Əməlisaleh bir xanım ətrafına gözəllik saçan bir çiçəkdir. Xanımlar üçün Allaha qulluqdan sonra ən mühüm vəzifə, ərlərini və ailə üzvlərini məmnun etməkdir.

”Kişinin qəlbinə gedən yol mədəsindən keçir” zərbi məsəlini nəzərə alaraq müsəlman xanımların mətbəxlərində aşağıdakı xüsuslara riayət etməsi tövsiyə olunur.

1. Dəstəmazlı olmaq

Müsəlman xanım dəstəmazlı bir şəkildə mətbəxə girər. Çünki dəstəmaz duyğu kontrolunu təmin edər.

2. Bismilləh sözü ilə başlamaq

İşlərinə “Bismilləh” yəni Allahın adıyla  – deyərək başlayar.

3. İsrafdan çəkinər

“…Yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!”

(Əraf surəsi, 31)

Meyvə və tərəvəzi incə şəkildə doğruyar. Onları axar su əvəzinə qabda yumağa üstünlük verər.
4 nəfərlik bir ailədə meyvə və tərəvəz bu şəkildə yuyalarsa ildə ortalama olaraq 18 ton suyun israfdan qurtarılmasına vəsilə olar.

4. Pintilikdən uzaq durar

Mətbəxində təmizlik və səliqə hökm sürər.

“Allah da pak olanları sevir.” (Tövbə surəsi, 108)

Allah Rasulu -sallallahu aleyhi və səlləm- belə buyurmuşdur:

“Təmizlik imanın yarısıdır” (Muslim, Tirmizi)

5. Bişirdiyi yeməklərin Allahın bir neməti olduğunun şüurunda olar

6. Yeməyi bişirərkən zikir və dua ilə bişirər

Belə olduqda halı bişirdiyi yeməyə sirayət edər ki, bu da yeyən insanın mədəsini doldurduğu kimi, ruhunu da doldurar.

7. Yeməyi təqdim etmə şəklinə diqqət edər

Yeməkləri düzəcəyi masanı xüsusi etina və səliqə ilə bəzəyər. Yeməyi ailə üzvlərinin önünə təqdim edərkən ən gözəl , ədəbli və təbəssümlü halda təqdim edər.

8. İslamın qoyduğu qadağalara riayət edər

Müsəlman xanım bəzədiyi masada qızıl və gümüş qablardan istifadə etməkdən uzaq durar. Bunun tibbi cəhətdən insan sağlığına zərərli olduğunu və Peyğəmbərimizin -sallallahu aleyhi və səlləm- qadağan etdiyinin fərqində olar.

9. Mətbəxində ancaq Halal nemətlərdən istifadə olunar

“Allahın sizə ruzi olaraq verdiyi halal, təmiz nemətlərdən yeyin və iman gətirmiş olduğunuz Allahdan qorxun!”

(Maidə surəsi, 88)

10. Allahın ona verdiyi ruziyə üsyankar olmaz

Bir müsəlman xanım: “Hər zaman eyni şeyi yeyirik, boğazımızdan yaxşı yemək keçmir.” kimi cümlələri işlətməz.
Kimə üsyan edirəm? Neməti Verənəmi? Nemətəmi? Onu qazanan yoldaşımamı? – kimi suallarla nəfsini hesaba çəkər.


Bu məqalə “Gənc Muslim Komandası” tərəfindən hazırlanmışdır.

Saytımızdakı məqalələrdən yalnız mənbə göstərməklə istifadə edə bilərsiniz.

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün