlayır və ona həddindən çox şəfqətli davranır . Məxluqatın ən üstünü olan insana Allah ən üstün dəyər verdiyi halda , insan insana dəyər vermir . İnsana dəyər verməməsi bir yana insan özünə dəyər vermir . Dəyər versə , insanı heyvandan fərqləndirən ən önəmli üstünlüyün ağlı olduğunu və bu ağlın da nəfsə tabe olmadığını anlayar . Məsələn , bir heyvan cütləşmək üçün gizlin yerə ehtiyac duymaz , təbii ehtiyacları üçün ayaqyoluna ehtiyac duymaz . Çünki onun nəfsi var , ağlı yoxdur . İnsansa belə deyil . İnsan nəfsinə ağlı vasitəsi ilə hökm etməlidir . Hökm etməlidir ki , heyvandan fərqli və üstün olduğu bilinsin . İctimai yerdə nə cütləşməməlidir , nə də təbii ehtiyacını qarşılamamalıdır . İnsan düşünüb doğrunu tapdıqca və o doğrular üzrə yaşadıqca üstün varlıqdır . Kefim istədiyi kimi yaşayıram deyə bilməz . Ən azı o kefi istədiyinin doğru olduğunu isbat etməlidir . Məsələn , yaradılış etibarı ilə kişi qadına , qadın da kişiyə möhtacdır . Onlar birlikdə olarsa bütünləşərlər . Bu bütünləşmədən də yeni meyvə olan insanlar dünyaya gələr . Bu doğruluğunda şübhə olmayan bir həqiqətdir . Bir qadın və kişi kefimiz istəyir evlənirik deyərsə buna ağıl sahibi olan heç kəs qarşı çıxa bilməz . Lakin iki kişi və iki qadın kefimiz istəyir deyə biri birimizlə evlənirik deyərsə , ya bunun doğru olduğunu isbat etməlidir , ya da doğru olmadığını etiraf edib , nəfsinə uyaraq heyvandan aşağı olduğunu qəbul etməlidir . Kişinin kişi ilə , qadının qadın ilə evliliyi yaradılışa zidd olduğu üçün bu cütləşmənin meyvəsi olmaz . İnsanlıq artmaz . Düşünün ki , ilk insanlardan etibarən belə bir cütləşmə növü olmuş olsaydı , bugün bizlər həyatda olmazdıq . Bugün insanların şüuruna istədiyin kimi yaşa , sən azadsan şüarlarını yerləşdirərək bu tip alçaldıcı hərəkətlərə yönləndirirlər . Məqsədləri isə bəllidir . Özlərinin nəslindən olmayan bütün insanlar yox olsun . Araşdırsaz görərsiniz ki , bu hərəkətləri təbliğ edən və dəstək verənlər öz soylarından olanları bundan çəkindirirlər . İnsanlara azadlıq nağılı danışan hər kəsin məqsədi budur . İnsan Allahın qanunları çərçivəsində yaşadığı müddətcə azaddır . Onu yaradanın qanunları ona ancaq və ancaq fayda verər . Allah yaratdığından mənfəət güdməz . Çünki mənfəət ehtiyac sahibləri olan yaradılmışlara məxsusdur . İnsanlara azadlıq nağılı danışanlar isə ancaq bu azadlıqdan mütləq ki , mənfəət güdürlər . Sən azadsan deyib qadınları moda adı altında çılpaqlaşdırırlar , qadınları istədiyi kişiyə hə dedizdirərək pulsuz xidmət verən fahişə edirlər , qadınların fiquralarını bəhanə etdirərək qısırlaşdırırlar . Qadına yeritdikləri azadlıq qadın üçün deyil , qadını rahat şəkildə əldə etmək istəyənlər üçün azadlıqdır . Bir vaxtlar mübahisə edən kişilərin önünə örpəyini açıb ataraq onları mübahisədən çəkindirən qadınların yaşadığı torpaqlarda bugün sən kimsən axı mənim geyindiyim şortikə əks fikir bildirirsən fikirləri yüksəlir . Şüurumuza bunları yeridənlər , şüurumuza bu fikrə qarşı çıxmağı geridəqalmışlıq kimi yeridirlər . Əgər onların istədiyi kimi yaşayaraq inkişaf edəcəyiksə , yerə batsın bu inkişafımız…

 

Məqalə Gənc Muslim komandası tərəfindən tərcümə edilmişdir. İstifadə zamanı Gənc Muslim saytına isnad göstərilməsi mütləqdir.

Fikirlərinizi bizimlə bölüşün və yazını paylaşmağı unutmayın.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün